Qaynar xəbər portalı

AzDramaTeatr direktoru “əlaqədar təşkilatlar qarşısında məsələ qaldırmışıq” dedi

“Müasir Azərbaycan teatrı öz tamaşaçısını qane edir. Əgər tamaşaçı tamaşadan sonra ruhunda, varlığında, mənəviyyatında bir dəyişiklik hiss edirsə, tamaşadan özü ilə nə isə aparırsa, nəticədə teatr da, tamaşaçı da qazanır”. Akademik Milli Dram Teatrının direktoru Maqbet Bünyadovun fikrincə, sözügedən teatrın bu gün repertuar problemi də aradan qaldırılıb. Davamı…


Şövqi HüseynovAktyor Şövqü Hüseynov bu qənaətdədir ki, pis tamaşaçı yoxdur, sadəcə, zəif aktyor və tamaşa var

Bakı Kamera Teatrının aktyoru Şövqü Hüseynov bu qənaətdədir ki, çalışdığı mədəniyyət ocağının ən uğurlu tamaşası “Şeyx Sənan”dır. Rejissor Cənnət Səlimovanın quruluş verdiyi tamaşada Şeyx Sənan obrazını yaradan aktyorun sözlərinə görə, əsərin müəllifi Hüseyn Cavid onun üçün müqəddəs şəxsdir: “Ümumiyyətlə, bu tamaşada hər hansı bir rolun mənə tapşırılacağı mənim üçün böyük xoşbəxtlik olardı. O ilahi şeiriyyət, ilahi dialoqlarla yaşamaq, onları özününküləşdirmək üçün hər hansı bir personaj mənim üçün böyük xoşbəxtlik olardı. Onu da deyim ki, Şeyx Sənanı oynamaq mənim üçün gözlənilən bir obraz idi”. Davamı…


kitabBurada müəlliflərlə görüşlərin keçirilməsi üçün zal olacaq

Paytaxtda kitabların mağazalarda deyil, küçələrdə satılması elm xadimlərini narahat edir. Onların qənaətincə, kitaba marağın az olduğu vaxtda bu tendensiya vəziyyəti daha da gərginləşdirir. Məlumat üçün xatırladaq ki, keçirilən sorğular xüsusilə gənclər arasında kitab oxumağa marağın çox aşağı olduğunu göstərir. Sorğuların nəticəsinə inansaq, kitab oxuyanlar əsasən rusdilli əhalidir. Davamı…


teatrRus aktyoru, rejissoru və səhnə mədəniyyəti nəzəriyyəçisi Konstantin Serqeyeviç Stanislavski 5 (17) yanvar 1863-cü ildə Moskvada anadan olub. Ailəsi nəsilliklə öndə gedən rus sənayeçilərindən idi və o, intelligent Moskvanın tacirləri arasında böyümüşdü. 1881-ci ildə Lazaryovski İnistitutunu atıb ailə firmasında xidmət edir. Ailədə teatra çox maraq var idi. Hətta Moskvada yerləşən evdə tamaşa üçün xüsusi zal da tikilmişdi. Davamı…


Salam Sarvan

Salam SARVAN
«A» böyük «a» balaca
Davamı…


Cazmen Vaqif Mustafazadənin iki cilddən ibarət yeni diski hazırlanır. Vaqif Mustafazadə Xeyriyyə Fondunun direktoru Afaq Əliyeva APA-ya bildirib ki, artıq diskin bütün materialları hazırdır. Fond rəhbərinin sözlərinə görə, hazırda Vaqif Mustafazadənin qızı Əzizə və həyat yoldaşı Elza Mustafazadə ilə danışıqlar aparılmalıdır: “Diskin işıq üzü görməsi üçün hər birinin icazəsi olmalıdır. Ancaq Davamı…


Aygün AslanlıAygün Aslanlı

Postmodernizmin yeganə dərmanı- sağalmaz romantizm xəstəliyi

Postmodernizm haqqında söhbətlər zamanı bir çox hallarda İslam və Üçüncü Dünya ölkələri hesaba alınmır. Fukonun nəzəriyyəsi bu ölkələrin niyə tarixdən çıxarıldığını izah etməyə qadir deyil.
Üçüncü Dünyanın baxış bucağından postmodernizm necə görünür? Musiqidən başlayaq…
Kavali- Hindistanda, Pakistanda və Banqladeşdə geniş yayılmış sufi mənşəli mərasim musiqisidir. O, son dərəcə ritmikdir, ənənəvi barabanların və kastanyetlərin akkomponamenti altında Allahın, Peyğəmbərin, dördüncü imam Əlinin, Sufi mürşidlərinin şəninə çalınır. Davamı…


Aliyə ALİYƏ

Su həyatdı - (amma həyat su deyil ki, onu başına çəkəsən) bu, Azərbaycan rayonlarında ən dəbdə olan şüarlardandı. Adətən ən susuz yerlərdə asılan və susuzluqdan can verən sözləri hər kəs heç olmasa bir dəfə oxuyub. Amma bu heç reklam da deyil, insafən əyalət əhlinin gözləri reklam şitlərindən döyənək olmayıb. Yol uzunu görəcəyiniz reklam lövhələri isə sıxlaşa-sıxlaşa paytaxta dirənir. Rəngbərəng, müxtəlif mövzulu reklamlar paytaxt əhlinin birrəng, ya da ağ qara gününü rəngbərəng etməyə iddialıdı. Hərçənd, “zaman yalançıdır reklam şitlərində…” Davamı…


Bəstəkarlar İttifaqında seçkidən sonra yeni sədr Firəngiz Əlizadənin rəhbərliyi ilə ilk iclası keçirilib. TrendLife-ın verdiyi məlumata görə, Azərbaycanın xalq artisti, Azərbaycan Dövlət Mükafatı laureatı, ümumittifaq bəstəkarlar müsabiqəsinin laureatı, «Şöhrət» ordenli bəstəkar Xəyyam Mirzəzadə öz gedişi barədə yazılı surətdə müraciət edib. Müraciətdə bildirilir: «Mən 1957-ci ildən bu təşkilatın üzvüyəm. Xahiş edirəm, məni artıq Bəstəkarlar İttifaqının üzvü saymayasınız.» Davamı…


Psix“Əsl dəlilər azdır” - məsəli bəlkə də doğrudur, amma Hollivudda yox. Çünki indi iddialı Orson Uellsin və Ed Vudun yerinə publikanı anqora qadın sviterləri geyinərək heyrətə salmağa çalişan “X” nəsli gəlib. Gənc şirləri indi qudurmuş itlər əvəz edir. Şöhrətin ağır yükü, qırsaqqız, harda aş orda baş pressa, sərhədsizlik illüziyasi, 7 rəqəmli qonorar - burada adamın ağlını başından alacaq şeylər doğrudan da var. Yeni ulduz nəslinin bir hissəsi reallığı çəkildikləri filmlərin ssenariləri ilə qarışdırırlar. Bəziləri daha həyatda arzu ediləcək heç bir şey olmamasından dəli olurlar. Bəzilərini köhnəlmiş imic və qalmaqal axtaran jurnalistlər təzə qan istəyi azğınlaşdırır. Ümumiyyətlə, Hollivudda jurnalistlərə və fahişələrə qarşı xeyirxah olmaq pis əlamət hesab edilir. Davamı…


Tezliklə televiziya kanallarında Azərbaycan serialları nümayiş etdiriləcək. Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmli bildirib ki, bu televiziya kanallarından milli mentalitetə uyğun olmayan və gənclərin tərbiyəsinə mənfi təsir göstərən serialların aradan qaldırılması məqsədi daşıyır . Davamı…


Azərbaycan layihəyə bir neçə filmlə qatılmalıdır

Sentyabrın 23-dən 29-na kimi Qazaxıstanda lV Avrasiya Kino Festivalı keçiriləcək. Azərbaycan Kinematoqrafçılar İttifaqının mətbuat əlaqələndiricisi Kamran Qasımovun “OLAYLAR”a verdiyi məlumata görə, layihədə Azərbaycan bədii filmləri də təqdim olunacaq. Davamı…


JazzBu gün Bakı Caz Mərkəzində iyunun 7-dən 14-dək Bakıda keçirilən Beynəlxalq Caz Festivalının təşkilat komitəsinin mətbuat konfransı keçirilib.
Festivaldan öncə caz mərkəzində konsertləri və cem-seyşnları yüksək səviyyədə keçirməyə imkan verən Meyer Sound şirkətinin yeni səs avadanlığı quraşdırılmışdı. Davamı…


Atası azəri türkü olan bu böyük ifaçı da Nazim Hikmət kimi Türkiyə vətəndaşlığından çıxarılCam Karaca-1ıb

Məktəbə gedərkən hər səhər küçədə mahnı oxuyardı. Artıq o vaxtdan özünə kiçik auditoriya qazanmışdı. Yetkinlik dövründə ikən xoşuna gələn qızın diqqətini çəkmək üçün mahnı oxumağa başlayır, ancaq qızdan çox anasının diqqətini çəkir. Cemin səsini anası Toto kəşf etmişdi…
Anası xristian, atası azəri türkü olan Cem Karaca 5 aprel 1945-ci ildə İstanbulda dünyaya gəlib. Davamı…


film“Mozalan”da istehsal olunacaq filmin ssenarisi yazılır

“Mozalan” satirik kinojurnalında çoxseriyalı teleserial çəkiləcək. Sayı 100-dən artıq olacaq teleserialın çəkilməsi üçün artıq ssenari yazılır. Bu barədə “OLAYLAR”a kinojurnalın direktoru Orxan Fikrətoğlu məlumat verib. Onun sözlərinə görə, ssenarini yazan qrupa Qazaxıstan yazıçısı Tolqat Nuriyev rəhbərlik edir. Ssenari hazır olduqdan sonra ekran işi üçün smeta tutulacaq. Davamı…


Dərginin baş redaktoru yazıçı Anarın qızıdır

Mədəniyyət və Turizm Nazirliyinin yeni orqanı – “Pəncərə” jurnalının ilk sayı çapdan çıxıb. Bu barədə APA-ya məlumat verən jurnalın baş redaktoru Günel Anarqızının sözlərinə görə, dərgi öz səhifələrində mədəniyyətin bütün sahələrinə yer ayıracaq. 88 səhifəlik jurnalın ilk sayında mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, yazıçı Oljas Süleymenov, rəssam Altay Sadıqzadənin müsahibələri, teatrşünas Məryəm Əlizadə ilə rejissor Vaqif İbrahimoğlunun dialoqu, Oqtay Mirqasımovun quruluşu ilə lentə köçürülən “Günaydın, mələyim” filminin çəkilişləri haqqında məlumatlar və mədəniyyətimizə aid başqa materiallar işıq üzü görüb. Baş redaktorun sözlərinə görə, hazırda 3 min tirajla nəşr edilən dərginin tirajının artırılması və ildə 4 dəfə ayrıca əlavələrinin çapı da nəzərdə tutulub. Qeyd edək ki, ayda bir dəfə oxucuların görüşünə gələn jurnalın satış qiyməti 3 manatdır.


“15 il xaricdə yaşayan Firəngiz Əlizadənin Bəstəkarlar İttifaqına niyə sədr seçildiyini məndən soruşmayın”
“Azərbaycan Bəstəkarlar İttifaqının qurultayından əvvəl kimlərsə artıq nəticəni deyirdilər. Deməli, bir oyun qurulub. Kim hansı vəzifədə istəyir, işləsin, musiqiçi sözünü musiqi ilə deməlidir. Əslində mən Azərbaycan Bəstəkarlar İttifaqının sədri olmağı istəmirdim”. Davamı…


Firəngiz ƏlizadəAzərbaycan Bəstəkarlar İttifaqının sədri Firəngiz Əlizadə ilə eksklüziv müsahibə
- Firəngiz xanım, Azərbaycan Bəstəkarlar İttifaqının yeni sədri kimi hansı islahatlar aparmaq fikrindəsiniz?
- Sabah Bəstəkarlar İttifaqının katibliyi müəyyən olunacaq. Katiblik müəyyənləşəndən sonra bir yerdə planlarımızı və hansı dəyişikliklərin aparılmasını müzakirə edəcəyik. Katib müəyyən olunduqdan sonra mən öz proqramını onlarla tanış edəcəyəm. Azərbaycan Bəstəkarlar İttifaqının strukturunda dəyişikliklər etməyi düşünürəm. Azərbaycan musiqisinin beynəlxalq səviyyəyə çıxması üçün çalışacağam. Bu günə kimi biz sanki özümüzə qapanıb qalmışdıq. Bir-iki nəfərdən başqa, qalan heç kimin geniş əlaqələri yox idi. Mənim niyyətim odur ki, Bəstəkarlar İttifaqı dəyərli bəstəkarların gözəl musiqilərini dünyada təbliğ etsin. Muğamı, aşıq musiqisini, ümumiyyətlə, milli musiqimizi qorumaq, nota yazmaq, internet vasitəsi ilə bütün dünyaya yaymaq məqsədimiz var. Davamı…


Azərbaycan Bəstəkarlar İttifaqının sədri postuna seçkilər dünən axşam radələrində başa çatıb. APA-nın məlumatına görə, sədr postuna üç nəfərin – Arif Məlikov, Firəngiz Əlizadə və Sərdar Fərəcovun namizədliyi irəli sürülüb.
Daha çox səs toplayan Firəngiz Əlizadə Bəstəkarlar İttifaqının sədri seçilib. Davamı…


Sözü at…

Bölmə Bölmə: Kino |1 şərh var

KadrlarFilm gibi yani…

- Başa düşmək üçün adamda baş lazımdı!
- Sən gecələr yat, ay Qurban.
- Toyuqsan, get gir hininə də!
- Söhbət sasiskədə deyil, adam gərik «vinimatelni» olsun!
- Sizi bura yığmaqda məqsədim odu ki, sizdən adam olmayıb, olmayacaq! Davamı…


sonrakı səhifə »