Uilyam Bredi Pitt 18 dekabr 1963-cü ildə Amerika Birləşmiş Ştatlarında, Şouni şəhərində dünyaya göz açıb. Atası Bill Pitt yük daşıma üzrə menecer işləyirdi. Anası Ceyn Pitt gənc valideynlərə uşaqları ilə individual məşğul olmaq üçün dərs deyirdi. Hərçənd öz uşaqlarına elə də qabarıq individuallıq göstərmirdi. Ailədə belə bir həqiqət mövcud idi - övladı Daq bir dəfə evə gözünün altı göy gəlir, qızı Culi isə on iki yaşında məktəbin həyətində öpüşərkən gözdən yayınmır. Böyük oğlu Uilyam Bredli haqda isə heç deyiləsi deyil…
Yalnız onu demək olar ki, bu oğlan çox gözəl görkəmə malik idi. Bu uşaq bütün günü teleekranın qarşısından əl çəkmirdi və hətta maraqlı bir şeyə baxmaq üçün də kanalı dəyişməyə belə ərinirdi. Bir dəfə babtist kilsəsində ailəsi ilə birlikdə ibadətdə olarkən Pittin Tanrıya müraciəti zamanı qardaşı Daq ona pıçıltı ilə:
- Sən fikirləşmisənmi nə istəyəcəksən? - deyir.
- Bəli, - Uilyam cavab verir. - Mən artıq xahiş edirəm; ey Tanrım, elə et ki, mən indi heç bir şey danışmayım. Elə olsun ki, məni rahat buraxsınlar.
Valideyinləri dayanmadan baş sındırırdılar ki, oğlu Uilyamı hansı sənətin sahibi etsinlər. Ailə hər axşamını demək olar ki, bu mövzunun müzakirəsinə həsr edirdi. Gənc oğlan başa düşür ki, bu evdə ona rahatlıq vermirlər, Kaliforniyaya getməyi qərara alır. Los-Ancelesə 325 dollarla gələn Pitt başa düşür ki, bundan sonra Uilyam Bredli olmaqla heç nə əldə edə bilməyəcək. Adını qısaldıb Bred elədikdən sonra iş axtarmağa başlayır. Tezliklə bir balaca restoranda özünə iş tapır. Əgər prodüserlər onu görməsəydilər bilmək olmazdı hələ neçə müddət Bred bu işdə işləyəcəkdi. Aktyorluğu bilmədiyi halda gözəl oğlana seriallarda çəkilmək sadəcə hədiyyə idi. O, xoşbəxtliyin zirvəsində idi. Teleekranlarda aktyor kimi görünməyi Pitt lazımlı bilirdi. Nəsə etmək lazım deyildi, əvəzində isə yaxşı pul verirdilər. Hər halda axşam evə gəlməzdən qabaq bir yerdə oturub bir piyalə boşaltmaq və bir neçə siqaret çəkib tanış olmaq imkanını verirdi.
Tanışlıqlar
- Ey, təsadüfən dünən televizorda göstərilən oğlan sən deyilsən?..
Bu zaman həyatdan başqa şey istəmək axmaqlıq olardı. “Ölmək üçün çox gənc” telefilmində 19 yaşlı bir aktrisa Culiet Lyuistn gözəlliyi 26 yaşlı Bredin ağlını başından alır. Onların eşq macərası üç il davam etdi və hətta şöhrətlənməsəydilər bu hadisə toy ilə qurtara bilərdi.
Pitt ilk şöhrətini “Telma və Luiza” filmində epizotik rolu ilə qazandı. Ekranda 15 dəqiqə görünməyinə baxmayaraq, təbii görkəmi və gözəlliyi ilə özünü bütün amerika tamaşaçılarına sevdirə bildi. Bundan sonra Pitt heç vaxt çəkilməkdən imtina etmədi. Gözlənilməz şöhrətin ilıq şüasında bir qədər qızınan Bred Pitt bir şeyi dəqiq anladı ki, ulduz olmaq elə də asan iş deyil. Bu zaman Bred özünəməxsusluğunu itirdi. O, həmişə ulduz imicini hiss edir və həqiqətdə necə olduğunu unudurdu. Bu zaman Culiet sevgilisini şöhrətə qısqanır. Culiya əhvalatı məhkəmə prosesi ilə qurtardı ki, bu da Bredin reputasiyasına pis təsir etmək əvəzinə publikanın onun həyatına marağını artırdı. Nəhayət o, başa düşdü ki, hər şeyin günahı onun görkəmindədir. Və o, imicini dəyişmək qərarına gəldi.
Bunun ardınca Bred “Kaliforniya” filmində gözəl və ağıllı oğlan roluna çəkilməkdən imtina etdi.
- Y axşısı budur yaramazın birini oynayım! - deyə rejissor Domenik Semə müraciət etdi. Manyak-qatil roluna Pitt demək olar ki, Stanislavski sistemi ilə hazırlaşdı, çoxlu kitablar oxudu.
- Mən hər fəsildə 22 qətl hadisəsi olan kitablardan birini oxudum. Yalnız 37-ci səhifədə qəhrəmanın psixologiyası mənə aydın oldu və yüngüllüklə kitabı çarpayının altına tulladım.
Yaramaz
Bundan əlavə Pitt saqqalını və saçını uzatmağa başladı. Onların rəngini də tündləşdirdikdən sonra Bred əsil yaramaza oxşayırdı. Onun tərəfmüqabili olan qəhrəman qadını isə Pittə vurulmuş Culiet Luis oynayırdı ki, filmin (“Kaliforniya”) çəkilişlərindən sonra onlar ayrıldılar.
Qvinet Peltrou ilə Bred “Yeddi” filminin çəkilişlərində tanış oldu. O, qıza elə vurulmuşdu ki, az qala ağlını itirmişdi. Pitt Qvineti “Mənim mələyim, ya da mənim ilham pərim” adlandırırdı. Xoşbəxt Peltrou hətta aktyor karyerasını buraxıb Pittə uşaqlar doğmağa hazırlaşırdı. Bu romanın yeganə maneəsi Qvinetin valideynləri idi. Onlar Pitti ya çox məşhur hesab edir, ya da çox qeyri-təbii adlandırırdılar. Qvinet valideynlərinə xoş gəlməkdən ötrü Pitti müzeylərə, sərgilərə aparır, kitab oxumağa məcbur edir, stol arxasında özünü düzgün aparmağı öyrədirdi. Amma əsil centlmen olmaq Pitt üçün çox çətin idi. Tədricin Peltrou özü də başa düşdü ki, Pitt onun tayı deyil. Onun xoşuna gəlmirdi ki, Pitt bütün günü mənzildə pijamada gəzir, pivə içir, siqaret çəkir və televizorun pultunu qurdalayır…
Daha bir ayrılıq
Bir dəfə hər yerə burnunu soxan paparassilər Bredlə Qvineti Karib körfəzi sahilində dincələrkən çəkdilər. Sözsüz ki, onlar geyimsiz idilər. Qəribə də olsa Peltrou o qədər də məyus olmadı, amma Pitt möhkəm əsəbləşdi və bu şəkilləri çap etmiş “Play Girl” jurnalını məhkəməyə verdi. Bu söhbətlə bir müddət Qvineti əsəbləşdirdi. O zaman Pitt “Yeddi il Tibetdə” filminə çəkilməyə dəvət almışdı. Çəkilişlər Argentinada idi və sevgililər bir müddət ayrılmalı oldular. Argentinadan qayıdarkən Pitt birinci növbədə Qvinetə baş çəkdi. O, gəldiyi yerdən sevgilisinə hədiyyə olaraq nişan üzüyü gətirmişdi. Amma Qvinet üzüyü almadı və dedi ki, “toy barədə heç bir söhbət ola bilməz”. Repartyorlar bu xəbəri Pittin səs-küysüz toy keçirmək kələyi kimi başa düşdülər. Amma bununlə belə o, “Play Girl” jurnalının məhkəmə prosesinə gedib-gəlirdi və tezliklə məhkəməni uddu. Qvinetlə ayrılmaq isə onun həyatında nəyi isə qırdı. Tezliklə həyatında onu sevməyən daha bir qadın peyda oldu ki, Pit onu itirib tək qalmaqdan dəhəşətli dərəcədə qorxmağa başladı.
Bir dəfə Pittin pərəstişkarlarından biri o evdə olmayanda vinə soxulub, Pittin pijamasını əyninə geyinmiş, onun çarpayısında uzanmışdı. Bu əhvalatdan sonra Pittin birinci işi Cenifferin yanına qaçıb bəraətlərini söyləmək oldu. Müdrik və səbrli Cenifer Pittə mələk kimi görünürdü. Tezliklə bu mələk də göylərdən yerə endi.
Xobbi
Bir zaman Pittin velosipedlərə marağı yarandı. Onun evində zəngin velosiped kolleksiyası var idi. Az sonra o, bu hobbisini tərk etdi. Sonralar onu heç kim velosipeddə görmədi.
Vəfalı Ancelina
“Mister və Missis Smit” filmində Ancelina Coli ilə oynayan Pitt az sonra elə bu aktrisa ilə evləndi. Hal-hazırda Bred Pitt Ancelina ilə yaşayır və onların bu il Şaylo
Nuvel adlı qızı doğulub. Onlar Ancelinanın övlıdlığa götürdüyü Meddoks adlı oğlanla bir yerdə yaşayırlar. Pitt ögey oğlu ilə yaxın olmaq, onu tək qoymamaq üçün daim maraqlı şeylər fikirləşir. Məsələn, saçlarını Meddoksunku kimi gülməli vəziyyətə salıb. Bu yaxınlarda öz həyatını başqasının həyatı uğrunda qurban verən adamlar barədə olan “Əsl qəhrəman” adlı sənədli filmə çəkilən Pitt bu lahiyə ilə özü maraqlandığını deyib:
- Axı bütün həyatlar eyni dərəcədə əhəmiyyətlidir, elə deyilmi? Dünyada nə qədər adam malyariyadan, aclıqdan, müxtəlif xəstəliklərdən vəfat edir. Bu rəqəmləri eşidəndə nə isə etmək lazım olduğunu düşünürəm. Ən pisi də odur ki, belə mövzular efirə və mətbuata az-az gedir. Biz sadəcə bunlar barədə məlumatlar alırıq. Halbuki vəziyyəti dəyişmək üçün hamımız nəsə edə bilərik. Valideynləri vərəm, SPİD və bu tipli digər xəstəliklərdən ölən uşaqların əlindən tutanda hiss edirsən ki, onlar nə qədər köməksizdirlər. Onlara baxıb fikirləşirsən: “İlahi onların gələcəyi necə olacaq”. Amma bu çox azdır. Bizim filmimizin saytında onlara necə kömək etmək barədə hər şey yazılıb. A vitamininin bir dozası iki sentədir. Onu qəbul edən uşaqların göz zəifliyi problemi olmayacaq. Sizcə bu azdır?”




Bölmə: 










