İyn
15
Türkiyə bəstəkarı azərbaycanlı həmkarlarına dəstək verdi
Bəstəkarlar İttifaqının Vlll Qurultayında iştirak etmək üçün Bakıya gələn Türkiyənin tanınmış bəstəkarı Əhməd Yürür Azərbaycan bəstəkarlarına dəstək ıxır. Ə.Yürür “OLAYLAR”a Türkiyədə daim belə hallarla mübarizə aparıldığını deyib: “Bu, əslində hüquqi məsələdir və Türkiyədə bunun qarşısının alınması üçün tədbirlər görülür. Belə halların baş verməsinə gəldikcə isə, deyə bilərəm ki, bu əsl həyasızlıqdır. Azərbaycan bəstəkarları belə hallarla arşılaşdıqları vaxt bizə müraciət etsinlər və onlara yardım edəcəyik”. Azərbaycan musiqisinin inkişaf baxımından daha irəli olduğunu deyən Ə.Yürür iki ölkə arasında mədəni münasibətlərin qənaətbəxş olmadığını da bildirib. Bəstəkar Azərbaycanla Türkiyə musiqisi arasında fərqli cəhətlərin çox olduğunu da gizlətməyib: “Fərqlilik çoxdur və bu səbəbdən də biz Azərbaycan musiqisindən yararlana bilmirik. Bəstəkarlar bir araya gəlib bir çox tədbirlər keçirə bilərdi. Amma hələ də bu edilməyib. Birgə festivallar təşkil edib, tələbə mübadiləsi etsək, bu hər iki ölkə üçün faydalı olar”.
İyn
15
Rəssamın əsərlərində qədim ənənələr müasirləşdirilib
Rəssam Yusif Mirzənin Norveç Humanitar Müəssisəsinin təşkilatçılığı ilə Norveçin Trisil, Sarpsborg və Stavanger şəhərlərində fərdi sərgisi açılıb. “Min illərin yaddaşını oyatdım…” adlı sərgi iyula qədər davam edəcək. Azərbaycan və Norveç qədim mədəniyyətləri arasında paralel müqayisələr aparan rəssam təqdim etdiyi əsərlərində qədim adət-ənənələri müasir formada göstərib. Qeyd edək ki, o, bir neçə il əvvəl Norveçdə təşkil olunan sərgidə öz əsərini nümayiş etdirib. “Til Tor Heyerdahl minnet” adlı tablo hazırda Norveçin Kontiki muzeyində nümayiş olunur. Bununla yanaşı Norveç Humanitar Müəssisəsinin təşkilatçılığı ilə Bakıda rəssamın 3 fərdi sərgisi açılıb. /OLAYLAR /
İyn
15
… Onu onsuz da 37-ci ildə güllələyəcəkdilər
Yarımçıq ömür, yarımçıq arzular, yarımçıq açarlar. Azanı simfoniyaya köçürən Asəf Zeynallı sonuncu əsərinin notunu yatdığı xəstəxananın divarına yazıb.
Doxsan doxsan yeddi il bundan əvvəl dərbənddə bir oğlan uşağı dünyaya gəldi. O vaxt heç kəsin ağlına gəlməzdi ki, vaxt gələcək bu balaca oğlan bəstələdiyi əçsərlərlə yaddaşlarda iz qoyacaq istedadı, qabiliyyəti ilə onilliklərin bu üzünə səs salacaq, bütün qüdrətli sənətkarlar kimi əbədilik, ölməzlik qazanacaq. Bu, Azərbaycanda ilk təhsil almış bəstəkar Asəf Zeynallı idi. Davamı…