Qaynar xəbər portalı

Həmid Herisçi

Həmid Herisçi

ÖLÜMÜN 17 ANI

Küləyin ilk nəfəsiylə
Bakı bağlarındakı
Susuz aftafalar
böyrü üstə yıxılırsa,
müdrik şairlər ölümü
səfehcəsinə
buna oxşadırsa… Davamı…


Aygün Aslanlı“Qəddarlıq alicənablığın ən yuksək pilləsidir, ağrı- özlüyündə gözəldir, qadınlarsız bu dünya daha yaxşı olardı”

Aygün Aslanlı

Daima Hollivudun güzəştlərə getməsindən nifrətlə danışan kinotənqidçilər Kevin Smitin “Supermarket əyləncələri” filmindəki İten Saplinin qəhrəmanına - gombul Uilyama bənzəyirlər. O yazıq hər səhər cibinə buterbrod və koka-kola qoyaraq supermarketə gəlirdi ki, reklam stereoqrammasında təsvir olunmuş yelkənli qayığı diqqətlə nəzərdən keçirsin. Davamı…


Azərbaycan oxucuları əsərləri «sufizm ensiklopediyası» adlanan məşhur mütəfəkkir Mövlana Ruminin «Məsnəvi»sindən seçmələrlə ana dilində tanış olmaq imkanı qazanıb. Yazıçı Uğurlu Fəxrinin tərcüməsində təqdim edilən «Mövlana Cəlaləddin Rumi və onun «Məsnəvi»si adlı kitabda oxucular filosofun əsərləriylə yanaşı həyat və yaradıcılığı ilə də tanış ola bilərlər.
Kitabda həmçinin «Oğuznamələr»in uyğur variantı və bir neçə xarici ölkə yazıçılarının əsərlərindən tərcümələr də yer alıb.
Kitabı «Qanun» nəşriyyatı çap edib.
YUNESKO tərəfindən 800 illik yubileyi ilə əlaqədar 2007-ci il «Rumi İli» elan olunub.

“Azadlıq” Radiosu


Mənsum İbrahimovXalq artisti, muğam ifaçısı Mənsum İbrahimov Türkiyəyə səfər edəcək. İyulda baş tutacaq səfər çərçivəsində xanəndə bir həftə ərzində Ankarada silsilə konsertlər verəcək. M. İbrahimovun APA-ya verdiyi məlumata görə, konsertlər zamanı onu Elnur Əhmədov və Elçin Həşimov müşayiət edəcək. Səfərin Türkiyə tərəfinin dəvəti ilə baş tutacağını vurğulayan muğam ifaçısı konsertlərdə muğamlar, xalq mahnıları ifa edəcək. Xanəndə bu yaxınlarda işıq üzü görən “Dinə bilmədim” albomunun bir neçə nüsxəsini də Türkiyəyə aparacaq.


Gəncədə ilk dəfə olaraq, rəqəmsal kinoteatr quraşdırılacaq. Bu barədə APA-nın Qərb bürosuna Gəncə mədəniyyət və turizm idarəsinin rəisi Mina Məlikova məlumat verib. Onun sözlərinə görə, şəhərin «Nizami» kinoteatrında bərpa-təmir işləri aparıldıqdan sonra burada bütün avadanlıqlar dəyişdirilərək müasirləşdiriləcək: “Əvvəllər hamı filmlərə böyük formatda baxmağı xoşlayırdılar. Son illər vətəndaşlar kinoteatrlara, ümumiyyətlə, gəlmirlər. Yeni quraşdırılacaq rəqəmsal kinoteatrlarla bu problemin həll olacağına inanıram”. Mədəniyyət və turizm idarəsinin rəisinin bildirdiyinə görə, artıq bu işin həyata keçirilməsi üçün sənədlər hazırlanır.


Afaq BəşirqızıXalq artisti Afaq Bəşirqızı sentyabrda tamaşaçılar qarşısına yeni telelayihə ilə çıxacaq. Bu barədə APA-ya məlumat verən aktrisa deyib ki, layihə sentyabrda telekanalların birində efirə çıxacaq. A. Bəşirqızının sözlərinə görə, telelayihədə “Görüş kafesi” proqramının iştirakçıları çıxış edəcək. Aktrisa deyib ki, hazırda Bəşir Səfəroğlu adına Moskva Musiqili Miniatür Teatrının yaradıcı heyəti tərəfindən Əziz Nesinin “Al canınmı, qadan alım” əsərinin səhnə variantı hazırlanır. Tamaşanın rejissoru Oruc İzzətoğludur. Tamaşanın məşqlərinin Bakıda aparıldığını deyən aktrisa premyeranın Moskvada baş tutacağını vurğulayıb. Üç aktyorun çıxış edəcəyi tamaşa sentyabrda təqdim olunacaq.