Qaynar xəbər portalı

Kitab dünyası


Afaq BəşirqızıXalq artisti Afaq Bəşirqızı sentyabrda tamaşaçılar qarşısına yeni telelayihə ilə çıxacaq. Bu barədə APA-ya məlumat verən aktrisa deyib ki, layihə sentyabrda telekanalların birində efirə çıxacaq. A. Bəşirqızının sözlərinə görə, telelayihədə “Görüş kafesi” proqramının iştirakçıları çıxış edəcək. Aktrisa deyib ki, hazırda Bəşir Səfəroğlu adına Moskva Musiqili Miniatür Teatrının yaradıcı heyəti tərəfindən Əziz Nesinin “Al canınmı, qadan alım” əsərinin səhnə variantı hazırlanır. Tamaşanın rejissoru Oruc İzzətoğludur. Tamaşanın məşqlərinin Bakıda aparıldığını deyən aktrisa premyeranın Moskvada baş tutacağını vurğulayıb. Üç aktyorun çıxış edəcəyi tamaşa sentyabrda təqdim olunacaq.






Yazıya səs verin
  • 1 səs2 səs3 səs4 səs5 səs (Hələ səs verilməyib)
    Loading ... Loading ...
Şərhlər

Bu yazı Bazar ertesi, İyun 18th, 2007 tarixində 21:37 radələrində Xəbərlər bölməsində yazılıb. Yazını istədiyiniz saytda RSS 2.0 feed xidməti ilə paylaşa bilərisniz. Həmçinin aşağıdan yazıya şərh yaza bilərsiniz.

1 şərh var


  1. Yaşar adlı istifadəçi, Fevral 29, 2008 tarixində, saat 18:01 yazıb:

    Salam Afaq xanım.Men Yaşar.1972 ci ilde Şergşünaslıq fakültesine birlikde gebul imtajanı verdik.O zaman Siz gebul olunmadığınız zaman çox narahat olmuşdum.Öz-özüme deyirdim ki,kaş men gebul olmasaydım da Afaq gebul olunsaydı.Amma sonrala Sizin müveffegiyyetlerinizi eşidende Şerqşünaslıq fakültesine gebul olunmamağınıza çox sevinirdim.”Her şeyde bir xeyir var” deyirler.Doğrudur.Sizin Şergşünasıq fakültesine gebul olunmamağınızda bir xeyir vardı ki, o xeyir Sizi Xalq artisliğine geder yükseltti.
    Size uzun ömür,cansağlığı ve daha böyük müveffegiyetler arzu edirem.
    Yaşar /Türkiye

Adınız (vacibdir)

E-mailiniz (vacibdir)

Saytınız

Şərhiniz: