Gəncədə ilk dəfə olaraq, rəqəmsal kinoteatr quraşdırılacaq. Bu barədə APA-nın Qərb bürosuna Gəncə mədəniyyət və turizm idarəsinin rəisi Mina Məlikova məlumat verib. Onun sözlərinə görə, şəhərin «Nizami» kinoteatrında bərpa-təmir işləri aparıldıqdan sonra burada bütün avadanlıqlar dəyişdirilərək müasirləşdiriləcək: “Əvvəllər hamı filmlərə böyük formatda baxmağı xoşlayırdılar. Son illər vətəndaşlar kinoteatrlara, ümumiyyətlə, gəlmirlər. Yeni quraşdırılacaq rəqəmsal kinoteatrlarla bu problemin həll olacağına inanıram”. Mədəniyyət və turizm idarəsinin rəisinin bildirdiyinə görə, artıq bu işin həyata keçirilməsi üçün sənədlər hazırlanır.
« Afaq Bəşirqızıdan tamaşaçılara yeni telelayihə | Əsas səhifə | Mənsum İbrahimov Türkiyəyə səfərə hazırlaşır »




Bölmə: 








