Xalq artisti, muğam ifaçısı Mənsum İbrahimov Türkiyəyə səfər edəcək. İyulda baş tutacaq səfər çərçivəsində xanəndə bir həftə ərzində Ankarada silsilə konsertlər verəcək. M. İbrahimovun APA-ya verdiyi məlumata görə, konsertlər zamanı onu Elnur Əhmədov və Elçin Həşimov müşayiət edəcək. Səfərin Türkiyə tərəfinin dəvəti ilə baş tutacağını vurğulayan muğam ifaçısı konsertlərdə muğamlar, xalq mahnıları ifa edəcək. Xanəndə bu yaxınlarda işıq üzü görən “Dinə bilmədim” albomunun bir neçə nüsxəsini də Türkiyəyə aparacaq.
« Gəncədə ilk dəfə rəqəmsal kinoteatr quraşdırılacaq | Əsas səhifə | Mövlana Rumi Azərbaycan dilində »




Bölmə: 








