Qaynar xəbər portalı

Atası azəri türkü olan bu böyük ifaçı da Nazim Hikmət kimi Türkiyə vətəndaşlığından çıxarılCam Karaca-1ıb

Məktəbə gedərkən hər səhər küçədə mahnı oxuyardı. Artıq o vaxtdan özünə kiçik auditoriya qazanmışdı. Yetkinlik dövründə ikən xoşuna gələn qızın diqqətini çəkmək üçün mahnı oxumağa başlayır, ancaq qızdan çox anasının diqqətini çəkir. Cemin səsini anası Toto kəşf etmişdi…
Anası xristian, atası azəri türkü olan Cem Karaca 5 aprel 1945-ci ildə İstanbulda dünyaya gəlib. Davamı…


film“Mozalan”da istehsal olunacaq filmin ssenarisi yazılır

“Mozalan” satirik kinojurnalında çoxseriyalı teleserial çəkiləcək. Sayı 100-dən artıq olacaq teleserialın çəkilməsi üçün artıq ssenari yazılır. Bu barədə “OLAYLAR”a kinojurnalın direktoru Orxan Fikrətoğlu məlumat verib. Onun sözlərinə görə, ssenarini yazan qrupa Qazaxıstan yazıçısı Tolqat Nuriyev rəhbərlik edir. Ssenari hazır olduqdan sonra ekran işi üçün smeta tutulacaq. Davamı…


Dərginin baş redaktoru yazıçı Anarın qızıdır

Mədəniyyət və Turizm Nazirliyinin yeni orqanı – “Pəncərə” jurnalının ilk sayı çapdan çıxıb. Bu barədə APA-ya məlumat verən jurnalın baş redaktoru Günel Anarqızının sözlərinə görə, dərgi öz səhifələrində mədəniyyətin bütün sahələrinə yer ayıracaq. 88 səhifəlik jurnalın ilk sayında mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, yazıçı Oljas Süleymenov, rəssam Altay Sadıqzadənin müsahibələri, teatrşünas Məryəm Əlizadə ilə rejissor Vaqif İbrahimoğlunun dialoqu, Oqtay Mirqasımovun quruluşu ilə lentə köçürülən “Günaydın, mələyim” filminin çəkilişləri haqqında məlumatlar və mədəniyyətimizə aid başqa materiallar işıq üzü görüb. Baş redaktorun sözlərinə görə, hazırda 3 min tirajla nəşr edilən dərginin tirajının artırılması və ildə 4 dəfə ayrıca əlavələrinin çapı da nəzərdə tutulub. Qeyd edək ki, ayda bir dəfə oxucuların görüşünə gələn jurnalın satış qiyməti 3 manatdır.


“15 il xaricdə yaşayan Firəngiz Əlizadənin Bəstəkarlar İttifaqına niyə sədr seçildiyini məndən soruşmayın”
“Azərbaycan Bəstəkarlar İttifaqının qurultayından əvvəl kimlərsə artıq nəticəni deyirdilər. Deməli, bir oyun qurulub. Kim hansı vəzifədə istəyir, işləsin, musiqiçi sözünü musiqi ilə deməlidir. Əslində mən Azərbaycan Bəstəkarlar İttifaqının sədri olmağı istəmirdim”. Davamı…


Firəngiz ƏlizadəAzərbaycan Bəstəkarlar İttifaqının sədri Firəngiz Əlizadə ilə eksklüziv müsahibə
- Firəngiz xanım, Azərbaycan Bəstəkarlar İttifaqının yeni sədri kimi hansı islahatlar aparmaq fikrindəsiniz?
- Sabah Bəstəkarlar İttifaqının katibliyi müəyyən olunacaq. Katiblik müəyyənləşəndən sonra bir yerdə planlarımızı və hansı dəyişikliklərin aparılmasını müzakirə edəcəyik. Katib müəyyən olunduqdan sonra mən öz proqramını onlarla tanış edəcəyəm. Azərbaycan Bəstəkarlar İttifaqının strukturunda dəyişikliklər etməyi düşünürəm. Azərbaycan musiqisinin beynəlxalq səviyyəyə çıxması üçün çalışacağam. Bu günə kimi biz sanki özümüzə qapanıb qalmışdıq. Bir-iki nəfərdən başqa, qalan heç kimin geniş əlaqələri yox idi. Mənim niyyətim odur ki, Bəstəkarlar İttifaqı dəyərli bəstəkarların gözəl musiqilərini dünyada təbliğ etsin. Muğamı, aşıq musiqisini, ümumiyyətlə, milli musiqimizi qorumaq, nota yazmaq, internet vasitəsi ilə bütün dünyaya yaymaq məqsədimiz var. Davamı…


Azərbaycan Bəstəkarlar İttifaqının sədri postuna seçkilər dünən axşam radələrində başa çatıb. APA-nın məlumatına görə, sədr postuna üç nəfərin – Arif Məlikov, Firəngiz Əlizadə və Sərdar Fərəcovun namizədliyi irəli sürülüb.
Daha çox səs toplayan Firəngiz Əlizadə Bəstəkarlar İttifaqının sədri seçilib. Davamı…