Azərbaycanda ilk çoxseriyalı film çəkiləcək

Yazar: Admin | Bölmə: Xəbərlər | Tarix: 21 Haziran, 2007

film“Mozalan”da istehsal olunacaq filmin ssenarisi yazılır

“Mozalan” satirik kinojurnalında çoxseriyalı teleserial çəkiləcək. Sayı 100-dən artıq olacaq teleserialın çəkilməsi üçün artıq ssenari yazılır. Bu barədə “OLAYLAR”a kinojurnalın direktoru Orxan Fikrətoğlu məlumat verib. Onun sözlərinə görə, ssenarini yazan qrupa Qazaxıstan yazıçısı Tolqat Nuriyev rəhbərlik edir. Ssenari hazır olduqdan sonra ekran işi üçün smeta tutulacaq. Azərbaycanda son illər filmlər az vəsait hesabına çəkildiyindən zəif olsa da, O.Fikrətoğlu bu dəfə istisna hal olacağını deyib. Yəni film dövlət tərəfindən deyil, müəyyən şirkətlər tərəfindən lazımi səviyyədə maliyyələşdiriləcək. Buna görə də “Mozalan”ın direktoru teleserialın mükəmməl olacağına əmindir: “Bunu ilk teleserial adlandıra bilərik. Bunlan əvvəl də teleserial çəkilib. Amma səviyyəsiz olub. Bu dəfə isə başqa olacaq. Fikrimiz var ki, filmin çəkilməsi üçün xaricdən mütəxəssislər də dəvət edək”.

1 səs2 səs3 səs4 səs5 səs (Səs verilməyib)
Loading ... Loading ...

Şərh yazın