Qaynar xəbər portalı

Kitab dünyası


Cem Karaca kim olub?


Bölmə Bölmə: Musiqi | Göndər Göndər | Çap et Çap et | 893 oxunma

Atası azəri türkü olan bu böyük ifaçı da Nazim Hikmət kimi Türkiyə vətəndaşlığından çıxarılCam Karaca-1ıb

Məktəbə gedərkən hər səhər küçədə mahnı oxuyardı. Artıq o vaxtdan özünə kiçik auditoriya qazanmışdı. Yetkinlik dövründə ikən xoşuna gələn qızın diqqətini çəkmək üçün mahnı oxumağa başlayır, ancaq qızdan çox anasının diqqətini çəkir. Cemin səsini anası Toto kəşf etmişdi…
Anası xristian, atası azəri türkü olan Cem Karaca 5 aprel 1945-ci ildə İstanbulda dünyaya gəlib. Aktyor ailəsinin tək övladı idi və sənətçi bir ailənin övladı olmaq onun sənətlə iç-içə böyüməsinə səbəb oldu. Orta təhsilini Robert Kollecində alan Cemin musiqiylə tanışlığı olduqca maraqlıdır. İlk zamanlarda «Jaguarlar», «Dinamitlər» kimi qruplarda peşəkarcasına işləmələr edən Cem bu illərdə hələ Anadolu musiqisi ilə tanış olmamış və Qərbin «Roçkn-roll» musiqisinə könül vermiş bir tərzdə o dönəmin populyar mahnılarını oxumaqda idi. Cemin ən böyük dəstəkçilərindən biri də İlham Gencer idi. Cem onun orkestrində musiqi təcrübəsini artırmışdı. Bu illərdə musiqi ilə bərabər teatrla da maraqlanırdı.

Anadolu insanı ilə tanışlıq
Cem Karaca-3Cem Karacanın Anadolu musiqisi ilə ciddi mənada tanış olması ilk evliliyindən qisa bir müddət sonra əsgərlik illərində oldu. Bir yandan qadınının həsrətini çəkir, digər yandan Anadolunun məktəb kitablarındakı kimi olmadığını başa düşürdü.
Anadolu musiqisini daha yaxından tanımasının səbəbi əsgər yoldaşlarından biri olmuşdur. Onun çaldığı musiqi Cemi tamam başqa aləmə aparırdı…
Əvvəllər son dərəcə darıxdırıcı gələn bu musiqinin əslində onun duyğularını tərənnüm etdiyini və heç bir musiqinin sazın verdiyi duyğuları vermədiyini kəşf etdi.
1967-ci ildə «Apaşlar» qrupu ilə birlikdə ifa etdiyi «Əmrah» mahnısı ilə «Hürriyyət» qəzetinin təşkil etdiyi «Altun mikrafon» yarışmasında ikinci yeri qazandı. Şərq musiqisini sintez edib Anadolu-Beat tərzində işləməyə başladılar. Bir müddət özlərinə «Ferdy Klein» orkestrini də qoşdular.Cem Karaca və «Apaşlar» qrupunun «Ferdy Klein» orkestri ilə əməkdaşlığı 1969-cu ilin sonlarına qədər davam etdi. Ortaya çıxan sağlam musiqiyə baxmayaraq qrupda gitaraçı Mehmet Soyaslan və Cem Karaca arasında doğan siyasi mübahisələr nəticəsində Cem «Apaşlar» qrupundan ayrıldı. Bu qrupun dağılmasından sonra Cem Karaca beynindəki solçuluqla və Şərqli şəxsiyyəti ilə Rok musiqi düşüncəsini gerçəkləşdirmək üçün «Apaşlar»ın rəhbəri Seyhan Karabayı və istedadlı gitaraçı CemÜnol Büyükgönençlə «Qardaşlar» qrupunu yaratdı. Lakin Cem Karaca pul qazanıb qrupa yaxşı kadrlar cəlb etmək üçün «Ferdy Klein» orkestri ilə iş qurmağa getdi və onlarla 4 plastinka yazdırdı. Onlar ilk plastinka - «Dadaloğlu» ilə böyük uğur əldə etdilər. Karaca Almaniyadan yeni gitaraçı Aleks Uiska ilə geri qayıtdı. Kənardan qrupun çox yaxşı görünməsinə baxmayaraq Cem Karaca ilə Seyhan Karabay arasındaki mübahisələr «Cem Karaca - Qardaşlar»ın dağılmasına səbəb oldu. Qrup Hüseyn Sultanoğlunun yerinə başqa bir davulçu tapdıqdan sonra həqiqətən türk musiqi aləmində maraqlı bir səs-küyə səbəb oldu. Cem Karaca «Kardaşlar» qrupundan ayrılıb Anadolu Popun güclü səsi olan «Moğollar»la birləşdi. «Moğollar» isə Cahit Berkayın Fransaya getmə səbəbindən dağıldı. Musiqi karyerasının ən önəmli və yetişkin dönəmlərindən birini yaşayacağı bir qrup olan «Cem Karaca-DERVİŞAN» quruldu.Cem Karaca ilk studiya albomunu bu qrupla birgə çıxardı: «Yoksulluk kader olamaz». Bu qrupu qurarkən əsas məqsədi «Kardaşlar» və «Moğollar»dakı Anadolu Rok tərzini davam etdirmək idi. Lakin qrupa yeni girən başçı Oğuz Durakan və Uğur Dikme uzun müddət İsveçdə «Asia Minor Mission» adlı qrupla birgə işlədikləri üçün Qərb proqressiv rok musiqisində daha təcrübəli idilər ki, bu da Qərbə doğru yönəlmələrə gətirib çıxardı.Cem Karaca bu qrupu Ünol Büyükgönençlə qurmuşdu lakin verilən bir neçə konsertdən sonra qrupun prinsiplərinə uyğun olmadığına görə Ünol qrupdan ayrıldı. «Dervişan» fəaliyyət göstərdiyi zaman ərzinə bir neçə kadr dəyişən bir qrup olmuşdur. Cem Karacanın «Kardaşlar» və «Moğollar»da siyasi rok musiqi işləmələrinə yer vermiş olduğu görülsə də ciddi mənada solçu olduğu və sənət kütlə üçündür düşüncəsini gercək anlamda mənimsəmiş olduğu əsas qrup «Dervişan»dır. Türkiyənin siyasi-rok tərzində tək Cem Karaca deyildi. Burada Barış Manço da var idi. Amma «Dervişan»a qədər nə vaxtsa Türkiyədə proqressiv rok var idimi? «Dervişan»ın dağılmasından sonra (70 ci illər) son qrupu olan «Edirdahan»ı quran Cem Karaca «Sarfinaz» adlı daha bir albom çıxarmasına baxmayaraq əvvəlki uğrunu əldə edə bilmədi. Almaniyaya gedən Cem Karaca bu ölkədə 1987-ci ilə qədər sürgün həyatı yaşayır. Bir müddət sonra ən yaxşı albomunu almanca çıxarır: «Die Kanaken» (Yad düşmənliyi). Qürbətdəkilərin həyatı kimi mövzu olaraq işləyən Cem bu albomdakı bəzi mahnıları gələcək albomlarında türkcə yazdırdı. «Die Kanaken» albomunun arxa qapağında özüylə əlaqədar bunlar yazılıydı: «Cem Karaca ölkəsi Türkiyədə bir rok ulduzudur. Ölkəsində 50-yə yaxın albomu yayınlanan Karacanın oxuduqları əsaən sosial mövzudadır.
Cem1981-ci ilin yanvarında Almaniyada son albomu səbəbindən axtarılmağa başlayıb. Buna görə Karaca ölkəsinə qayıda bilmədi. Əşyalarına əl qoyan müğənni 200 il həbs cəzasına məruz qaldı və 1983-cü ildə onu türk vətəndaşlığından atdılar. Almaniyada daha çox Nazim Hikmətin şerlərini səsləndirməsiylə tanınan Karaca ilk olaraq 1983-cü ildə almanca sözlərlə və Qərb-Şərq sintezli musiqi ilə tamaşaçı önünə çıxdı. Məqsədi Türkiyədə olub- bitənləri anlatmaq və alman-türk münasibətlərini düzəltməyə çalışmaq idi. Mahnıları yad düşmənliyinin və irqçiliyin əleyhinə idi.
Vətənə qayıtdığında musiqi fəaliyyətinə solo oxuyaraq davam etdi. Burada Turqut Özalın əlini öpdüyü uçun əqidəsindən dönməkdə suçlandı. Bu dönəmdə çıxardığı albomlar sanki ölkəsinə uzun illər sonra qayıdan və özünü evində hiss etməyən bir insan kimi bacarıqsız idi.1990 və1992- ci illərdə «Yeyin, əfəndilər» və «Nerde kalmıştık» albomlarıyla bir az da olsa əvvəlki Cem Karaca dadını verməyə başladı. 1997 ci ildə «Ağır roman» adlı filmdə oxuduğu illər əvvəlki hiti - «Rəsimdəki göz yaşları» Cemə yenidən populyarlıq gətirdi. 1999-cu ilin aprelində çıxan “Bindik Bir Alamete, Gedeyoz Kıyamete” adlı albomunu çıxaran Cem Karaca «Kahpe bizans» filmi üçün 3 musiqi yazdırıb, üstəlik filmdə kiçik bir rol da alıb. 2000-ci ildə çeşidli şeirləri ilə Cem Karaca Barış Mançonun əfsanəvi «Kurtala Ekspress» qrupu ilə birləşib, konsertlər verdi və ən son - «Yol arkadaşları» adlı qrupunu yaratdı. Cem Karaca 8 fevral 2004 cü ildə ürək çatışmazlığından həyata gözlərini yumdu.

Nərmin Kim






Yazıya səs verin
  • 1 səs2 səs3 səs4 səs5 səs (4 səs, təxmini: 3.75 ilə 5)
    Loading ... Loading ...
Şərhlər

Bu yazı Cümə axşamı, İyun 21st, 2007 tarixində 23:17 radələrində Musiqi bölməsində yazılıb. Yazını istədiyiniz saytda RSS 2.0 feed xidməti ilə paylaşa bilərisniz. Həmçinin aşağıdan yazıya şərh yaza bilərsiniz.

7 şərh var


  1. Ay Mesihi adlı istifadəçi, İyun 22, 2007 tarixində, saat 04:08 yazıb:

    Nermin Kim….yeni Nermin Kamal?…


  2. Admin adlı istifadəçi, İyun 22, 2007 tarixində, saat 10:03 yazıb:

    Yox, Nərmin Kamal deyil yazını yazan.
    Nərmin Kim musiqiçidir, daha dəqiqi, kanonçu.


  3. Kulturist adlı istifadəçi, İyun 22, 2007 tarixində, saat 22:23 yazıb:

    Siz solchu oldugunuzdan ancaq solchulari tapib, chixarirsiniz?


  4. Hasanli adlı istifadəçi, İyun 23, 2007 tarixində, saat 20:44 yazıb:

    Saytin yaradicisi solcu deyil, liberaldir.Onun hec bir aidiyyati yoxdur. Yaxshi medeniyyet ortaya cixaranlari ortaya cixarmaq lazimdir


  5. Kulturist adlı istifadəçi, İyun 30, 2007 tarixində, saat 17:18 yazıb:

    Mənim sözüm hamıya aiddir!!!


  6. Mamed adlı istifadəçi, İyul 30, 2007 tarixində, saat 17:55 yazıb:

    Anası xiristian, daha doğrusu erməni idi. Bunda nə var ki, qorxmalı.


  7. Natig Gulehmedoglu adlı istifadəçi, Oktyabr 28, 2008 tarixində, saat 11:46 yazıb:

    zeif cox zeif yazilib
    aglamalidir

Adınız (vacibdir)

E-mailiniz (vacibdir)

Saytınız

Şərhiniz: