Firəngiz Əlizadə Bəstəkarlar İttifaqının sədri seçilib

Yazar: Admin | Bölmə: Xəbərlər | Tarix: 21 Haziran, 2007

Azərbaycan Bəstəkarlar İttifaqının sədri postuna seçkilər dünən axşam radələrində başa çatıb. APA-nın məlumatına görə, sədr postuna üç nəfərin – Arif Məlikov, Firəngiz Əlizadə və Sərdar Fərəcovun namizədliyi irəli sürülüb.
Daha çox səs toplayan Firəngiz Əlizadə Bəstəkarlar İttifaqının sədri seçilib.

Bundan başqa 120 qurultay iştirakçısının seçimi ilə 21 nəfərlik İdarə Heyəti müəyyənləşib. İdarə Heyətində Arif Məlikov, Xəyyam Mirzəzadə, Aqşin Əlizadə, Eldar Mansurov, Oqtay Zülfüqarov, Ramiz Zöhrabov, Lalə Hüseynova, Sevda İbrahimova, Rəna Məmmədova, Zemfira Səfərova, Zemfira Qafarova, Gülnaz Abdullayev, Azər Dadaşov, Aydın Əzimov, Rəhilə Həsənova, Arzu Məmmədova, Rauf Əliyev, Sərdar Fərəcov, Elnarə Dadaşova və Ramiz Mirzəyev təmsil olunublar. Sabah Bəstəkarlar İttifaqının İdarə Heyəti qurumun katibliyini seçəcək. Qeyd edək ki, Azərbaycan Bəstəkarlar İttifaqı 1934-cü ildən SSRİ Bəstəkarlar İttifaqının respublika şöbəsi kimi fəaliyyətə başlayıb. Bu müddət ərzində ittifaqın 7 qurultayı keçirilib və quruma Üzeyir Hacıbəyov, Qara Qarayev, Səid Rüstəmov, Sultan Hacıbəyov, Rauf Hacıyev, Aqşin Əlizadə, Tofiq Quliyev, Vasif Adıögözəlov kimi bəstəkarlar rəhbərlik edib.

1 səs2 səs3 səs4 səs5 səs (Səs verilməyib)
Loading ... Loading ...

Şərh yazın