Qaynar xəbər portalı

Kitab dünyası


Dərginin baş redaktoru yazıçı Anarın qızıdır

Mədəniyyət və Turizm Nazirliyinin yeni orqanı – “Pəncərə” jurnalının ilk sayı çapdan çıxıb. Bu barədə APA-ya məlumat verən jurnalın baş redaktoru Günel Anarqızının sözlərinə görə, dərgi öz səhifələrində mədəniyyətin bütün sahələrinə yer ayıracaq. 88 səhifəlik jurnalın ilk sayında mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, yazıçı Oljas Süleymenov, rəssam Altay Sadıqzadənin müsahibələri, teatrşünas Məryəm Əlizadə ilə rejissor Vaqif İbrahimoğlunun dialoqu, Oqtay Mirqasımovun quruluşu ilə lentə köçürülən “Günaydın, mələyim” filminin çəkilişləri haqqında məlumatlar və mədəniyyətimizə aid başqa materiallar işıq üzü görüb. Baş redaktorun sözlərinə görə, hazırda 3 min tirajla nəşr edilən dərginin tirajının artırılması və ildə 4 dəfə ayrıca əlavələrinin çapı da nəzərdə tutulub. Qeyd edək ki, ayda bir dəfə oxucuların görüşünə gələn jurnalın satış qiyməti 3 manatdır.






Yazıya səs verin
  • 1 səs2 səs3 səs4 səs5 səs (Hələ səs verilməyib)
    Loading ... Loading ...
Şərhlər

Adınız (vacibdir)

E-mailiniz (vacibdir)

Saytınız

Şərhiniz: