Bəstəkarlar İttifaqında seçkidən sonra yeni sədr Firəngiz Əlizadənin rəhbərliyi ilə ilk iclası keçirilib. TrendLife-ın verdiyi məlumata görə, Azərbaycanın xalq artisti, Azərbaycan Dövlət Mükafatı laureatı, ümumittifaq bəstəkarlar müsabiqəsinin laureatı, «Şöhrət» ordenli bəstəkar Xəyyam Mirzəzadə öz gedişi barədə yazılı surətdə müraciət edib. Müraciətdə bildirilir: «Mən 1957-ci ildən bu təşkilatın üzvüyəm. Xahiş edirəm, məni artıq Bəstəkarlar İttifaqının üzvü saymayasınız.» Davamı…

İyn
23
İyn
23
Məşhur Hollivud “dəliləri”
Bölmə: Kino | ≅ Şərh yazın
“Əsl dəlilər azdır” - məsəli bəlkə də doğrudur, amma Hollivudda yox. Çünki indi iddialı Orson Uellsin və Ed Vudun yerinə publikanı anqora qadın sviterləri geyinərək heyrətə salmağa çalişan “X” nəsli gəlib. Gənc şirləri indi qudurmuş itlər əvəz edir. Şöhrətin ağır yükü, qırsaqqız, harda aş orda baş pressa, sərhədsizlik illüziyasi, 7 rəqəmli qonorar - burada adamın ağlını başından alacaq şeylər doğrudan da var. Yeni ulduz nəslinin bir hissəsi reallığı çəkildikləri filmlərin ssenariləri ilə qarışdırırlar. Bəziləri daha həyatda arzu ediləcək heç bir şey olmamasından dəli olurlar. Bəzilərini köhnəlmiş imic və qalmaqal axtaran jurnalistlər təzə qan istəyi azğınlaşdırır. Ümumiyyətlə, Hollivudda jurnalistlərə və fahişələrə qarşı xeyirxah olmaq pis əlamət hesab edilir. Davamı…
İyn
23
Tezliklə televiziya kanallarında Azərbaycan serialları nümayiş etdiriləcək. Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmli bildirib ki, bu televiziya kanallarından milli mentalitetə uyğun olmayan və gənclərin tərbiyəsinə mənfi təsir göstərən serialların aradan qaldırılması məqsədi daşıyır . Davamı…
İyn
23
Azərbaycan layihəyə bir neçə filmlə qatılmalıdır
Sentyabrın 23-dən 29-na kimi Qazaxıstanda lV Avrasiya Kino Festivalı keçiriləcək. Azərbaycan Kinematoqrafçılar İttifaqının mətbuat əlaqələndiricisi Kamran Qasımovun “OLAYLAR”a verdiyi məlumata görə, layihədə Azərbaycan bədii filmləri də təqdim olunacaq. Davamı…








