Braziliya seriallarını Azərbaycan serialları əvəzləyəcək
Yazar: Admin | Bölmə: Xəbərlər | Tarix: 23 Haziran, 2007Tezliklə televiziya kanallarında Azərbaycan serialları nümayiş etdiriləcək. Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmli bildirib ki, bu televiziya kanallarından milli mentalitetə uyğun olmayan və gənclərin tərbiyəsinə mənfi təsir göstərən serialların aradan qaldırılması məqsədi daşıyır . “Bu proses tədricən həyata keçirilir. Artıq Braziliya seriallarını türk serialları ilə əvəz etmişik. Mən demirəm ki, türk serialları ideal bir serialdır. Ancaq hər halda Braziliya seriallarından yaxşıdır. Növbəti mərhələdə isə türk seriallarından Azərbaycan seriallarına keçəcəyik”. /Olaylar/





Yüklənir...