lV Beynəlxalq Kino Festivalı keçiriləcək
Yazar: Admin | Bölmə: Xəbərlər | Tarix: 23 Haziran, 2007Azərbaycan layihəyə bir neçə filmlə qatılmalıdır
Sentyabrın 23-dən 29-na kimi Qazaxıstanda lV Avrasiya Kino Festivalı keçiriləcək. Azərbaycan Kinematoqrafçılar İttifaqının mətbuat əlaqələndiricisi Kamran Qasımovun “OLAYLAR”a verdiyi məlumata görə, layihədə Azərbaycan bədii filmləri də təqdim olunacaq. Onun sözlərinə görə, hələlik Azərbaycanı hansı filmlərin təmsil edəcəyi müzakirə olunur. Qeyd edək ki, ikimərhələli festivalda öncə 2006-2007-ci illərdə Avropa, Asiya və Baltikyanı ölkələrdə çəkilmiş tammetrajlı filmlər nümayiş olunmalıdır. İkinci hissədə isə Mərkəzi Asiya və türkdilli ölkələrin iştirakı planlaşdırılıb. Müsabiqədən əlavə proqram da olacaq. Bu proqramda isə yalnız müxtəlif festivallarda qalib gəlmiş filmlər təqdim oluna bilər. Festivalda ikinci dəfə “Avrasiya layihələr bazarı” nümayiş etdiriləcək.





Yüklənir...