Xəyyam Mirzəzadə Bəstəkarlar İttifaqının üzvlüyündən çıxıb

Yazar: Admin | Bölmə: Xəbərlər | Tarix: 23 Haziran, 2007

Bəstəkarlar İttifaqında seçkidən sonra yeni sədr Firəngiz Əlizadənin rəhbərliyi ilə ilk iclası keçirilib. TrendLife-ın verdiyi məlumata görə, Azərbaycanın xalq artisti, Azərbaycan Dövlət Mükafatı laureatı, ümumittifaq bəstəkarlar müsabiqəsinin laureatı, «Şöhrət» ordenli bəstəkar Xəyyam Mirzəzadə öz gedişi barədə yazılı surətdə müraciət edib. Müraciətdə bildirilir: «Mən 1957-ci ildən bu təşkilatın üzvüyəm. Xahiş edirəm, məni artıq Bəstəkarlar İttifaqının üzvü saymayasınız.» Onun gedişindən sonra ittifaqın bəzi üzvləri tənqidlə çıxış edərək bildiriblər ki, bu cür ustadın getməyinə razılıq vermək olmaz. O getsə, təşkilat həqiqətən də öz avtoritetini və sanbalını itirəcək. Həmçinin bildiriblər ki, Xəyyam Mirzəzadəyə rəsmi müraciət edib, onu təşkilata qaytarmaq lazımdır.TrendLife-da olan məlumata görə, Bəstəkarlar İttifaqının sonuncu qurultayı 17 il əvvəl olub.

1 səs2 səs3 səs4 səs5 səs (Səs verilməyib)
Loading ... Loading ...

Şərh yazın