Qaynar xəbər portalı

Kitab dünyası


Aliyə ALİYƏ

Su həyatdı - (amma həyat su deyil ki, onu başına çəkəsən) bu, Azərbaycan rayonlarında ən dəbdə olan şüarlardandı. Adətən ən susuz yerlərdə asılan və susuzluqdan can verən sözləri hər kəs heç olmasa bir dəfə oxuyub. Amma bu heç reklam da deyil, insafən əyalət əhlinin gözləri reklam şitlərindən döyənək olmayıb. Yol uzunu görəcəyiniz reklam lövhələri isə sıxlaşa-sıxlaşa paytaxta dirənir. Rəngbərəng, müxtəlif mövzulu reklamlar paytaxt əhlinin birrəng, ya da ağ qara gününü rəngbərəng etməyə iddialıdı. Hərçənd, “zaman yalançıdır reklam şitlərində…”Oxuculara - alıcılara ən nəzakətli və məqsədli şəkildə müraciət edən şirkətlərin heç də hamısı ən zövqlü işlərə qol qoymur. Adətən ən iri reklam lövhələri telereklamların “səhifə”lərindən ibarət olur. Reklam konkret şəkildə məqsədli olan, amma eyni dərəcədə yaradıcılıq tələb edən ən qəribə janrdı. “Bizim həyatımız son dərəcədə iqtisadidi”- bunu Z. Freyd hələ ötən əsrin əvvəllərində demişdi. Deməli, yaradıcılıq sahələri içində reklam işi ən dəbdə olanı olmalıdı. Ən müxtəlif vasitələrlə reklam olunan nəsnəni unutdurmaq- sonradan yada salmaq üçün və onu baxımlı bir parçaya çevirmək olur. Bu adətən süjetli reklamlarda olur. Bəzən isə küçələrdə hansısa reklamın anonsu gedir - “Axe”, “a mart” və s. kimi. Əvvəl məlum olmur bu nədi. Sonradan televiziyada “sirr”in üstü açılır. Busa az yayılmış və effekti az olan yoldu. Assosiativ reklamlar daha məqsədəuyğun və maraqlıdı. Şüuraltına nüfuz etməkdə tayı tapılmaz. Bunların bir növü həm də küçə reklamlarına əlverişlidi. Çünki süjetli reklamlar küçə üçün nəzərdə tutulmayıb. Adətən küçə reklamlarına göz yaddaşına təsir edənlər uyğun görünür. Məsələn “Lukoyl”un loqotipi kimi. Ən gülünc cümlələrlə yanaşı metroda həmçinin qrammatik və məna səhvləri olan reklamlara da rast gəlinir. Bəzən bu səhvlər də məqsədlidi - eyibi görüb başqasına göstərmək həmişə dəbdədi.
Yazının əsas mövzusu televiziya reklamları yox, küçə reklamlarıdı. Odu ki , bir maraqlı müşahidəni də bölüşmək pis olmaz. Bir neçə dəfə avtobus şüşələrində “Qarabağı unutma!” deyən plakatlar gördüm. Qəribədi, biz Qarabağı “onu tez-tez yada salmaq şərti ilə” unuduruqsa…
Bəlkə başqa nəsə yazmaq lazımdı. Axı antireklam da bir növ reklamdı. Bəlkə də məhz bu sonuncu Plakatdan sonra şairin bu misraları yerinə düşür “zaman yalançıdır reklam şitlərində…” (Zahir Əzəmət “Divar yazıları” kitabı) deyəsən axı yenə reklam getdi…






Yazıya səs verin
  • 1 səs2 səs3 səs4 səs5 səs (1 səs, təxmini: 5 ilə 5)
    Loading ... Loading ...
Şərhlər

Bu yazı Bazar ertesi, İyun 25th, 2007 tarixində 11:38 radələrində Publisistika bölməsində yazılıb. Yazını istədiyiniz saytda RSS 2.0 feed xidməti ilə paylaşa bilərisniz. Həmçinin aşağıdan yazıya şərh yaza bilərsiniz.

1 şərh var


  1. humay adlı istifadəçi, İyul 8, 2007 tarixində, saat 15:04 yazıb:

    he, noolsun……?

Adınız (vacibdir)

E-mailiniz (vacibdir)

Saytınız

Şərhiniz: