Qaynar xəbər portalı

Kitab dünyası


Aygün AslanlıAygün Aslanlı

Postmodernizmin yeganə dərmanı- sağalmaz romantizm xəstəliyi

Postmodernizm haqqında söhbətlər zamanı bir çox hallarda İslam və Üçüncü Dünya ölkələri hesaba alınmır. Fukonun nəzəriyyəsi bu ölkələrin niyə tarixdən çıxarıldığını izah etməyə qadir deyil.
Üçüncü Dünyanın baxış bucağından postmodernizm necə görünür? Musiqidən başlayaq…
Kavali- Hindistanda, Pakistanda və Banqladeşdə geniş yayılmış sufi mənşəli mərasim musiqisidir. O, son dərəcə ritmikdir, ənənəvi barabanların və kastanyetlərin akkomponamenti altında Allahın, Peyğəmbərin, dördüncü imam Əlinin, Sufi mürşidlərinin şəninə çalınır.Kavalinin posmodern dirçəlişi rejissor Martin Skorsezenin “İsanın sonuncu sınağı” filminin sayəsində baş tutub. Kavali və başqa islam musiqisinin tarix üçün parlaq fon rolunu oynadığı bu film əslində dinin müqəddəsliyini, mövqeyini sarsıtmaq məqsədi güdür.
Hindistan subkontinentində isə bu janr fankın yerini tutub və indi sintezatorun akkomponamenti ilə ifa edilir. Başlanğıcda mistik ekstaza çatmaq kömək edən musiqi indi isterik vəcd üçün istifadə olunur- siyasətdə indus fundamentalizmi və müasir sufi musiqisinin sədaları altında məharətlə atılıb-düşən müasir indus gəncliyinin birliyində posmodernizm özünü daha parlaq biruzə verir. Postmodernizm dövründə Qərb sivilizasiyasına aid olmayan xalqların ənənəvi musiqisi əsl tapıntıya çevrilib. Solomon adaları, Zair, Burundi, İran, Türk musiqisi sərbəst aranjemanda müasir elektronika və rok musiqi şəklində qərbli istehlakçıya ötürülür.
Üçüncü dünyada postmodernizm onların bahalı və ya sertifikatsız, təhlükəli dərmanları, dəbdən düşmüş və ya istifadə müddəti keçmiş məhsullardan kolonial asılılığı ilə parpalel yaşayır. Bütün bu sadalananlar inkişaf etməkdən olan ölkələrə ixrac edilir və orda xeyli gəlir gətir-gətirə ikinci həyatını qazanır. 50-60-cı illərdəki modernləşqmə dalğası kimi postmodernizm də bəziləri tərəfindən qeydsiz - şərtsiz, analizsiz, digərləri tərəfindən isə süngüylə qarşılanır. Müasir hind kinosu və pop musiqi, Malaziya hard roku, və taylı Samtou kimi postmodern yazıçılar bütün yaradıcılıqları ilə postmodernizmə mədhiyyələr oxuyurlar. Cənubi Afrika şəhərlərinin rəqs musiqisi, müsir Filippin kinosu, Kolumbiyanın narkopritonları isə postmodernizmə bir qədər ehtiyatla yanaşırlar. Keniyalı yazıçı Nqudji Tianqonun bütün romanları inkar edərək kikuyyu dilində yazmağa başlamaq qərarı, Riqoberta Mençunun Qvatemalada hinduların muqavimət hərəkatından danışan sərt, sənədli romanı (“mən, Riqoberta Mençu”) postmodernizmi Cənubi Amerikada etiraz və müqavimət mədəniyyətinə çevirdi.

***
III dünyanın heç bir yerində postmodernizm Latın Amerikasındakı qədər müqavimətlə üzləşməyib və həm də heç bir yerdə bu qədər əcaib dəyişikliyə uğramayığ. Fikir verin: 1990-cı ildə Peruda prezident seçkilərində məşhur yazıçı Mario Varqas lıosun və Alberto Fuximorinin rəqabəti, Argentinada Karlos Menemin (1989) və Braziliyada Fernando Kollorun media- populuzmi (1990), Meksikanın Şimali Amerika Azad Ticarət zonasına qouşlması və terrorizm və narkotika alveri ilə bağlı siyasi və iqtisadi hadisələr silsiləsi - bunlar sağçı postmodernizmin parlaq nümunələridir. Hadisələrin belə inkişafı məşhur Meksika şairi, Nobel mükafatı laureatı Oktavio Pası postmodernizmi Latın Amerikasına növbəti yad layihə adlandırmağa məcbur etdi.
Dinin dirçəlməsi - Cənubi Amerika, Hindistan və ya müsəlman ölkələrində başlamasından asılı olmayaraq - postmodernizmə etiraz reaksiyasının nəticəsi idi.
Cənub Şərqi Asiyada postmodernizm öz əksini tamamilə unikal şəkildə tapıb. Burda reallığın öz simulyasiyasından seçilməməsi ideyası münbit yerdə yetişib - saxta malların istehsalına əsaslanan mədəniyyətin və iqtisadiyyatın qızğın inkişaf etdiyi mühitə. Həqiqi Quççi saatları saxtasından nə ilə fərqlənir? Bazar “ən orijinal saxta məhsul” məhsullarla doludur. Lisenziyasız SD-lər əslindən nəinki fərqlənmir, hətta qanuni məhsulla eyni keyfiyyətə malikdir. Hərdən istehsalçı firmaların ekspertləri belə öz məhsullarını saxtasından seçə bilmir. Bu regionun iqtisadiyyatının, təxminən, 20 faizi simulyakr industriyası ilə bağlıdır.

Tarixin sonu

Doğrudanmı, postmodernizmin öz tarixi var və ya o, modernizmin ayrılmaz hissəsidir? Postmodernizmin tarixi real, yoxsa virtualdır?
Bəlkə postmodernizm sadəcə “soyuq müharibənin nəticəsi” və ya həmin müharibənin gizli iştirakçısıdır?
Əgər postmodernizmin ən gerçək reallıq kimi təsvir olunduğu bir kitab varsa, o da Amerika tarixçisi Frensis Fukuyamanın “Tarixin sonu və sonuncu adam” kitabıdır. Burda Fukuyama minilliyin sonunda “Yeni Xoş Xəbərin” gəlməsi haqqında peyğəmbərlik edir: “Kapitalist cənnətinin yaranması tarixin sona çatmasına işarədir”.
Jak Derrida Fukuyamanın “Kapitalizmin marksizim təhlükəsi üzərində qələbəsindən” xəbər verən kitabını dekonstruktiv tənqid atəşinə tutaraq hamıya xəbərdarlıq edir: “bu qələbə həqiqəti hətta özündən belə gizlədir”. Onun sözlərinə görə “indiyə qədər qələbənin perspektivləri bu qədər dumanlı, qaranlıq və qorxunc olmayıb”.
“Tarixin sonu” nə deməkdir?
1. Marksizmin mühüm rol oynadığı tarix sona çatdı;
2. Səbəb - naməlum plan;
3. Bu plana görə həmin tarix bitdi, yəni qarşısına qoyduğu ali məqsədinə çatdı.
Bu məqsəd bütün dünyada yeganə real quruluşun - liberal demokratiyanın yaradılmasıdır. Liberal demokratiya uğrunda hərəkat isə azad bazar iqtisadiyyatı ilə paralel həyata keçirilir.
Derrida Fukuyamanın kitabının Qərbdə bir anın içində bestsellerə çevrilməsinin səbəblərini aydınlaşdrmağa çalışır - Niyə tarixin, məhz, bu anında kapitalizmin qələbəsi bu qədər vacibdir? Kapitalizmin media - triumfunun arxasında əsl həqiqət gizlənir - kapitalizm hələ indiki qədər zəif, fəlakətə indiki qədər yaxın olmamışdı. Derrida liberal demokratiyanı baş tutmuş qələbə və ya bəşər tarixinin sonu kimi qələmə verməyə cəsarət eimş postmodernizmə qarşı çıxır. Onun səsi Marksın xeyratına yığışanların qulaqlarında səslənən narahat, natəmiz vicdanın səsidir. Derridanın: “Ola bilsin ki, mən müəyyən mənada postmarksist olmuşam. Amma, axı, mən antimarksist deyildim. Və həmişə markssayağı ziddiyətli ruhdan xoşum gəlib”.
Derrida postmodernizmə qədərki nəslin təmsilçisidir. Bu nəslin nümayəndələri bir qədər başqa formada da olsa, artıq tarixin sonunu yaşayıblar. 50-ci illərin sonunda həmin nəsil iki ortodoksal ehkam arasında tələyə salınmışdı - Amerika kapitalizminin və Stalin hakimiyyətinin interpretasiyasında marksizmin. Derridanın sözlərinə görə, məhz, bu ideoloji pat onun dekonsturksiya ideyasının yaranma səbəbidir.

Endşpil - yəni son

Biz postmodernizmin sonunun necə olacağını təssəvvür edə bilərikmi?
Axı, onun hər hansı müəyyən başlanğıcı yoxdur. O, müasirliyin düşdüyü düyündür. Burda nə isə yeniliyə bənzəyə bilər, amma əslində bu belə deyil. Partiyanı aparan oyunçulardan birinin- kommunizmin səhnədən yoxa çıxacağı hələ 50-ci illərin sonlarından xəbər verilmişdi. Sadəcə onda belə bir proqnozun səhihliyinə inanmaq çətin idi.

***
Ölümündən bir qədər əvvəl (1984) Fuko hamını maarfçilik dövrünü yenidən dəyərləndirməyə çağırımışdı. Sanki çoxdan arxivə göndərilmiş dahi nağılçı təhkiyəçi filosoflara yenidən tələbat yarandı. Hal-hazırda isə başqa xəyalət dirilmə növbəsini gözləyir - Romantizm. Kim bilir, bəlkə, məhz o, bizim çoxdan tapmaq istdiyimiz dərman olacaq.
Postmodernizmin yeganə dərmanı sağalmaz romantizm xəstəliyidir.






Yazıya səs verin
  • 1 səs2 səs3 səs4 səs5 səs (4 səs, təxmini: 3.75 ilə 5)
    Loading ... Loading ...
Şərhlər

Bu yazı Çərşənbə, İyun 27th, 2007 tarixində 10:44 radələrində Kino bölməsində yazılıb. Yazını istədiyiniz saytda RSS 2.0 feed xidməti ilə paylaşa bilərisniz. Həmçinin aşağıdan yazıya şərh yaza bilərsiniz.

9 şərh var


  1. şəhryar adlı istifadəçi, Avqust 25, 2007 tarixində, saat 18:03 yazıb:

    Aygün Aslanlı xanim,
    yazinizi əreb alfabesinə köçürüb veblaqima goymüşam.çox yaxşı olardi qaynaqlarina işarət edərdiniz.sizə daha üğürlar arzılıyırım.


  2. şəhryar adlı istifadəçi, Avqust 28, 2007 tarixində, saat 11:15 yazıb:

    Aygün xanim
    oxücülarimiz sizi daha artiq tanimax istillərş mümkün olürsa artiq malümat verin oz barənizdə.
    öncə təşəkkürlər.


  3. Admin adlı istifadəçi, Avqust 28, 2007 tarixində, saat 14:30 yazıb:

    Aygün xanım Azərbaycan Dövlət Mədəniyyət vəı İncəsənət Universitetini bitirib. İxtisasca kinoşünasdır. Hazırda Mədəniyyət və Turizm Nazirliyinin orqanı olan “Kino+” qəzetində redaktordur.
    Bir çox yerli kinofestivallarda jüri üzvü olub.


  4. şəhryar adlı istifadəçi, Avqust 29, 2007 tarixində, saat 13:54 yazıb:

    mohtərəm admin
    verdiyiz məlümat için özüm və oxucular tərefindən təşəkkurlər.


  5. Ayaz adlı istifadəçi, Sentyabr 1, 2007 tarixində, saat 11:01 yazıb:

    Yeri var


  6. mushviq adlı istifadəçi, Sentyabr 17, 2007 tarixində, saat 17:38 yazıb:

    Yazi xoshuma geldi. Bir sozle eladir.


  7. Novarg adlı istifadəçi, Sentyabr 25, 2007 tarixində, saat 16:12 yazıb:

    Gece ishiqlari sondurub yatmaga chalishiram, hiss edirem ki, yarimachiq qapinin arxasindan kimse bashini chixarib, boynunu eyib, eli chenesinde pichildayir:
    - Üçüncü Dünyanın postmodernizmi…
    - Üçüncü Dünyanın postmodernizmi…
    - Üçüncü Dünyanın postmodernizmi…
    - Üçüncü Dünyanın postmodernizmi…
    - Üçüncü Dünyanın postmodernizmi…
    - Üçüncü Dünyanın postmodernizmi…
    - Üçüncü Dünyanın postmodernizmi…

    Yeqin kultaz`a tez-tez baxdigim uchundu, artiq mende Aygun Aslanli ile Kultaz bir-birini assosiasiya edir, birini gorende o biri yadima dushur… Bir de herden Aydin Xan, chunki, sehv elemiremse, Aygun xanim hem de Aydin Xan`in e-qehremanidir…

    Mence, ya gedib oturmaliyiq “Kino+”`un redaksiyasinin qarshisinda ki, Aygun xanim yeni yazi versin, ya da Admin`den xahich edek Aygun xanim`in koshesini saytdan gotursun ki, gozumuz dincelsin…


  8. Şahanə adlı istifadəçi, Sentyabr 25, 2007 tarixində, saat 16:49 yazıb:

    Novarg, ))))))))))))))))))))))))

    Men hele yayin cirhacirinda qeyd elemisdim ki, Aygun xanimin sekli cox uqursuzdur, onu deyisseler yaxsidir. Gorunur, istilere dusub, sayt rehberliyi diqqet etmeyib.

    Insallah, yeni sekille, yeni yazilarla gorerik Aygun xanimi.


  9. TOGRUL adlı istifadəçi, Noyabr 21, 2007 tarixində, saat 04:18 yazıb:

    SALAM QAQALAR

Adınız (vacibdir)

E-mailiniz (vacibdir)

Saytınız

Şərhiniz: