Vaqif Mustafazadənin iki cilddən ibarət yeni diski hazırlanır

Yazar: Admin | Bölmə: Xəbərlər | Tarix: 28 Haziran, 2007

Cazmen Vaqif Mustafazadənin iki cilddən ibarət yeni diski hazırlanır. Vaqif Mustafazadə Xeyriyyə Fondunun direktoru Afaq Əliyeva APA-ya bildirib ki, artıq diskin bütün materialları hazırdır. Fond rəhbərinin sözlərinə görə, hazırda Vaqif Mustafazadənin qızı Əzizə və həyat yoldaşı Elza Mustafazadə ilə danışıqlar aparılmalıdır: “Diskin işıq üzü görməsi üçün hər birinin icazəsi olmalıdır. Ancaq onların icazəsini aldıqdan sonra albomu xarici ölkələrdən birində hazırlayacağıq. Diskin tez bir zamanda hazırlanmasına çalışırıq”. 2010-cu ildə V. Mustafazadənin 70 yaşını tamamladığını deyən A. Əliyeva yubileyin yüksək səviyyədə keçirilməsi üçün bir sıra layihələrin hazırlanacağını vurğulayıb. Yubiley ərəfəsində fond direktoru Vaqif Mustafazadə adına Beynəlxalq musiqi festivalının keçirilməsi üçün Mədəniyyət və Turizm Nazirliyinə müraciət etməyi də düşünür: “Üç ildən sonra Vaqif Mustafazadənin 70 yaşı tamamlanacaq. Bir sıra ölkələrlə yanaşı, yubileyi tədbirləri onun vətənində də təşkil olunacaq. Həmin ərəfədə onun adına beynəlxalq musiqi müsabiqəsinin keçirilməsi üçün aidiyyəti orqanlara müraciət edəcəyik”.

1 səs2 səs3 səs4 səs5 səs (1 səs, hardasa: 5,00 ilə 5 arası)
Loading ... Loading ...

Şərh yazın