Qaynar xəbər portalı

AzDramaTeatr direktoru “əlaqədar təşkilatlar qarşısında məsələ qaldırmışıq” dedi

“Müasir Azərbaycan teatrı öz tamaşaçısını qane edir. Əgər tamaşaçı tamaşadan sonra ruhunda, varlığında, mənəviyyatında bir dəyişiklik hiss edirsə, tamaşadan özü ilə nə isə aparırsa, nəticədə teatr da, tamaşaçı da qazanır”. Akademik Milli Dram Teatrının direktoru Maqbet Bünyadovun fikrincə, sözügedən teatrın bu gün repertuar problemi də aradan qaldırılıb. Davamı…


Şövqi HüseynovAktyor Şövqü Hüseynov bu qənaətdədir ki, pis tamaşaçı yoxdur, sadəcə, zəif aktyor və tamaşa var

Bakı Kamera Teatrının aktyoru Şövqü Hüseynov bu qənaətdədir ki, çalışdığı mədəniyyət ocağının ən uğurlu tamaşası “Şeyx Sənan”dır. Rejissor Cənnət Səlimovanın quruluş verdiyi tamaşada Şeyx Sənan obrazını yaradan aktyorun sözlərinə görə, əsərin müəllifi Hüseyn Cavid onun üçün müqəddəs şəxsdir: “Ümumiyyətlə, bu tamaşada hər hansı bir rolun mənə tapşırılacağı mənim üçün böyük xoşbəxtlik olardı. O ilahi şeiriyyət, ilahi dialoqlarla yaşamaq, onları özününküləşdirmək üçün hər hansı bir personaj mənim üçün böyük xoşbəxtlik olardı. Onu da deyim ki, Şeyx Sənanı oynamaq mənim üçün gözlənilən bir obraz idi”. Davamı…


kitabBurada müəlliflərlə görüşlərin keçirilməsi üçün zal olacaq

Paytaxtda kitabların mağazalarda deyil, küçələrdə satılması elm xadimlərini narahat edir. Onların qənaətincə, kitaba marağın az olduğu vaxtda bu tendensiya vəziyyəti daha da gərginləşdirir. Məlumat üçün xatırladaq ki, keçirilən sorğular xüsusilə gənclər arasında kitab oxumağa marağın çox aşağı olduğunu göstərir. Sorğuların nəticəsinə inansaq, kitab oxuyanlar əsasən rusdilli əhalidir. Davamı…


teatrRus aktyoru, rejissoru və səhnə mədəniyyəti nəzəriyyəçisi Konstantin Serqeyeviç Stanislavski 5 (17) yanvar 1863-cü ildə Moskvada anadan olub. Ailəsi nəsilliklə öndə gedən rus sənayeçilərindən idi və o, intelligent Moskvanın tacirləri arasında böyümüşdü. 1881-ci ildə Lazaryovski İnistitutunu atıb ailə firmasında xidmət edir. Ailədə teatra çox maraq var idi. Hətta Moskvada yerləşən evdə tamaşa üçün xüsusi zal da tikilmişdi. Davamı…