Qaynar xəbər portalı

Kitab dünyası


kitabBurada müəlliflərlə görüşlərin keçirilməsi üçün zal olacaq

Paytaxtda kitabların mağazalarda deyil, küçələrdə satılması elm xadimlərini narahat edir. Onların qənaətincə, kitaba marağın az olduğu vaxtda bu tendensiya vəziyyəti daha da gərginləşdirir. Məlumat üçün xatırladaq ki, keçirilən sorğular xüsusilə gənclər arasında kitab oxumağa marağın çox aşağı olduğunu göstərir. Sorğuların nəticəsinə inansaq, kitab oxuyanlar əsasən rusdilli əhalidir. Kitab mağazalarının bağlanması, kitabxanaların müasirləşdirilməsi adı altında fəaliyyətinə xitam verilməsi, ümumiyyətlə, bu sahəyə diqqətin olmamasının göstəricisidir. Belə məqamda isə ölkədə yeni göydələnlər inşa edilir, şadlıq evləri tikilir.
Amma, deyəsən, bu sahədə kiçik də olsa irəliləyiş olacaq. Belə ki, şəhərin mərkəzindəki “Akademiya” kitab mərkəzi yeni binaya köçürüləcək. Dövlət başçısının göstərişinə əsasən, “Akademiya” kitab mərkəzinin ərazisi genişləndirilir. Mərkəzin direktoru Vüqar Zeynalov mətbuata açıqlamasında bildirib ki, bu işlərin cari ilin sentyabr-oktyabr aylarında başa çatdırılması nəzərdə tutulur.
Hazırda təmirlə əlaqədar 40 kv/m ərazidə yerləşmiş kitab mərkəzinin ərazisi genişləndirildikdən sonra 250 kv/m-ə çatacaq. Mərkəzə yeni kitabların alınması, avadanlıqlarla təminat, müəlliflərlə görüşlərin keçirilməsi üçün salonun ayrılması da nəzərdə tutulur. Beləliklə, Kitab Mərkəzi yerləşdiyi Nizami Gəncəvi adına Azərbaycan Ədəbiyyatı Muzeyinin birinci mərtəbəsində daha böyük ərazini tutacaq.
Məlumat üçün bildirək ki, 1956-cı ildə yaradılmış Kitab Mərkəzi ötən əsrin 80-cı illərinin sonunda daha kiçik ərazidə yerləşmək məcburiyyətində qalmışdı. Bir müddət öncə isə muzeyin direktoru Rəfael Hüseynovla mərkəz rəhbərliyi arasında yerlə bağlı mübahisə yaranmışdı. Mərkəzin ərazisinin genişləndirilməsi ilə bağlı prezidentin göstərişi bütün mübahisələrə son qoyub.






Yazıya səs verin
  • 1 səs2 səs3 səs4 səs5 səs (1 səs, təxmini: 5 ilə 5)
    Loading ... Loading ...
Şərhlər

Adınız (vacibdir)

E-mailiniz (vacibdir)

Saytınız

Şərhiniz: