Stanislavskinin teatral həyatı
Yazar: Admin | Bölmə: Teatr | Tarix: 30 Haziran, 2007
Rus aktyoru, rejissoru və səhnə mədəniyyəti nəzəriyyəçisi Konstantin Serqeyeviç Stanislavski 5 (17) yanvar 1863-cü ildə Moskvada anadan olub. Ailəsi nəsilliklə öndə gedən rus sənayeçilərindən idi və o, intelligent Moskvanın tacirləri arasında böyümüşdü. 1881-ci ildə Lazaryovski İnistitutunu atıb ailə firmasında xidmət edir. Ailədə teatra çox maraq var idi. Hətta Moskvada yerləşən evdə tamaşa üçün xüsusi zal da tikilmişdi. Səhnə təcrübəsinə evdə Alekseyev çevrəsindən başlayan Konsantin, ən yaxşı müəllimlər ilə plastikadan və vokaldan dərs alır. «Malıy Teatr»ın nümunəvi aktyorları Lenskiy, Fedotova, Yermolova onun kumirləri idi. Konstantin həta bir neçə operada da oynamalı olur: «Qrafinya de la Frontyer» (Quldur-ataman), «Nituş Erve» (Floridor), Mikado Süllivana (Nanki-Pu) roları ürəyincə olmasa da onda teatra həvəsi bir az da artrır. 1886-cı ildə Stanislavskini tərkibində konservatoriya olan «Rus musiqi cəmiyyəti»nin rəhbərliyinə təyin edirlər. Burada müəllim işləyən Kamissarjevskilə və rəssam Solloqubla birgə Stanislavski layihə hazırlayır və öz büdcəsindən ora vəsait yatırmaqla «Moskva İncəsənəti və Ədəbiyyatı Cəmiyyəti»ni (MİvƏC) yaradır. Cəmiyyəti yaratmaq ona öz işində irəli getməyə təkan verir. İlk növbədə rejissor A.F.Fedotovla görüşü ona tamaşada oynamaq imkanı yaradır.
İlk tamaşasını 8 (20) dekabr 1888-ci ildə oynayan Konstantin MİƏC-nin səhnəsində on il işləyəndən sonra məşhur aktyora çevrilir. 1891-ci ildən həmin cəmiyyətin rəsmi olaraq rejissorluq hissəsinə rəhbərlik etməyə başlayır. Bu dövrdə «Otello» (1896), «Heç nədən hay-küy» (1897), «On ikinci gecə»(1897), «Batmış zəng» (1898) tamaşalarını səhnələşdirir və baş qəhrəmanları özü oynayır. O, əsəri canlandımaq üçün «rejissor fəndlərindən» istifadə edir. «Meyninqençilərin» (XVI əsr Norveçdə saray teatrının metodu) fəndlərindən istifadə edərək tam təbiiliyin və ya naturalizmin köməyi ilə işığın, səsin və ritmin eksperimentlərini aparırdı. Bu minvalla Stanislavski Dostayevskinin «Stepançikova kəndi» (1891) tamaşasını hazırlayır və özü də Fom rolunu oynayır.
1898-ci ilin 14 iyununda Moskvaətrafı sahələrdən olan Puşkinoda Mosuva Bədaye Teatrının Nemiroviçin Filarmoniyadan olan tələbələrindən və ədəbiyyat və incəsənət cəmiyyətinin aktyor həvəskarlarından ibarət truppası işə başladı. İlk aylardan məlum oldu ki, rəhbərliyin vəzifələri şərtidi. «Çar Fyodr»un məşqlərinə Stanislavski başlayır və maraqlı mizansəhnələr qurmaqla premyerada bütün tamaşaçıları heyran etdi. Nemiroviç-Dançunko altı namizəddən, öz tələbələri arasından Çar Fyodru seçmək arzusunda idi. Stanislavski hesab edirdi ki, «Çar Fyodr»la Bədaye Teatrında tarixi məişət xətti başlandı. Və bu xəttə həm də «Venesiyalı tacir», «Antiqlna», «Qroznının ölümü», «Cəhalətin hakimiyyəti», «Yuli Sezar» və s. tamaşaları misal göstərmək mümkündür.
Çexovun əsərləri üçün Bədaye Teatrında vacib quruluş xətti – intuisiya və hissdir. Bura həm də «Ağıldan bəla», «Kənddə bir ay», «Karamazov qardaşları», «Stepançikovo kəndi» və s. aid etmək olar. Bədaye Teatrının ən əhəmiyyətli tamaşaları «Çar Fyodor İvanoviç» A.K.Tolstoy, Çexovun «Qağayı», «Vanya dayı», «Üç bacı», «Albalı bağı» əsərləri Stanislavski və Nemiroviç-Dançenkonun birgə səyi nəticəsində hazırlanmışdı.
1902- ci ildə birgə iş nəticəsində hazırlanmış «Ərəfə» (Qorki) tamaşası iki yozumun qarşıdurmaısın ortaya atdı. Onun rejissor həllində müfəssəl dərəcədə gözə çarpan şeylər var idi. Nemiroviç-Dançenko isə səhnədə pyesin açarı kimi «gümrah yüngüllük» axtarırdı. Stanislavski təsdiq edirdi ki, Nemiroviç-Dançenko Qorki pyeslərinin həqiqi oyun manerasını tapıb. Amma özü bu qaydanı «sadəcə rola məruzə etməyi» – qəbul etmirdi. «Ərəfə» tamaşasının rejissor işi ilə bağlı afişasında heç bir pedaqoqun adı yazılmamışdı. İlk vaxtlar teatrın rejissor stolunun arxasında hər iki rəhbər otururdu. 1906-cı ildən hər kəsin öz stolu, öz pyesi və öz quruluşu oldu. Stanislavski baş verənlərə belə aydınlıq verir – «hərkəs nə istəyirdi və nəyi bacarırdısa onu özünəməxsus xətt ilə hazırlayırdı və bütövlükdə isə teatrın ümumi prinsipinə sadiq qalırdı».
Stanislavskinin ayrılıqda ilk işi «Brandt» tamaşası olur. Bu vaxt – 1909-ci ildə o, həm də Meyerxoldla birgə «Eksperimental studiya»nı yaradır. Yeni teatr formaları axtarmaq təcrübəsini sonralar Stanislavski L. Andreyevin «İnsanın taleyi»(1907) əsərinə quruluş verərkən axtaracaq və ərsəyə qara məxmərin fonunda sxematik təsvirlərin fraqmentləri yaranacaqdı. Qrimlərin-maskaların, kostyumların qroteskvari yozumu verildi. M.Meterlinkin «Göy quşlar» əsərinə hazırlanmış tamaşa qara məxmərin və işığın texnikasının effekti mistik dəyişmələrdə əla görünürdü.
Bədaye Teatrını yaradarkən Stanislavski Nemiroviç-Dançenkonu yoxlayır və qənaətə gəlir ki, traqik səpkili tamaşalar onun repertuarı deyil.
Stanislavski aktyor sənəti ilə bağlı qarşısına yeni-yeni tapşırıqlar qoyur. O, özündən sistem yaratmağı tələb edir. Aktyorun səhnədə kütləvi yaradıcılığı üçün qanun yaratmaq onun məqsədi idi. Teatr nəzəriyyəsi və pedaqogikası barədə axtarışları onu «Birinci Studiya»nın yaranmasına gətirib çıxardı. Studiyanın kütlə üçün fəaliyyəti 1913-cü ilə təsadüf edir. Müasir rolların və dramların (Çexov, L.Tolstoy, İbsen, Hauptman) ardınca, klassik rollarının axtarışlarına başlayır. Stanislavskinin növbəti iki işi «Motsart və Salyeri»(1915) və təkrarən hazırladığı «Stepançikova kəndi» oldu. İkinci tamaşadakı Rostanyov obrazı bilinməyən səbəblərdən alınmır və təxirə salınır. Bir çoxlarının dediyinə görə, Stanislavski «əla məşq edirdi» 1917- ci ilin 28 martında keçmiş axırıncı məşqlərdən sonra o, rol üzərində işini dayandırdı. Stanislavski bundan sonra həmişəlik yeni rollardan imtina etməyə başladı. Ancaq 1922-24-cü illərdə qastrollara gedəndə köhnə rolları oynayardı.
İnqilabdan sonra hazırladığı tamaşa ərəfəsində «ağların» Moskvaya girməsilə Stanislavskini girov götürürlər. Bir tərəfdən də Kaçalovla birgə yeni qastrola getmiş truppa Moskvada vəziyyətin dəyişdiyindən geri qayıda bilmirdi. Qeyri-şərtsiz uğur «Müfəttiş»in quruluşunda oldu. Stanislavski Xlestakov roluna Bədaye Teatrından yenicə «Birinci studiya»ya keçmiş Mixail Çexovu dəvət etdi. Bu vaxt artıq Bədaye Teatrına akademik adı verilmişdi. 1922-ci ildə Avropaya və Amerikaya uzunmüddətli qastrol səfərinə çıxmış Moskva Akademik Bədaye Teatrı qayıdan zaman bütün heyətlə geri qayıtmır.
Ciddi sual olaraq teatrda nəsil dəyişməsi problemi ortaya atılır. Çoxlu müzakirələrdən sonra 1924-cü ildə birinci və üçüncü studiyalar sərbəs teatr olaraq fəaliyyətə başladı truppa isə ikiknci studiyadan yığıldı. Stanislavski tələbələrinin xəyanətini çətinliklə qarşıladı. O, Bədaye Teatrının studiyalarını Şekspir yaradıcılığından olan Kral Lirin qızlarına bənzədirərək, birinc və üçüncü studiyaları – Qonerilya və Reqana, ikincini isə Kordeliya adlandırırdı.
1920-30-cu illərdə Stanislavskinin yaradıcılığı ənənəvi rus səhnə mədəniyyətini qiymətləndirməkdən ibarət idi. Mətbuatda isə onu «geridə qalmış» və inqlabi həqiqətləri «qəbul etmək» istəməyən insan kimi ittiham edirdi.
Bədaye Teatrının 1928-ci ildə keçirdiyi yubiley gecəsində Stanislavskinin ürək ağrıları tutur. Həkimlər qəti olaraq ona tədbirlərdə iştirak etməyi qadağan edirdilər. Yalnız 1929-cu ildə işinə qayadan Stanislavski, nəzəri axtarışlar «sistem»ini pedoqoqik tərəfdən yoxlamadan keçirir. Bu yoxlama 1918-ci ildən fəaliyyət göstərən, özünün Opera studiyasında «Stanislavski adına Opera teatrı»nda aparır.
1930-cu illərin əvvəllərində Stanislavski öz avtoritetliyindən istifadə edərək və təzəcə SSSR-iyə qayıtmış Qorkinin köməyinə güvənərək, hökumətə müraciət edir. Onun müraciətinə baxdıqdan sonra, 1932-ci ilin yanvarında teatra SSRİ Bədaye Teatrı, sentyabrda isə Qorkinin adını verdilər. 1937-ci ildə o, Lenin ordeni ilə mükafatlandırıldı.
1938-ci ildə Stanislavski «Aktyorun öz üzərində işi» kitabını çapa verə bildi. Həmin ilin avqustun 7-də isə Stanislavski dünyasını dəyişdi.
Əli.Ə





Yüklənir...
salam maraqlii melumatlar var. sizden bir sey isteyecekdim.
men ozum rejissorluqda oxuyuram. derslerimle bagli bunlar mene lazimdirş zehmet olmasa mene stanislavski barede onuun yaradiciligi barede daha genis melumatlar tapib menim email adresime gondere bilersinizmi,? ve ya stanislavski baresinde hansi saytlarda varsa mene hemin saytlarin adini yazib menim adresime gonderin zehmet olmasa bu mene cox lazimdi. gozleyecem…
Salam.Zehmet olmasa Rejissorluq barəsində daha etrafli məlumatlar verə bilərsinizmi.Başqa rejissorlarin həyati haqqinda məlumatlar olsa daha yaxşı olar.Coz sağ olun ki,əziyyət çəkib oxudunuz. Təşəkkürlər!