İlə görə arxiv: Temmuz 2007


“Mobiloqrafiya” – fotohəvəskarların III internet müsabiqəsi başa çatdı

Yazar: Kənan Məcidov | Bölmə: Foto | Tarix: 31 Temmuz, 2007

“Azərfoto” informasiya agentliyinin dəstəyi və Hewlett Packard (HP) şirkətinin sponsorluğu ilə keçirilən “Mobiloqrafiya” müsabiqəsinin III mərhələsi bir neçə saat öncə başa çatdı. Azərbaycanda foto sənətinin inkişafına dəstək vermək, foto-reportyorluq sahəsində mövcud təcrübəni genişləndirmək, foto sənəti ilə məşqul olan həvəskarlara stimul vermək üçün keçirilən müsabiqənin bu mərhələsinə 60-a yaxın iştirakçı 500-dən çox foto göndərmişdir.



Ramiz Fətəliyevin ssenarisi əsasında “Kuklalar” filminin çəkilişlərinə başlanılacaq

Yazar: Admin | Bölmə: Xəbərlər | Tarix: 31 Temmuz, 2007

Sentyabrda Ramiz Fətəliyevin ssenarisi əsasında “Kuklalar” filminin çəkilişlərinə başlanılacaq. R. Fətəliyevin APA-ya verdiyi məlumata görə, filmə Çingiz Rəsulzadə quruluş verəcək. Hazırda kastinqləri aparılan filmdə 80-ci illərin sonunda Bakıda peyda olan canlı kuklalardan söz açılacaq.



Kukla Teatrında «Nağıllar dünyası» olacaq

Yazar: Admin | Bölmə: Xəbərlər | Tarix: 31 Temmuz, 2007

Artıq Kukla Teatrında yeni mövsümün açılışı üçün yeni tamaşalar hazırlanır. Bu haqda TrendLife-a teatrın rəhbəri Rəhman Quliyev xəbər verib.



Nikolay Petrof Bakıda ustad dərsləri verəcək

Yazar: Admin | Bölmə: Xəbərlər | Tarix: 31 Temmuz, 2007

Musiqi aləmində gəzən söhbətlərə görə, avqust ayında dünya şöhrətli pianoçu Nikolay Petrof Bakıya gələcək. O, Bakıda ustad dərsləri də verəcək.



Azərbaycan kinosu «Şakena ulduzları» festivalında iştirak edəcək

Yazar: Admin | Bölmə: Xəbərlər | Tarix: 31 Temmuz, 2007

Sentyabrın əvvələrində Alma-Atıda «Şakena ulduzları» adlı beynəlxalq festival start götürəcək. Orda həmçinin Azərbaycan filmləri də təqdim olunacaq. Artıq onlar seçilib. Bu haqda TrendLife-a Kinomatoqrafçılar İtifaqından xəbər verilib.
Təqdim olunacaq filmlərdən biri «Qrinviç meridianı xaricində» olacaq.



Azərbaycan gəncləri özlərinə TV yaradıb

Yazar: Admin | Bölmə: Televiziya | Tarix: 31 Temmuz, 2007

Tezliyi, studiyası və əməkdaşları olmayan bu AN TV sürətlə populyarlaşır
Videokameralı mobil telefonu olan və özünü telejurnalizmdə sınamaq istəyən istənilən azərbaycanlı potensialı, istedadı və arzusunu gerçəkləşdirə bilər.
Dünyada ilk dəfə olaraq sırf mobil televiziya kimi fəaliyyət göstərən AN TV-nin efirində istənilən məkanda yaşayan azərbaycanlının çəkdiyi reportaж asanlıqla peyda ola bilər.



XX əsr kinosunun dahisi vəfat etdi

Yazar: Admin | Bölmə: Kino | Tarix: 31 Temmuz, 2007

Dünya kinomatoqrafının ən məşhur nümayəndələrindən biri, isveçli kinorejissor İnqmar Berqman dünən 89 yaşında dünyasını dəyişib.
O, Faro adasındakı evində haqq dünyasına qovuşub.
50-yə yaxın film çəkən İ.Berqman 9 dəfə “Oskar” almış, onun əsərləri 3 dəfə “Ən yaxşı xarici əsər” nominasiyasında bu mükafata layiq görülmüşdü.



Kitablar və adamlar

Yazar: Aliyə | Bölmə: Publisistika | Tarix: 30 Temmuz, 2007

Kitablar hələ onların üzünə baxanda nəsə deyir. Müəllif hansısa şəkildə kitablarda özünü göstərir, kitabın içində yox, hələ cildində, üzündə, rəngində… Köhnə, solğun, küskün, susqun kitablar, yorğun səhifələr, enerjili rənglər.



AYO-nun maskası (birinci yazı)

Yazar: Elnur Astanbəyli | Bölmə: Köşələr | Tarix: 30 Temmuz, 2007

Elnur ASTANBƏYLİ
molodoy25@box.az
Gəlin bir az da AYO-dan danışaq, yəni Azad Yazarlar Ocağından. AYO-nun Azərbaycanda ədəbi azadlığın yaranmasında müstəsna xidmətləri var. Amma bu, bizi AYO haqqında tənqidi fikirlərimizi söyləməkdən məhrum etmir.
Bu yaxınlarda Ocağın banilərindən Murad Köhnəqala təşkilatdan istefa verdi.



Mapmavi səma və ağappaq buludlar (hekayə-rekviyem)

Yazar: Admin | Bölmə: Ədəbiyyat | Tarix: 30 Temmuz, 2007

Aslan Quliyev
Günəşli yaz günü, səma mapmavi olanda, mapmavi səmada ağappaq buludlar ağır-ağır süzəndə öləcəyəm. Gözlərimi dərhal qapamazsan. Məni qucağına götürüb gedərsən üzü gündoğana. Birinci təpəni aşar, ikinci təpəni aşar, üçüncüdə dayanıb qəbrimi qazarsan.



Yuğ Teatrının rejissorları bölgə teatrlarda yeni tamaşalar hazırlayacaq

Yazar: Admin | Bölmə: Xəbərlər | Tarix: 30 Temmuz, 2007

Yuğ Teatrının gənc rejissorları Mədəniyyət və Turizm Nazirliyinin təşəbbüsü ilə Azərbaycanın bölgələrində fəaliyyət göstərən teatrlarda yeni tamaşalar hazırlayacaq. Teatrın baş rejissoru Vaqif İbrahimoğlu APA-ya deyib ki, layihə çərçivəsində gənc rejissor Tural Vaqifoğlu Sumqayıt Dövlət Dram Teatrında Əbdürrəhim bəy Haqverdiyevin “Ağa Məhəmməd Şah” əsəri əsasında “Şah” əsərini səhnələşdirəcək.



“Nərimanfilm” kinostudiyasında “İkinci doğluş” qısametrajlı filminin çəkilişlərinə başlanılacaq

Yazar: Admin | Bölmə: Xəbərlər | Tarix: 30 Temmuz, 2007

“Nərimanfilm” kinostudiyasında Yuğ Teatrının rejissoru Mikayıl Mikayılovun quruluşunda “İkinci doğluş” qısametrajlı filminin çəkilişlərinə başlanılacaq.



Azərbaycan Rəssamlıq Akademiyasının iki tələbəsi Almaniya Rəssamlıq Akademiyasında təhsil alacaq

Yazar: Admin | Bölmə: Xəbərlər | Tarix: 30 Temmuz, 2007

Bu ildən etibarən Azərbaycan Rəssamlıq Akademiyasının iki tələbəsi Almaniya Rəssamlıq Akademiyasında təhsil alacaq. Bu barədə APA-ya akademiyanın rektoru, heykəltəraş Ömər Eldarov deyib.



Mənim ciddi ədəbiyyata heç bir iddiam yoxdur

Yazar: Admin | Bölmə: Ədəbiyyat | Tarix: 30 Temmuz, 2007

Əli Əkbər: “Mən ziyalıların Qarabağ səfərinə Anarın bu cür münasibətini ancaq paxıllıq hesab edirəm”
Kultura.az saytının baş redaktoru, yazıçı Əli Əkbərlə yeni çıxan kitabı, ziyalıların Qarabağ səfəri, gənc və qoca yazarlar haqqında söhbətləşdik. Əli Əkbər hər zamankı kimi aqressiv danışdı.
- Ələkbər, bu yaxınlarda üçüncü kitabın- “93-Tanrıların qürubu” romanın da çapdan çıxdı. Üçüncü kitabla sən nəinki nəsildaşlarını, [...]



Dözümsüzlük sendromu

Yazar: Qan Turalı | Bölmə: Ədəbiyyat | Tarix: 29 Temmuz, 2007

Qan Turalı
qan_tural@yahoo.com
Azərbaycan yazarında bir dözümsüzlük sendromu var. Əslində bu ümumilikdə xalqın sendromudur, xalqın ciddi kompleksidir. Azərbaycan xalqı bir qayda olaraq özünə yönəlmiş heç bir iradı qəbul etmir, onu yalan hesab edir. Azərbaycan yazarı da öz xalqından seçilmir. İstər dözümsüzlük məsələsində, istərsə də başqa məsələlərdə. Azərbaycan xalqının orta statisistik üzvü üçün Azərbaycan elminin, ədəbiyyatının, mədəniyyətinin bütün [...]



Gövhər Həsənzadə Yaşıl Teatrın direktoru, Faiq Sücəddinov isə baş rejissoru təyin olunub

Yazar: Admin | Bölmə: Xəbərlər | Tarix: 28 Temmuz, 2007

Əməkdar incəsənət xadimi, bəstəkar Faiq Sücəddinov Yaşıl Teatrın baş rejissoru vəzifəsinə təyin olunub.



Elçin Əfəndiyev necə məşhurlaşdı?

Yazar: Qan Turalı | Bölmə: Ədəbiyyat | Tarix: 28 Temmuz, 2007

Qan TURALI
qan_tural@yahoo.com
Bu yaxınlarda əlimə Elçin Əfəndiyevin tərcümələri toplanan bir kitab keçmişdi. Adı belə idi: «Pyer Düi necə məşhurlaşdı?» Bu, Andrea Moruanın hekayəsinin adıdır və Elçin Əfəndiyev bu hekayənin adını kitaba verib.
Hekayənin məzmunu belədir: Bir rəssam nə qədər istedadlı olsa da, uğur qazana bilmir. Tənqidçi ona məsləhət görür ki, ağlına nə gəlirsə, onu da [...]



“Nəfəs”in xatirəsinə

Yazar: Admin | Bölmə: Ədəbiyyat | Tarix: 28 Temmuz, 2007

Sevinc Pərvanə
Aqşinin Elseverə bağışladığı bir kitab var. Deyəsən, Şekspirin pyesləridir. Aqşin kitabın iç üzünə Şekspirvari bir söz də yazıb: “Allah olmaq istəyən bir bədbəxtə bədbəxt olmuş Allahdan hədiyyə”. Bu, Aqşinin özü haqqında verdiyi dahiyanə proqnozudur. Bəlkə də Aqşin bu cümləni çoxdan unudub. Allahın özü belə bu gün bizimlə bir yerdə yaşayıb, eyni havanı, eyni [...]



BALACA BİR ARX TARİX ÜÇÜN BÖYÜK PROBLEM YARADIR

Yazar: Admin | Bölmə: Abidələr | Tarix: 28 Temmuz, 2007

Qədim Troya ilə müqayisə edilən Şəmkir şəhər xarabalığından su arxı keçir…
Qədim Şəmkir şəhəri dağılmaq təhlükəsi qarşısındadır. Nə qədər qəribə olsa da, orta əsrlərə aid abidənin içərisindən arx keçir. Bu barədə Regionların İnkişafı İctimai Birliyinin sədri Seymur Quliyev söylədi. Onun sözlərinə görə, arx sözügedən abidənin dağılmasına səbəb olur. Öyrəndik ki, bununla əlaqədar olaraq birlik [...]



ANİMASİYA KURSUNUN LAYİHƏSİNƏ BAXILIR

Yazar: Admin | Bölmə: Xəbərlər | Tarix: 28 Temmuz, 2007

Animator Elçin Hami Axundovun animatorlar üçün hazırlıq kurslarının təşkilini nəzərdə tutan layihəsinə Mədəniyyət və Turizm Nazirliyinin kino işləri şöbəsində baxılır. Animator mətbuata verdiyi açıqlamasında bildirib ki, hazırda layihənin taleyinin necə olacağı məlum deyil. E.H.Axundovun sözlərinə görə, layihənin dövlət vəsaiti hesabına maliyyələşəcəyi gözlənilir. Qeyd edək ki, layihəyə əsasən, animator olmaq istəyənlərə ilyarım dərs keçiləcək.