Qaynar xəbər portalı

Seymur Baycan
Seymur Baycan
seymurbaycan@gmail.com

Şənbə günü metronun “Əhmədli” stansiyasının gişində “525-ci qəzet”i alıb düşdüm yerin altına. Əvvəlcə Mirşahin Ağayevin “525″-də təkrar dərc edilmiş yazısını, sonra Slavyan Universitetinin rektoru, professpr Kamal Abdullanın müsahibəsini oxudum. Kamal müəllimin söylədiyi bir cümləni olduğu kimi yazıram: “Bizi İrəvanda erməni rejissoru Karacanovun ev muzeyinə apardılar. Gürcülər deyir ki, Karacanov bizim, ermənilər isə deyir yox, bizimdir. Karacanov özü isə deyirdi ki, ınən heç birinizin deyiləm, mən azərbaycanlıyam”.
Əvvəla, “Karacanov” heç vaxt deməyib ki, mən azərbaycanlıyam. Davamı…


Qan TuralıQan Turalı
qan_tural@yahoo.com

Aqşinin şeiri, publisistikası haqqında polemika

Hamını öz adı ilə çağırmaq zamanı gəldi. Biz 2000-cilər nəsli olaraq artıq ilk qurbanımızı vermişik, bunu malalamağın, üstümüzə vurmamağın heç bir adı yoxdur. İlk qurbanımız Aqşindir. Biz bunu ilk dəfə söyləyirik, çünki bu yazı yazılana qədər Aqşinin özünü düzəldəcəyinə, ciddi bir kitabı axıra qədər oxuyacağına inamımız vardı. Lakin “Alma” qəzetində yazdığı yazılar, demək olar ki, hər gün etdiyimiz ədəbiyyat söhbətləri bizi bir daha əmin edir ki, Aqşin düzələn deyil, 60-cıların qırx yaşdan sonra qədəm qoyduğu özünəvurğunluğa Aqşin otuza çatmamış qədəm qoyub. Davamı…