Qan Turalı
qan_tural@yahoo.com
Aqşinin şeiri, publisistikası haqqında polemika
Hamını öz adı ilə çağırmaq zamanı gəldi. Biz 2000-cilər nəsli olaraq artıq ilk qurbanımızı vermişik, bunu malalamağın, üstümüzə vurmamağın heç bir adı yoxdur. İlk qurbanımız Aqşindir. Biz bunu ilk dəfə söyləyirik, çünki bu yazı yazılana qədər Aqşinin özünü düzəldəcəyinə, ciddi bir kitabı axıra qədər oxuyacağına inamımız vardı. Lakin “Alma” qəzetində yazdığı yazılar, demək olar ki, hər gün etdiyimiz ədəbiyyat söhbətləri bizi bir daha əmin edir ki, Aqşin düzələn deyil, 60-cıların qırx yaşdan sonra qədəm qoyduğu özünəvurğunluğa Aqşin otuza çatmamış qədəm qoyub.
Aqşinin “şeirləri”
Aqşinin şeirləri Azərbaycan poeziyasında hadisə kimi qarşılandı, dünyadan təcrid olunmuş, ölü, kəfən kədərinə bürünmüş bizim mühitdə bu cür şeirlərin rezonans doğurması tamamilə qanunauyğun idi. Aqşini də məhz bu yalançı şöhrət azdırdı. Yaşlı nəslə mənsub Seyran Səxavət, Vaqif Bəhmənli, Mövlud Süleymanlı kimi yazarların Aqşin haqqındakı tərifləri Aqşini öz istedadı haqqında mif doğurdu. Aqşin poeziyasının motivi olan başqa bir cəhət isə onun öz şeirlərini zəif oxucu zövqünə hesablaması olub. Aqşin uzun illər poeziyada “uşaq qadına, qadın kişiyə ziyandır” kimi sərsəmləmələri zəif zövqlü oxucuya hesablanmış cızmaqaradan başqa bir şey ola bilməz. Aqşinin şeirləri Sabir texnikumumun birinci kurs tələbələrinin zövqünü oxşaya bilər. Mən konkret misal çəkəcəyəm. Akif Əlidən müsahibə alırdım. Bu müsahibədən üç-dörd gün əvvəl Aqşinin növbəti sarsaq müsahibəsini APA-ya vermişdi. Akif müəllimdən bu müsahibə haqqında soruşanda o, könülsüz şəkildə “hə, oxumuşam” dedi. Mən müsahibə haqqında tənqidi bir fikir söyləyən kimi Akif müəıllim məni başıyla təsdiq etdi və dedi ki, “başdan ayağa qara-qışqırıqdır”. Mən öz aramızda olan söhbətin detallarını indi açıqladığım üçün Akif müəllimdən üzr istəyirəm. Bir müddət sonra Zəlimxan Yaqubdan müsahibə aldım. Müsahibədən sonra Zəlimxan müəllim məni maşınla şəhərə qədər apardı. Zəlimxan müəllimin şoferi mənim də gənc yazarlardan olduğumu bilib Aqşinin müsahibəsindən danışdı və Aqşini xeyli təriflədi. İndi dəyərli bir ziyalı, Gertsenin tərcüməçisi, dünya ədəbiyyatına kifayət qədər bələd olan, filoloji elmlər namizədi Akif Əlinin Aqşinə münasibəti Aqşin üçün daha maraqlı olmalıdır, yoxsa Zəlimxan Yaqubun şoferinin? Aqşinin yazdığı yazılar, verdiyi müsahibələr, şeir adlandırdığı qəbristanlıq elegiyaları ancaq və ancaq aşağı səviyyəli oxucu zövqünə hesablanıb, çünki o özü də bir oxucu kimi kifayət qədər yetişməyib, bişməyib ən pisi də budur ki, bişmək istəmir. Şeirlərdən danışaq. Aqşin hər halda bunlara şeir deyir.
Bizim yaşadığımız şəhərdə
Hər gecə naməlum qadın meyidi tapılır
Hər gecə naməlum kişilər
Naməlum qadınları qətlə yetirirlər
Qadınların günahları naməlum
Qadın bədəni kişilərin əl izini saxlamır
Gecələr təmiz çıxır ağ bədən
Qadın bədəni sevdiyi kişini satmaz.
Asif ata bu şeirlərə “enerji israfı” deyirdi. Müdrik bir əda ilə söylənmiş şeirlərin arxasında ciddi bir şey durduğuna aldanan oxucu bir az düşünəndən sonra yanıldığının fərqinə varır. Amma adi oxucu üçün bu nəhəng fəlsəfi tapıntıdır, böyük zəka hadisəsi, göylərə yüksələn poeziyadır. Əsgərlikdən gələndən soruşurlar ki, suxarı nədir? O da cavab verir: Suxarı elə bir şeydir ki, onu yeməyə sərf elədiyin enerjini ondan ala bilmirsən. Aqşinin şeirləri də normal üçün suxarıdan başqa bir şey deyil. Əlbəttə ki, gic oxucu üçün bu şeirlər suxarı deyil, bəlkə də tortdur.
Aqşin poeziyasının sarsaq könülləri fəth etməsinin bircə səbəbi var. O da bundan ibarətdir ki, Aqşin şeiri ənənəyə, xüsusilə də 60-70-ci illərin simvolist-dekadans ənənəsinə çox bağlıdır. Aqşinin obrazları, şeirinin əsasında duran bədbin ruh olsa-olsa Ramiz Rövşən, Vaqif Bayatlı Odər, Vaqif Səmədoğlu poeziyasına istedadlı gəzişmələrdir. Hər halda mən “ümidlər daha çox adam şəklində yoxa çıxır” misralarını yazan adam haqqında başqa söz deyə bilmərəm.
Savadsız publisistika
Yetəri qədər savadı olmayan, öz istedadına arxalanaraq yazı yazan adam hara qədər gedə bilər? Biz deyə bilmərik ki, bu adamı heç kim ciddiyə almaz. Azərbaycan kimi intellektual baxımdan kasad olan bir ölkədə Aqşinlərin və aqşinkimilərin yetişməsi, ciddi bir imiclə ortalığa çıxması tamamilə normal hadisədir. Tutalım ki, Aqşin kimi adam Rusiyada ya da Türkiyə olsaydı qəzet redaksiyasından ancaq korrektor kimi içəri girə bilərdi. Çox danışıb, başınızı ağrıtmayaq. Aqşinin lap bu yaxınlarda çap olunmuş “Yaxın-uzaq SSRİ” yazısına baxaq. Elçin Əfəndiyevin də “Yaxın Uzaq Türkiyə” adlı məşhur əsəri var. Bunu elə-belə yazırıq. Aqşinin yazısından bir cümlə: “Marksizmi diqqətlə oxuduqda burada kəndlinin adam yerinə qoyulmadığı çox aydın hiss olunur”. Marksizmi oxumurlar, marksist klassiklərinin əsərlərini oxuyarlar. “Bukvayed” olmayaq, Aqşin tənqid üçün kifayət qədər çox imkan yaradır. Bir az əvvəl ciddi oxucudan danışdıq. Ciddi oxucu yaxşı bilir ki, marksizm, xüsusilə leninist marksizmin əsas sosial dayağı kəndlilərdən ibarət idi. Kəndlini adam yerinə qoymayan kimdir? “Almaniyada kəndli müharibəsi” adlı əsər yazıb kəndlilərin inqilabda rolunu göstərən Engelsmi, yoxsa ilk dekreti torpağın kəndliyə verilməsi haqqında olan Leninmi? Bir də Aqşin hansı marksist klassiki tam oxuyub ki? Mən qəti şəkildə əminəm ki, Aqşin Karl Marksın gənclik və ahıl çağlarındakı fəlsəfələrinin fərqini bilmir. Aqşin marksizmi Həmid Herisçinin məqalələrindən tanıyıb və bunu da dəqiq bilirəm ki, o Stalinlə Trotski arasında olan qarşıdurmanın nədən ibarət olduğunu bilmir. Bilən adam belə şeyləri yazmaz. Bu cür yazardan kim nə öyrənə bilər? Aqşin özü kəndlini adam yerinə qoymaya bilər, amma bunu deyərkən Marksın arxasında gizlənməsi, onların narahat ruhlarını incitməsi sadəcə olaraq absurddur. Ortaya sual çıxır. Bu yazılar kimin üçün yazılır? Universitet təhsili görmüş adam fəlsəfə kursunda marksizm haqqında müfəssəl bilik əldə edə bilər. Biz axı demişik, Aqşinin yazıları Sabir texnikumunun birinci kurs qız tələbələrinin zövqünə hesablanıb.
Bu gün mətbuatımızın və xalqımızın vəziyyəti hər kəsə bəllidir. Onun üçün qəzetlərdə bizə ayrılan yer yaza bilməyən, amma düşüncəsi ilə, həyat tərzi ilə bizimlə bir olan şəxslərin yeridir. Biz yazı yazmaqla mən belə hesab edirəm ki, tarixi bir missiya yerinə yetirməliyik. Amma Aqşin kimi heç bir xüsusi biliyi ilə fərqlənməyən şəxsin nəyə görə yazması maraqlıdır. Ardından da xalqı söyür. Belə xalqın yazarı Aqşin kimi biliksiz və savadsız olmalıdır. Allaha çox şükür ki, hamı onun kimi deyil.
Biz Aqşinin bircə yazısından bircə cümləni sitat gətirdik, o biri yazılara münasibət bildirməməyimiz isə yalnız Aqşinin öz xeyrinədir. Aqşinin yazıları indiyənə kimi yalnız muğam ustalarını tərpədib ki, onların də intellektual və şəxsiyyət səviyyəsi hər kəsə bəllidir.
Aqşinin oxusu
Mən Aqşini şəxsən tanıyan bir şəxs kimi onun nələr oxuduğunu yaxşı bilirəm, ədəbiyyata bir az bələd olan oxucu üçün də bunu müəyyənləşdirmək elə də çətin deyil. Aqşin Dostoyevskinin “Alçaldımış və təhqir olunmuşlar” əsərini oxuyub gören nə yazır: “Ağlıma batmışdı ki, Dosteyevskinin romanlarındakı obrazların göz yaşını kütləsini hesablayım ki, “Alçaldımış və təhqir olunmuşlar” romanında qəhrəmanlar neçə litr, yaxud neçə ton göz yaxşı töküb… Bir şey alınmadı”. Bu yerə No Comments deyib keçmək də olardı. Amma Aqşin bu hesablamanı öz şeirlərində hesablasaydı daha yaxşı olar. İki yanğınsöndürən maşında az göz yaşı çıxmaz. Dostoyevskini oxumayan və anlamayan şəxsin ciddi nəsə yaza biləcəyini dedikdə yəqin ki, çox subyektiv görünmürəm. Bir şəxs ki, Dostoyevskidən bu cür nəticə çıxarırsa onda ona nə deməli? Mən əminəm ki, Aqşin gözəl günlərin birində Çarlz Bukovskinin “Murdar adamın qeydləri” romanını oxusaydı bu romanda neçə butulka pivə içildiyini hesablayacaqdı. Aqşinə türk dilində “Karamazov qardaşları” verdim, bir xeyli müddət sonra qaytardı dedi ki, “getmir”. Keçən dəfə Şopenhaueri oxuyub, mənim və Seymur Baycanın üzünə dedi ki, Şopenhauer qadınları yaman günə qoyub. Şopenhauer kimi dahi, fəlsəfənin yönünü dəyişdirən, modern fəlsəfənin əsasını qoyan bir şəxs haqqında öz cılız təfəkkürü, öz cılız problemi olan qadın-kişi səviyyəsində fikir yürütmək yalnız Aqşinə xas ola bilər.
Hər bir kitab şəxsən mənim üçün yeni bir savaşdır. Məncə hamıda belədir. Biz kitab oxuyarkən, hansısa filosofun, yazıçının mənəvi dünyasına, ideyalar aləminə daxil olarkən onunla savaşa giririk, ondan təzə bir şey öyrənmək istəyirik, biz kitabı əvvəlki fikirlərimizi təsdiqləmək, öyrənmək üçün oxumuruq. Şəxsən mən Şopenhaurə qadınları yaman günə qoyan şəxs kimi baxmamışam. Mənim üçün o, fəlsəfənin idrak problemini iradə problemi ilə əvəz edən filosofdur. Sokrata görə insan pisliyi yaxşı olanı bilməməkdən edir. Amma Şopenhaur göstərdi ki, insan yaxşı olanı, həqiqəti bilə bilər, lakin onun iradəsi bu şeylər üçün çatmaz. Bu gün nəyin yaxşı, nəyin pis olduğunu hamı bilir, amma kimin xeyirin, kimin şərin tərəfində durması isə fəlsəfi dillə desək biliksizlik problemi deyil, iradə problemidir. Mən Şopenhaurə qədər Platon vasitəsi ilə Sokratı tanımışdım, elə bilirdim ki, insanlara həqiqətin nə olduğunu desək onlar həqiqətin tərəfində olacaqlar. Amma Şopenhaur mənim bütün fikirlərimi alt-üst etdi və mən bundan çox məmnunan. Çünki Aqşin kimi dediklərimin mütləq həqiqət olduğunu düşünmürəm, fikrimi, düşüncələrimi polemikaya meydan açan bir fikir kimi dilə gətirirəm, daha Aqşin kimi “öz əri qadına haramdır, məşuqəsi halaldır” kimi bayağılıqla demirəm, yazmıram. Çünki yaxşı fərqindəyəm ki, bu cür sözlər olsa-oplsa tavtologiya yaradacaq, cəmiyyətdə fikr plüralizmi, polemika əhvla-ruhiyyəsi yaratmaq əvəzinə bir bütün yerinə başqa bir büt, bir sarsaq fikrin yerinə başqa bir fikir gətirəcək. Rasim Qaraca demişkən, nə qədər ürəkbulandırıcı olsa da mən özüm haqqında danışdım.
Biz bir tərəfdən ilan balalarına qarşı vuruşuruq, o biri tərəfdən də qoynumuzda ilan balası bəsləyirik. Aqşinlə Ramiz Rövşən arasında müsahibələrinin ifrat subyektivlik və savadsızlığın fışqırması, şeirlərinin saxta kədəri baxımından heç bir fərq yoxdur və belə bir sual oluna bilər ki, nəyə görə Ramiz Rövşəni topa tutub Aqşinə göyə qaldırmalıyıq? Heç kimə aman olmamalıdır və olmayacaq da. Biz bu işi görməsək Əlahəzrət Zamanın özü bu işi görəcəkdir. Azərbaycan poeziyasında saxta kədər, mətbuatında vəhşi istedad hesabına baş girlətmək dövrü başa çatmışdır. Həvəsi olan buyursun.
Sonda bu günlərdə baş vermiş bir hadisə haqda yazaq. Aqşinin xalqı söyən yazılarından ilhama gələn Moskvada yaşayan bir azərbaycanlı Aqşinə xalqa nifrətlə dolu elektron məktublar yazırmış. Bu yaxınlarda o oğlan toy eləmək üçün Bakıya gəlib. Aqşinlə görüşüb. Şadlıq evinə bir yerdə gediblər. Oğlan əvvəlcə plovun məclisə necə gətiriləcəyi ilə maraqlanıb. Biləndə ki, trosla məclisə düşəcək, ürəyi rahatlayıb. Aqşin bu yerə qədər dözüb. Sonra bəylə gəlinin başına zərin necə töküləcəyi ilə maraqlanıb. Buna da cavab alandan sonra zərin tərkibi haqqında soruşub. Aldığı cavab onu qane etməyib. Oğlan deyib ki, bir az əlimə zər tökün, görüm necə zərdir. Aqşin elektron məktubların modernisti olan gəncin hərəkətlərinə dözə bilməyib, əsəbləşib və çıxıb gedib. Bütün günü də depressiyada olub. Seymur Baycan söhbətə yaxşı şərh verdi: “Sən Allaha inanırsan?; Allah bizə inanır?”a gələn oxucu belə olmalıdır da. Sitat Aqşinin “Alma” qəzetindəki yazısından gətirilmişdi. Aqşin yazının məhz bu yerinə görə on nəfərin ona məktub yazıb bu fikrin onların da ağlına gəldiyini demişdi. Bəli, Aqşinin oxucuları “əlimə zərdən tök, baxım” deyənlər, toy məclisinə plovun necə gətirildiyini həyati məsələ sayanlardır. Aqşin öz intellekti, istedadı ilə məhz onların yazarıdır.
« MAQBET BÜNYATOV: “HƏYƏCAN TƏBİLİ ÇALMAĞIN VAXTI YETİŞİB” | Əsas səhifə | Azərbaycanda mədəniyyət varmı? »




Bölmə: 











Kulturist adlı istifadəçi, İyul 1, 2007 tarixində, saat 22:02 yazıb:
Qan Turalı nə deməkdir? Yəni Turalı başa düşdük, bəs Qan nə anlamını daşıyır?
oxucu adlı istifadəçi, İyul 1, 2007 tarixində, saat 22:25 yazıb:
Turaldi da…yazibdi da..hec bir ciddi mahiyyeti olmayan, menasiz tenqid yigindir..
aqshinin tural haqqinda’ki letifelerinden gerek bir yazi yazaq
Novarg adlı istifadəçi, İyul 2, 2007 tarixində, saat 02:42 yazıb:
Qan Turali haqlidir…
CHOL ADAMI adlı istifadəçi, İyul 2, 2007 tarixində, saat 03:32 yazıb:
1.Aqshini universitet illerinde taniyirdim. Bu tecrubeme dayanaraqdan onun onemli kitablari oxumaq meselesine “getmir” sheklinde cavabinin esasli ehtimal olduguna inana bilerem.
2.Genish mutalieye ve oz uzerinde ishlemek verdishlerine malik olmamasina da inanmaq mumkundur.
Ancaq bax, Turalin bunu bele aleme car chekmesinin tek sebebinin edebiyyat cefakeshliyi olduguna inanmaq bir az chetindir…
Ryabina adlı istifadəçi, İyul 2, 2007 tarixində, saat 10:54 yazıb:
Qan Turalinin fikirleriyle raziyam…
e110365 adlı istifadəçi, İyul 2, 2007 tarixində, saat 12:41 yazıb:
Müəllifin özünü qəhrəmanıyla müqayisə etməsi zənnimcə, birinci tərəfindən kifayət qədər bayağı bir özünü(!) ifadə etmə idi…Hər nə qədər Schopenhauer fəlsəfəsi ilə yamaq vurmağa çalışsa da.
Yazıdan sitat: “Çünki Aqşin kimi dediklərimin mütləq həqiqət olduğunu düşünmürəm, fikrimi, düşüncələrimi polemikaya meydan açan bir fikir kimi dilə gətirirəm, daha Aqşin kimi “öz əri qadına haramdır, məşuqəsi halaldır” kimi bayağılıqla demirəm, yazmıram.”
rebiqe adlı istifadəçi, İyul 2, 2007 tarixində, saat 16:11 yazıb:
Turalın səmimiliyinə inanmıram!!! Aqşinlə bağlı mənim də tənqidi qeydlərim var, bəlkə, nə zamansa, onları sistemləşdirib yazdım… Tural dünənədək Aqşinə təriflər yağdıran biriydi. İndi nədən dəyişdi? Maraqlıdir… Niyə bizim özlərini postmodernist adlandıran ədəbiyyatçılarımız qərəzsiz olmaya bilmirlər… Üstəlik, yazi çox zəif yazilib… Tənqidlərin heç biri ədəbi cəhətdən izah olunmur… Elə bil küçədən keçəni çağırıb Aqşinin şeirləriylə bağlı .ərh istəyiblər…
ilahe adlı istifadəçi, İyul 2, 2007 tarixində, saat 18:04 yazıb:
Qan Turali niye yazanda “biz” deye yazir. (meselen “bize ele gelir ki”, “biz bele fikirleshirik”)?
Cunki yazdiqlari oz fikrileri deyil…
Köhnə tanış adlı istifadəçi, İyul 2, 2007 tarixində, saat 22:13 yazıb:
Turalın sözlərində həqiqət çoxdur.
“Bize ele gelir ki”, “Biz bele fikirleshirik” tərzdə yazmasının səbəbi isə fikirlərin başqalarına məxsus olmasından qaynaqlanmır, diqqətli olsaz, görərsiz ki, üslub və bir az da təvazökarlıq məsələsidir bu.
Novarg adlı istifadəçi, İyul 2, 2007 tarixində, saat 23:53 yazıb:
Haqlisiniz, chunki…
“Bəli, Aqşinin oxucuları “əlimə zərdən tök, baxım” deyənlər, toy məclisinə plovun necə gətirildiyini həyati məsələ sayanlardır. Aqşin öz intellekti, istedadı ilə məhz onların yazarıdır.”
Abbas adlı istifadəçi, İyul 3, 2007 tarixində, saat 04:50 yazıb:
“Fikir Azadlığı” olub başımıza bəla. Anlamırıq ki, onun azad olması üçün gərək ilk növbədə Fikirin özü olsun. Buna fikir demirlər, kobud formada desək sadəcə gicləməkdir bu…
“Tənqidçi”nin “biz” ifadəsinin üstündən asan ötüb keçməyin…
Bir qayda olaraq Rasim Qaraca qaraladığı insanların üstünə bu adamı göndərir. “Tənqidçi”nin arxivində belə yazılar kifayət qədərdir: ƏliƏkbərlə bağlı “tənqid”lər, Xəqani Hasla bağlı “tənqid”lər və s. Qan Tural haqqda müəyyən qədər təsəvvürüm olduğu üçün deyə bilərəm ki, bu adam tirkaya gedəndir…
Aqşinlə bu günlərdə AYO-nun ciddi mübahsələri olsa məni xatırlayarsınız. Bu sadəcə tənqid deyil, bu AYO-nun Aqşinə “özünü ələ al” xəbərdarlığıdır…
Əgər ciddi səhv edirəmsə AYO-çulardan üzrlər.
Hörmətlə Abbas
Cavid Cəfərov adlı istifadəçi, İyul 3, 2007 tarixində, saat 08:01 yazıb:
Salam Qan Turalı.
Mən nə səni, nə də Aqşini şəxsən tanıyıram, lakin yazılarınızı vaxtaşırı izləməkdəyəm. Və kimin nə yazdığını, nə demək istədiyini yaxşı anlayıram. Sənin Aqşinin mütaliəsi ilə bağlı konkret olaraq bu yazıda qabartdığın faktlar təbiidir ki, yalnız onu (aqşini!)tanıyanlara, onun mütaliə texnikasına bələd olanlara tanışdır. Başqa sözlə desəm, bu texnologiyadan müfəssəl biliyim, xəbərim yalnız sənin yazındandır. Lakin bu məsələnin başqa üzü də var: biri var fakt, biri var təxmin. Sözümü bir daha təkrarlayaraq deyirəm ki, mən də sənin kimi Aqşinin son yazılarını oxumuşam. Və oxuduqdan sonra məndə belə bir təxmin yaranıb ki, bu adam məsələn ən bəsit formada desəm, Orxan Vəlinin “Məni bu havalar məhv etdi” fikrini “insanın təbiət hadisəsinə üsyanı” kimi başa düşənlərdəndir. Ki, Aqşinin yazılarının ən böyük məntiqi məntiqsizliyindədir. Mən inanırdım, inanırdım ki, bugünki ədəbi gəncliyin məntiqi onun “varına-yoxuna” çevrilib, inanırdım həmin gənclik bu “var-yoxuna” söz dedizdirməz. Mən başa düşürəm ki, Aqşinin yazılarından birində haqqında danışıdığı (təxminən) “Qan-tər içində bir adam otağa girib məni (Aqşini) soruşdu və dedi ki, Onun var-yoxunu…… Əvəzində mən də (Aqşin) dedim ki, mən də Onun var yoxunu…” abzasındakı “var-yox məsələsi” Aqşin üçün əsgərlikdəki “var-yox” məsələsi deyil. Belə qəbul edək ki, müəllif (Aqşin) daxilən o qədər “böyükdür” ki, bu adamda təsəvvüf ideologiyası elə kök salıb ki, adam “adicə söyüşlə” var-yoxuna heç nə olmayacağını düşünür. Amma indi mən bilmirəm ki, belə bir adam, məsələn küçədə eyni situasiya ilə qarşılaşsa nə edər? Yenəmi söyüş söyənlə həmfikir olar? Mən bir də, bayaqkı fikrimə qayıdıram, olsun ki, bugün kifayət qədər sərvəti, pulu, imkanı olmayan gənc ədiblərimiz ideyalarını, fikirlərini, məntiqlərini “var-yoxları” hesab etsinlər (zatən irəli getmiş Qərb ədəbi gəncliyi belə düşünür!). Belə olan halda niyə yeganə “var-yox” söyülsün? Aqşinin yazısından belə çıxır ki, Azərbaycan qadınını təhqir edib, sonra da “Siz də mənim bacım” deyən aqşinkimilərin “var-yoxu” bu bacı, ana və s. kimi subyektlər deyil. Bəs nədir? MƏNTİQİDİR!!!
Aqşinə görə MƏNTİQİ söydürmək olar! Amma, nə yazıq, onun cızmaqaralarındakı ən böyük məntiq məntiqsizliyindədir.
Həə, Qan Turalı, sonda səndən bir xahişim var, bu məsələni Alber Kamyunun məşhur “Həyatı məntiqi onun məntiqsizliyini dərk etməkdədir” fikri ilə səhv salmayasan…
Chilgin adlı istifadəçi, İyul 3, 2007 tarixində, saat 13:07 yazıb:
Aaaaaaaaayyyy Tural, qardaş bəsdi də. Yapa biləcəyini yapsan nolar ki? Bir dəfə də bacardığın işi gör də. Bu nə savadsızliq, bu nə mənasızlıq? Aqşini pisləmekçün gərək Aqşindən istedadlı olasan ən azından. Ya da bunu edəcəksənsə, elmi et. Ədəbiyyat bir zövq məkanı olmaqla yanaşı həm də elm sahəsidir. İşə elmi yanaşa bilmirsənsə, buna ədəbiyyat nəzəriyyəsi, ədəbi tənqid və ədəbiyyat tarixi savadsızlığından çıxış edərək yanaşacaqsansa, bu iş olmaz. İnan ki, bu işlər 1-2 termin əzbərləməklə olan şey deyil.
Ola bilər ki, Aqşin az oxuyur, yaxud heç oxumur. O zaman Aqşinin böyük istedadı və fərasətindən danışmağın yeri olar. Yeni ki, Aqşin kitab oxumaya-oxumaya bu qeder maraqlı ve diqqətçəkən yazılar yazır. Ola bilər ki, bir gün tamamilə sussun (bu da ki, Allah eləməsin,təbii ki, istedad tükənən sərvətdir). Amma hər halda onun kimin yazarı olduğunu müəyyənləşdirmək kimin tənqidçisi olduğu bilinməyən Qan Turalıya düşməz. Daha verimli ola biləcəyin məkanlarda olmanı arzu edirəm.
Bu yerdə C.Londonun “Martin İden”ini oxuyanların yadına bir fikri salmaq istəyirəm:
-Ədəbiyyat tənqidçiləri ədəbiyyata daxil ola bilməyənlərdir ki, ədəbiyyata kənardan baxıb qiymət verməyə çalışırlar.
Hə, əgər bunu bacaracaqsansa, onda buyur. Yoxsa küçə üslubunun elmde ne işi?!
“Biz”ə gəlincə isə, bütün dunyada elmi işlərdə “mən” deyə bir mövqe yoxdur. Çünki belə işlərdə “mən”dən daha çox “biz” demək yerinə ona görə düşür ki, o işdə qaynaqlardan istifadə olunur. Qan Turalınınsa “biz” deməyinə heç ehtiyac yoxdu. Çünki ən azından savadsız yanaşmadır, heç bir fikir elmi əsaslandırılmır və ən dəhşətlisi elmi usluba, yaxud məqalə janrına dəxli olmayan leksikona sahibdir (və ən faciəlisi - “gic oxucu üçün” ifadəsi).
Daha cox deyə bilərəm,amma…
Və bir iradım da Zairədir - ay Zair, niyə bu cur maraqlı və mədəni məkanını şouya çevirirsən? Gül kimi yazılar var burda, niyə qeyri-ciddi yanaşılmasına imkan verdirirsən?
Admin adlı istifadəçi, İyul 3, 2007 tarixində, saat 13:39 yazıb:
Mənə tutulan irada gəlincə, qeyd edim ki, Qan Tual bu yazını “Reytinq”in son sayında dərc edib. Yazının aktuallığını nəzərə alıb, öz təşəbbüsümlə sitəyə yerləşdirmişəm.
Yazının aktuallığı nədədir? Nədən şərhçilərin bir qismi qoyulan problemi deyil, ikinci dərəcəli məsələlərə münasibət bəsləyirlər?
Yazıda qoyulan problem budur: Yaradıcı adam oxumadan, mütaliə etmədən, öz üzərində işləmədən, yalnız vəhşi istedadın hesabına ciddi ədəbiyyat yarada bilərmi?
Əslində yazının Aqşinə ünlanması həm də bir üslubdur. İradlar hər birimizə- hər bir yaradıcıya aid məsələdir. Hansı ciddi əsərləri mütaliə edirik və ordan hansı nəticələr çıxarırıq?
Gəlin, qoyulan problemə münasibət bildirək.
Qaldı ki, Qan Turalının yazısına üslub və janr iradlarına. Bunlar ikinci dərəcəli məslələrdir, iradlar da ciddi səsələnmir. İkincisi heç də bu yazı bir elmi məqalə deyil, qzəet yazısıdır, publisitikadır, ən nəhayət münasibətdir. Çağdaş publisitikanın (həm də ədəbiyyatın) dili, üslubu, janrını bilənlər belə iradlar səsləndirməz heç vaxt.
Qan Turalı haqlıdır, hələ çox mütaliə etməliyik, çoooox.
Məndən bu qədər.
Uğurlar
Chilgin adlı istifadəçi, İyul 3, 2007 tarixində, saat 13:49 yazıb:
Ədəbi tənqid ədəbiyyatşünaslıq elminin br qoludurç hörmətli admin və ədəbiyyat təəssübkeşi. Yazar bu problemi şəxsi konteksdən kənar yazsaydıç biz də elə o kontekstdə savadlı şəkildə cavab verərdik. Halbuki, bu məsələni konkret sətirlərlə(yaxud şeirlərlə) və bir deyilç bir neçə yazardan sitatlarla açmaq və həlli yollarına baş vurmaq olardı. İntəhası qarşımızdakı yazı tamam başqa mövqedədir və lazım olan münasibəti də qazanmaqdadır. Odur ki…
Sizə irada gəlincə isə cavabınız heç nəyi dəyişmədi v
ə bu dəfəki təşəbbüsünüz əvvəlkilərlə müqayisədə uğursuzdur. Mən fikrimdə qalıram.
Novarg adlı istifadəçi, İyul 3, 2007 tarixində, saat 17:32 yazıb:
“Edebi tenqid”, “edebiyyatshunasliq”, “edebiyyat teessubkeshi”, “kontekst”, ne bilim “elmi yanashma”, “elmi uslub”, “meqale janri” -))
Gelin yuxaridaki soz ve ifadeleri ezberleyek, bundan sonra Aqshin`in mes., MICHI adli ugursuz qaralamasi haqqinda danishasi olsaq istifade edek ki, savadli gorunek…
Facie oxucunun gic olmasi deyil, facie bunu dile getirmekde de deyil, esl facie Aqshinkimilerin chox olmasindadir…
Qan Turali haqlidir…amma istedadini bele bosh-bosh sheylere serf elemesin, ferdler haqqinda yazmasin, umumileshdirsin, movcud edebi cereyanlari incelesin…
Ryabina adlı istifadəçi, İyul 3, 2007 tarixində, saat 18:01 yazıb:
Bilirsiz, əvvəl avtoritetə işləyib sonra avtoritetin özünə işləyəcəyinə arxayın olmaq yazar üçün ən böyük səhvdir, həm də bağışlanmaz səhv…Oxucunun ümidlərini, daha gözəl əsər tələb etmək haqqını qırıb-tökmək olmaz…Qan Turalının fikirləriylə bir daha razı olduğumu bildirirəm…
Çılğın adlı istifadəçi, İyul 3, 2007 tarixində, saat 23:42 yazıb:
Novarq, o sözləri əzbərləmək və Aqşinə, yaxud digərinə şamil etməkdən söhbət getmir. Şəxsən öz adıma danışıram- mənə savadlı və əsaslandırılmış yazı lazımdır. Mən özümə uyğun bir şey oxumaq istəyirəm. Niyə görə yalnız xarici dildən tərcümə olunmuş tənqidi məqalə oxumalıyam?!
Əgər tənqidçi yetişirsə, savadlı yetişsin və işinin peşəkarı olsun. Deyirsiz ki, savadsız yazardı Aqşin. Sizcə, yazar savadlı olmalıdır, tənqidçi yox?
İnanın ki, bu şəxsi vuruşmadan başqa bir şey deyil. Necə?- Siz doğrudan da inanırsız ki, Turalın Azerbaycan ədəbiyyatına, yaxud Aqşinə ürəyi yandığından yazılıb bu yazı?
Aqşin özündən razidir, heç kimi bəyənmir, ulduz olduğunu düşünür, nə bilim nə- bunlar hamısı şəxsi keyfiyyətləridir, bundan bizə nə?
Əsas odur ki, Aqşin bu gün maraqlıdır, oxunur, sevilir. Qoy onun savadsızlığı sabah onun faciəsi olsun. onda da o barədə danışarıq.
Və sonda… Novarqcım, yuxarıda edebiyyat nəzəriyyəsinə dəxli olan terminləri ki sadalamısız aaaa, onlar elə elementar şeylərdi ki, onları bilməklə özünü savadlı göstərmək çox gülməli olar. Adi məktəb bitirmişlər də bilir onları. Faciə burasındadı ki, mən gör nə qədər ehtiyac duymuşam ki bunları xatirlatmışam. Məsələ burasindadı ki, onlari bilməmək gülməlidir…
Novarg adlı istifadəçi, İyul 4, 2007 tarixində, saat 10:58 yazıb:
Gelin bura - http://www.almaqezeti.com/forum/viewtopic.php?p=16347#16347
rebiqe adlı istifadəçi, İyul 4, 2007 tarixində, saat 13:01 yazıb:
Sevinc Chilginla yuzde yuz raziyam…
mandarin adlı istifadəçi, İyul 4, 2007 tarixində, saat 13:49 yazıb:
Abbasin dedikleri heqiqetdir, Qan Turali fifaya gedendir. Rasim Qaraca vurmaq istediklerini onun eliyle vurur. elave olaraq deyim ki Zahir Ezemeti de vurmusdu. debiyatda oyunbazligi sevmirem.
O ki qaldi kitab oxumada yaratmaq meselesine Salam da oxumadan dahi olub nolsun ki?
Scorpion adlı istifadəçi, İyul 4, 2007 tarixində, saat 15:22 yazıb:
Men eslinde Novarg`am amma ozume borc bilirem, bashqa bir nick`le, mes. Scorpion nick`i ile yazim ki, Qan Turali`nin Aqshin ve onun istedadi barede qeydleri ne qeder zeif ve qeyri-peshekar olsa da, heqiqetdir…
Sayimiz artdi…?
Gelin Alma Forum`a, orda muzakire edek…
emish adlı istifadəçi, İyul 4, 2007 tarixində, saat 16:51 yazıb:
Aqşinin digər yazarlardan məsələn Nərmindən, Həmiddən, Qan Turalıdan fərqi ondadır ki, Aqşin fitri-istetdadır, məsələn bir hadisəyə münasibət bildirəndə digər yazarlar bunu oxuduqlarının hesabına edirlərsə Aqşin özünün istetdadı hesabına edir….
(özü də Aqşində daha maraqlı alınır)
Bax bizim problemimiz də bundadır ki, o qədər də istedadlı olmayan birisi çoxlu oxuyur, savadlı olur, amma istedadsızlıq özünü tamamlamağa imkan vermir, istedadı birisi isə oxumur, yenə də özünü tamamlaya bilmir.
Bütün azərbaycanın problemi bax budur: yarımçıqlıq…
Persiani adlı istifadəçi, İyul 4, 2007 tarixində, saat 17:15 yazıb:
Qan Turalinin Alatorandaki sherlerinden:
Bir buruqsach sevgilim vardi… davami hec yadimda da deyil, texmini bu tempde de davam edir , backgroundda birce vusal eliyev chatishmir, goresen sabir texnikumunun gizlari bu sheri beyenir yoxsa Aqshinin Andress Qrossun dilinden yazdigi sheri??? men hele bir misal getirdim, ozu de bir meqam ucun…
Novarg adlı istifadəçi, İyul 4, 2007 tarixində, saat 22:16 yazıb:
Heeppchii…
Hormetli Admin, bu millet tenqid`in ne oldugunu bilmir hele… bunlar tenqidle tenqid edeni ve tenqid olunani qarishdirirlar…
Qan Turali deyir ki,
“Aqşin Dostoyevskinin “Alçaldımış və təhqir olunmuşlar” əsərini oxuyub gören nə yazır: “Ağlıma batmışdı ki, Dosteyevskinin romanlarındakı obrazların göz yaşını kütləsini hesablayım ki, “Alçaldımış və təhqir olunmuşlar” romanında qəhrəmanlar neçə litr, yaxud neçə ton göz yaxşı töküb… Bir şey alınmadı”.”
Pahoo…
Aqshin olmaq chox asandir, bir az heyasizliq, bir az ozunu tanimamaq, bir az mesuliyyetsizlik… Bunlari qarishdirirsan bir-birine, ustune de S.B.nin bir-iki kuche soyushunu elave edirsen, sonra meydan bosh qaldigi uchun qatirina minenin dovre vurdugu edebi muhitde oxuyursan bunu ichki dostlarina… eger dishini agardan olsa, demeli geder… Pive ile geder… Nush olsun, Aqshin`in yazilari, ey Aqshinseverler…
http://www.almaqezeti.com/forum/almaqrup
mariya adlı istifadəçi, İyul 5, 2007 tarixində, saat 15:01 yazıb:
ilk novbede hec kes bu yazinin ne ucun yazildigini bilmir. abbas xususile sene. aqshin qan turalla bir zarafat etmishdi ve ses kuy salmaq ucun elden-ayaqdan geden tural bu zarafati ciddi qebul edib, aqshinin bu zarafatini heqiqi hesab edib , xeberi qezetinin manshetine verib. bir nece saat sonra tural xeberin yalnish oldugunu bilib ve neticede biabir olub, bu hirsli beyinle oturub yazini yazib. yazi buradan toremish bir sheydir. rasim qaraca meselesine geldikde ise rasim qaraca bu hefte edalet qezetinin nar sehifesinde qan turalin cavabini verib.yazi sabahki qezetde cap olunacaq.
seda adlı istifadəçi, İyul 5, 2007 tarixində, saat 15:28 yazıb:
men aqshinin bir dostu kimi demek isteyirem ki, aqshin bu yazini hec o qeder de onemsemir. deyir eshishi turaldir de, dostumuzdur, yazib. o qeder qeyri-ciddi yazidir ki… aqshin hec ehiyac duymur onun adice yazidaki mentiqzliklerini uze cixarmaga. qan tural ozu guya baki dovlet univermagini felsefe uzre bitirib amma bir defe nermin kamal kimi oturub ciddi, felsefi bir yazi yazmayib. tural, olmaz axi, ayibdir sene….:)
Novarg adlı istifadəçi, İyul 5, 2007 tarixində, saat 21:44 yazıb:
Chox teessuf ki, neye gorese tenqid olunanin dost-qardashindan, qohum-eqrabasindan bashqa onu mudafie eden olmadi… Yox bir, Aqshin nese deyib, Turali onu manshete verib, sonra yalan olub, sonra Turali yazib… Mezeniz olsun… Bu kishi agzinda deyir ki:
“Azərbaycan poeziyasında saxta kədər, mətbuatında vəhşi istedad hesabına baş girlətmək dövrü başa çatmışdır. Həvəsi olan buyursun.”
Gorunur, siz heveskarlarsiz, ele ise buyurun…
kitabxanachi adlı istifadəçi, İyul 6, 2007 tarixində, saat 15:51 yazıb:
Novarg, yazinin yazilma sebebi ile bagli deyilenler dogrudur.
Novarg, ve digerleri siz bizim kenardan baxirsiniz meselelere lakin daxilde olan bezi sheyleri bilmirsiz…Neyse…
Novarg adlı istifadəçi, İyul 8, 2007 tarixində, saat 23:44 yazıb:
Aqshin oz aleminde cavab yazib Turali`ya ve Allah sizi inandirsin ki, yazinin ichinde bele cumle var:
“…Fəlsəfədə “Qadınların qənimi” kimi ad çıxarmış bu alman (Shopenhauer`i deyir…nov)filosofu haqqında mənim kafedə sözgəlişi dediyim cümlə ilə…”
Butun meqeddeslere and olsun, ele-bele de deyib: “…menim kafede sözgəlişi dediyim cümlə ilə…”
Ayy sene gorum lap teshekkur mikonem… -))
leyla adlı istifadəçi, İyul 10, 2007 tarixində, saat 13:24 yazıb:
Aqşin tükənib artıq. Alma qəzetindeki son yazılarını oxumaq buna bir daha sübutdur!
tural yazdıqlarında haqlıdır. amma Aqşinin ona cavabı bu insanın ne qeder kal olduğunu bir daha sübut etdi
Aydin Xan adlı istifadəçi, İyul 10, 2007 tarixində, saat 20:51 yazıb:
Ay edebiyyatbazlar, ne dushmusunuz bu Qan Turalinin ustune: tenqidchi chox mentiqli arqumentlerle subut edir ki, Salam, Aqshin, Zahir Ezemet, Gunel Movlud ve bashqa yeni nesil qelemdashlarimiz duzgun yolda deyirler. Bezilerini qezetchilik, bir digerlerini araq, bashqa-bashqalarini ise intellektual mutailesizlik uzaq salib ciddi bedii soz senetinden…
Indi oz eybegerliklerine gore Aqshinperestler tenqid guzgusunu vurub qirmalidirlar…
Qeribe xestelik var bu milletde, Aqshini tenqid etme, Zahire deyme, ne bilim, Eli Ekbere toxunma, qisasi, Nizaminin, Fuzulinin ruhunu soye bilersen, amma diriler barede nebade danishasan- yazasan, men hele tenqidi fikirleri qeleme getirmeyi demirem…
Oyanin, gencler, hech olmasa siz hetta barmaq sayina gelmeyen analitik-kulturoloji dushunce sahibleri sayilan tenqidchileri basdalamayin…
P.S. Tural, men hele ilk kitabindaca Aqshin baresinde heyacan tebilini chaldim: amma chifayda, yaninda-boyur-bashindachilar “Sen - Dahisen, bir denesen!”- deyerek onu sheraba tutdular, edebiyyatimizin anasi bir yana dursun, lap qizini da aqlatdilar…
P.P.S. Sen duzgun yoldasan, qaqa: Sukani bele saxla…
Novarg adlı istifadəçi, İyul 11, 2007 tarixində, saat 08:58 yazıb:
Deyirem belke Aqshin`i aparaq qaytaraq…? He, ne deyirsiz…? -))
Çılğın adlı istifadəçi, İyul 11, 2007 tarixində, saat 12:57 yazıb:
Qəribədi e, kiminki sözü tükənib sözü keçərlərə söz atmağa, söz qoşmağa başdiyir. A bala, gedün işivüznən məşğul olun da. Akşini müzakirə etmək süzə düşməz, xüsusilə də Aydin Xana.Hələ özün bir şey yaz…
P.S.Kstate, Zairin adını çəkən olmasin aaaaaaaaaa!!!!!
Yoxsa özüm onunla danışmalı olıceyam.Mən ölmüşəm bəyəm ona söz diyən olsun?
Qaqaşdar, çaşmıyun!!!!!!
DECO adlı istifadəçi, Avqust 1, 2007 tarixində, saat 15:02 yazıb:
Qan Turali destekleyirem. Eladir ela
RAMIN adlı istifadəçi, Avqust 1, 2007 tarixində, saat 15:05 yazıb:
Tural savadli oglandir. Ele Aqsinde. Ancaq istemezdim sizin aranizda nese mubahise yaransin
deco adlı istifadəçi, Avqust 1, 2007 tarixində, saat 15:07 yazıb:
Bele etmeyin
Deco adlı istifadəçi, Avqust 1, 2007 tarixində, saat 15:11 yazıb:
Ne demek istediyinizi basa dusmedim
ehtiram adlı istifadəçi, Avqust 13, 2007 tarixində, saat 23:34 yazıb:
qan turalı deyir ki,heç kimə aman olmayacaq.sen lap 30 cu illərin ağzı köpüklənən kommunist yazarları kimi danışırsan .sənin əlində nə var ki qələmindən başqa. məncə o səndən yaxşı yazır.
Vüsal Məmmədov adlı istifadəçi, Noyabr 24, 2007 tarixində, saat 16:47 yazıb:
Düzdür, fəlsəfi planda yanaşanda Aqşinin əksər fikirləri ziddiyyətlidir, amma ona fəlsəfi planda yanaşmaq heç lazım da deyil axı! Mən Aqşinin yazılarına həmişə ESTETİK planda yanaşıram və dərin zövq alıram. O, fitri istedaddır. Sadəcə, onun fikirlərinin fəlsəfi yükünü analiz etmək yox, sözləri necə ustalıqla işlətməsindən ləzzət almaq lazımdır. Sözlə işləmək baxımından indiki yazarların arasında Aqşin və Salam seçilirlər. Ədəbiyyat isə SÖZ SƏNƏTİdir, fəlsəfə deyil
Qan Turalıya gəlincə, o, həmişə tənqid obyektlərinin əsərlərindən çox, şəxsiyyətini hədəf seçir; topa yox, oyunçuya vurur. Onun tənqidlərində şiddət çox, savad azdır. Hər hərfindən qəzəb damır. Tənqidçidən çox, deyingən oxucuya bənzəyir.
Men adlı istifadəçi, Fevral 16, 2008 tarixində, saat 20:37 yazıb:
Azerbaycan cox bedbext olkedir! Hansisa Aqshin ozunu Fizuluden ustun tutur ve hesab edir ki, dunyanin olmasa da Azerbyacanin en dahi shairlerindendi. Hansisa Qan Turali ozunu ictedadli savadli ve bomba oglan sayib “dahi” Aqshini ashagilamaqla en azi Aqshin qeder meshhurlashmaq isteyir. Heyf. Siz gercekten istedadli oglanlarsizsa ozunuze normal ortabab seviyyede yashayan bir insanin sheraitini duzeldin daha bomjluqla alkashliqla demaqoqluqla sersem cizma qaralarla omrunuzukecirmeyin ey Azerbaycanin istedadli oglanlari!
aygun_h adlı istifadəçi, Aprel 12, 2008 tarixində, saat 15:28 yazıb:
DAHILERDEN DANISMAQ CETINDI.DAHI MENIMCUN BILIRSINIZ KIMDIR?FIZULI,NESIMI,SERGEY ESENIN,LERMONTOV,DOSTOYEVSKI,MEHEMMED EMIN RESULZADE,
DAHILER BUGUNDE VAR,SABAHDA OLACAQ.TARIX BOYU QEHREMANLAR DOQAN ANALAR HELE DAHILER DOQACAQ.AMMA AZERBAYCANIN EN BOYUK YAZICILARI SIYAHISINDA MOVLUD SULEYMANLININ ADINA RAST GELDIM..SIZCE GULUNC DOQURMURMU?ONUN ,,,,,,:)))))
EY MILLET NE VAXTDAN VE HANSI TARIXDEN M.SULEYMANLIYA DAHI DEYIRIK?HICRI YOXSA MILADI TEQVIMINDEN O OZU OZUNE VE YAXUD SIZLER ONA DAHI DEYIRSINIZ:)))))
bir az yanasmaqa diqqet yetirmek lazimdir,her yoldan otene dahi
demek dahilerin dahiyane ruhuna toxunmaqdan aqirdi
bizleri etdiyimiz gunahlara gore ALLAH vurmasada RUHLAR VURACAQ
AMIN BIZDEN QABAQ <> VURSA yaxsidir :))))
vitosh adlı istifadəçi, Avqust 15, 2008 tarixində, saat 13:21 yazıb:
qan, sen hec aqsinin “buludxan” hekayesini oxumusan? seirleri zeifdir, duzdur. ve mene de cox teeccub gelirdi ki, bu cur bos seyleri niye bu qeder terifleyirdiler. no… rasom demisken, amma ve lakin… aqsinin almadaki publisistikasi yek period idi, bu bir permanent inqilab yaratmisdi. o vaxt bizim adpu-da 20-ye yaxin telebe alma oxuyurdu, cayxanaya girmeli deyildi, haminin elinde alma qezeti olurdu, hami da aqsini oxuyub gulurdu.hekayesine de ki gelende, dediyim o “buludxan” bizimle muqayisede bir nobel dusur. kisi gormursen buludxanin timsalinda sherqin ic uzunu nece acir? sen ne deyirsen de, bu senin sexsi fikrindi,men indiki bosluqa gore onun hekayelerini de yuksek qiymetlendirirem, publisistikasi ise yatmish shuurlarda dehsetli bir oyanish yaratdi. yasasin aqsin!