![]()
Seymur Baycan
seymurbaycan@gmail.com
Şənbə günü metronun “Əhmədli” stansiyasının gişində “525-ci qəzet”i alıb düşdüm yerin altına. Əvvəlcə Mirşahin Ağayevin “525″-də təkrar dərc edilmiş yazısını, sonra Slavyan Universitetinin rektoru, professpr Kamal Abdullanın müsahibəsini oxudum. Kamal müəllimin söylədiyi bir cümləni olduğu kimi yazıram: “Bizi İrəvanda erməni rejissoru Karacanovun ev muzeyinə apardılar. Gürcülər deyir ki, Karacanov bizim, ermənilər isə deyir yox, bizimdir. Karacanov özü isə deyirdi ki, ınən heç birinizin deyiləm, mən azərbaycanlıyam”.
Əvvəla, “Karacanov” heç vaxt deməyib ki, mən azərbaycanlıyam. Onun ev muzeyində iki il əvvəl olmuşam. “Aşıq Qərib” filminin video-kasetini, həm də DVD variantını almışdıq. Bəstəkar Firidun Allahverdi ilə birlikdə filmin bəstəkarı Cavanşir Quliyevin adını kasetin üstündə tapmadığımıza görə muzeyin əməkdaşları ilə xeyli mübahisə etmişdik. Fikrinizi başqa məsələyə yönəltmək istərdim. Professor Kamal Abdullanın intellektinə bir qram da şübhə etmirəm, bəs nədən o, üç dəfə Paracanovu “Karacanov” adlandınr, onu başa düşmədim.
Bu yaxmlarda Şəkidə bir filoloq mənə sübut etmək istəyirdİ ki, Karamazov təmiz türk soyadıdır. Qısası, Kara-Mazov. Beləcə bəsit. Razılaşdım onunla. Yaxşı, tutaq ki, Kamal Abdulla səhv edib (hərçənd buna inanmaq çətindir), bəs, “525-ci qə-zet’in dahi, özündən razı, Markesdən savayı heç kimi oxumayan, tanımayan redaktorları hara baxırmışlar?
“28 may” stansiyasından çıxıb “Yeni Azərbaycan” qəzeti aldım. Orada da Kamal Abdullanın müsahibəsində 3 dəfə Paracanovun familiyası “Karacanov” kimi getmişdi. Gəldim redaksiyaya. Qəzetləri vərəqlədim. Səhv buraxılmış qəzetlərin sırasına “Bizim gündəm” və “Azadlıq” qəzetləri də qoşuldu. Deməli, Azərbaycan mətbuatında həm idman, həm sosial, həm siyasət, həm də mədəniyyət yönümlü yazıları eyni redaktor oxuyur. Ya da Azərbaycan mətbuatmda sovet dövrünün ən qalmaqallı, əzablara düçar olmuş, həbsxanada yatmış rejissoru, Paracanovu tanıyan redaktor yoxdur.
Yeri gəlmişkən, ermənilər Paracanovun müqəvvasını düzəldib mitinqdə yandırmışdılar. Hadisənin təfərrüatını Cavanşir Quliyevdən öyrənə bilərsiniz. Yaxud, üçüncü versiya budur ki, redaktorlar APA-ya və Kamal Abdullaya sonsuz inamlarından dolayı müsahibəni oxumadan səhifəyə qoyublar. Bütün hallarda bunun bir adı var: biabırçılıq.
Cənab Qukasyan, yox sa cənab prezident?
Azərbaycan mətbuatının gündəmini zəbt etmiş “Qarabağ səfəri” o qədər gözlənilməz baş verib ki, çoxları hələ də şokdadır. Yoxsa özünü “Azərbaycan” qəzetinin müxbiri kimi qələmə verən jurnalist Qarabağa gedənləri təhqir etməzdi. BMM-də mətbuat konfransı zamanı “hamınız cındırsınız, hamınız matışkasınız” təhqirləri də eşitdik. Kim hara gedir, özü bilər. Amma etiraf edək ki, maraqlı hadisələr baş verir. Azərbaycan kanallarının əsəbdən qaralmış, bozarmış reportajlarına baxmaq ləzzətlidir. Niyə? Çünki bu səfər Azərbaycan prezidentinin xeyir-duasıyla baş tutub və heç kim cınqırını da çıxara bilməz. Amma bu cümlələrin müəllifi Qarabağa gedəndə min təhqirə məruz qaldı, “Lider” kanalı iki gün məni “yağladı”, gündə bir təşkilat bəyanat verdi, deportasiya etmək çağırışları səsləndi. Hətta “Lider”in ekranına dırmaşan “vətənpərvər”lərdən biri canlı yayımda belə təkliflə çıxış etmişdi: “Dərbənddən buraxaq, qoy özü hara istəyir getsin”. Sanki pişik azdırırlar. Dedilər araşdırmışıq, atası-anası ermənidir, o, Baycan deyil, Haycandır. Ey dostlar, nərdəsiniz, niyə səsiniz çıxmır? Görəsən, hardadır həmən “vətənpərvər”lər? Bəs, Eynulla Fətullayev, bədbəxt Ruslan Bəşirli niyə həbsxanada yatır? Hardadır efir üçün ürəyi gedən qazlı “vətənpərvər”lər? Halbuki, mən Qara-bağa gedəndə Arkadi Qukasyanla görüşdən imtina etmişdim. Ona görə yox ki, dikbaşlıq edirdim. Ona görə ki, sadəcə, rəsmi söhbətlərdən darıxıram. Mənim üçün bir şey maraqlıdır, görəsən, səfər iştirakçıları görüşdə Arkadi Qukasyana necə müraciət ediblər? Cənab prezident, yoxsa cənab Qukasyan?
Orxan Fikrətoğlu və Elmar Hüseynov
Təxminən iki ay əwəl Orxan Fikrətoğlunu efirdə dəhşət əsəbləşən gördüm. Qaşlarını oynadır, əliylə havada həndəsi fiqurlar cızır, yenə naməlum adamları yıxıb sürüyürdü. Necə yazılmasından asılı olmayaraq, konkret ad çəkilməyən yazılara gəlin Fatihə oxuyub, salavat çevirək. Ad çəkilməyən yazıya bir qoz. Özü də çürüyündən.
Orxan müəllim harasa uşaqlara dərs deməyə gedib və tələbələrdən bir neçəsi səhv etmirəmsə, şair Həsənoğlunu tanımayıb. Orxan müəllim Azərbaycan təhsilini bu günə qoyanları yıxıb sürüyürdü. Ad çəkmədən. Bir tamaşaçı kimi anlaya bilmədim, Azərbaycan təhsilini Misir Mərdanov bərbad günə qoyub, yoxsa İzzət Bağırov? Orxan, qurban olum sənə, səni and ve-rirəm bütün müqəddəslərə, bircə dəfə ad çək. Bircə dəfə… Heç olmasa, tənqid etdiyin adamın adının baş hərfini de!
Heç yadımdan çıxmaz, Elmar Hüseynov öldürüləndə bir neçə adamın dilindən eşitdim ki, növbə Orxan Fikrətoğlunundur. Əlim üzümdə qaldı və həyatda bircə dəfə də üzünü görmədiyim Elmar Hüseynovun taleyinə özümdən asılı olmadan dəhşətli dərəcədə acıdım. Bir də ki, əgər bir belə redaktor Paracanovu tanımırsa, tələbələrin şair Həsənoğlunu tanımamalarında təəccüblü nə var ki?
Mirşahin və meyxana
Bu sonuncu başlıq adamın beynində Anar Məmmədxanov və Siyavuş Novruzov kimi səs-lənır. Bir medalın iki üzü bənzətmə kimi çox köhnəlib, gəlin, bu bənzətmənin yerinə arasında böyük hərflərlə “EYNİ ŞEY”dir yazaq.
Mirşahin bəy “525-ci qəzet”də təkrar dərc olunmuş “Mədə-niyyətin hara…” yazısmda bu-yurur: “Bu gün Azərbaycanda mədəniyyət yoxdur (Xahİş edirik, bu hökmü “Azərbaycanın mədəniyyəti yoxdur!” kimi anlamayasınız), söhbət Böyük Mədəniyyətdən gedir. O Böyük Mədəniyyətdən ki, daşıyıcıları böyük Üzeyir, böyük Bülbül, böyük Niyazi, böyük Qara, bö-yük Səttar, böyük Rəsul, böyük Xudu və daha neçə-neçə böyüklər olmuşdular. Biz uzaq o mədəniyyət abidələrini, onlardan qalan abidələri nəzərdə tuturuq. Ayrı-ayrı passionarların dartıb aparmağa gücünün çatmayacağı Böyük Mədəniyyət artıq öz canını sürümək məcbu-riyyətindədir”.
Gözəl sözlərdir. Birincisi, böyük mədəniyyətin böyük simaları böyük imperiyanın sərhədləri çərçivəsində yetişmişdi. İndən belə bütün qırğız camaatı bir dərəyə yığışıb yüz il gücənsə də, Çingiz Aytmatov doğa bilməyəcək.
Daha sonra Mirşahin müğənni bolluğundan şikayətlənir və “onlar hər yerdədir” harayı çəkir. Görəsən, Mirşahin o yazını yazanda heç düşündümü ki, qəflətən ona belə bir sual verərlər: “Bəs, Azərbaycanda meyxananın sərhədlərini kim genişləndirdi? “De, gəlsin” meyxana yarışmasına 500 mindən artıq SMS göndərən xalqın mədəniyyəti varmı sualını biz kimə ünvanlayaq?”
Həmin yarışma camaata elə bir zərbə vurdu ki, nə deyiləsi, nə yazılasıdır. Mirşahin yazdıqlarını reportaja çevirib xalqa meyxana yarışmasından əvvəl göstərsəydi, onun səmimiyyətinə inanardım. Buyurun, seçim sizindir. Ya Namiq Məna yetiş-dirin, ya da böyük Üzeyir Hacıbəyov! Meyxana yarışması keçirərək, camaatın əyalətçilik hisləri ilə oynayaraq, 500 mindən artıq SMS yığıb, sonra bö-yük mədəniyyətin doğuşunu gözləmək ən azı əxlaqsızlıqdır.
Mirşahin nə zaman efirdə “Azərbaycanda niyə kitab bazarı yoxdur?”, “Niyə şəhərdə üç kitab mağazası qalıb” mövzusunda problemlər qaldırıb?
Bu gün Azərbaycanda mədəniyyət daşıyıcıları kiçik çaplı messenatların ümidinə qalıb. Ölkədə isə ən maraqsız idman növləri üzrə yarışlar keçirilir. Bəstəkar Firidun Allahverdi isə Ukraynada keçirilən festivala dəvət almışdı. Getməyə yolpulu tapmırdı. Ölkəyə idman və müğənnilər lazımdır. Vəssalam! Yaxşı, bəs, müğənni bolluğundan şikayətlənən camaat deyilmi müğənniləri yetişdirən? Kimdir dünən özünə mikrofon alanı bu gün 1000, sabah 5000 min dollara toya çağıran? Cavab bəltidir: Xalq, Xalq, yenə də Xalq. O xalq ki, onun yetişdirdiyi, toylarla bəslədiyi müğənnilər hər cür formada həmin xalqı təhqir ediriər.
Gənc bəstəkar Firiduna xarici səfər üçün yolpulunu “Alma” qəzetinin üç oxucusu düzəldib verdi. Anonim şəkildə. Bəs böyük mədəniyyət daşıyıcıları necə yetişir? Bu gün bir festivala gedirsən, oradan başqa festivala dəvət alırsan. Yazırsan, oxuyursan və çəkdiyin əzabın bəhrəsini görürsən. O gic tənqidçilərin axmaq fikrini unudun. Guya yaradıcı adam əzab içində yaşamalıdır ki, yaxşı əsərlər yazsın. Müğənnilərin alt paltarlarına min dollar xərcləyib böyük mədəniyyətin doğuşunu gözləyənlər, ölün, ölün, ölün…!
Bakı Kamera Teatrı Ukraynada keçirilən teatr festivalına getməyə yolpulu tapmır. Azərbaycanda az-çox dişə vurulası teatr Ukraynaya avtobusla ge-dəcək…




Bölmə: 


(11 səs, təxmini: 4.73 ilə 5)






Kulturist adlı istifadəçi, İyul 1, 2007 tarixində, saat 22:27 yazıb:
Seymur Baycan bir dəfə hansısa yazısında yazıb ki:”Bir millətin dini islam ola və qəhrəmanı Babək ola o, millətdən nə istəsən gözləmək olar.”
Seymur Baycana sual etmık istəyirəm ki, əvvəla sən kimsən ki,islamdan danışırsan?Bir də ki,İslam da nə pis bir şey görmüsən?
Sən birinci özündən danışsan daha yaxşı olar.Məsələ;Niyə görə sən Xristianlığı qəbul etmisən? Niyə görə xristian ola-ola incili qəbul etmirsən?{Bir məqaləndə yazmısan ki:”Mən bütün səmavi kitabları {Zəburu,Tövratı,İncili və Quranı}Qəbul etmirəm.}Bu ki xristian əqidəainə ziddir.Niyə görə Şərab içirsən?{təbii ki,bu sənin öz işindir.}Bu ki Xristian şəriətində haramdır.
Əgər Seymur Baycan özündə cəsarət tapıb bunlara cavab yazsa,çox əla olar.
Vəssalam.
Polad BülbülüNoğlu adlı istifadəçi, İyul 2, 2007 tarixində, saat 11:17 yazıb:
Seymurun yazısını bəyəndim. Azərbaycanda belə yazarlara və belə yazılara ehtiyac var. Yaxşıdır. Sükanı belə saxla KULTAZ.COM
seymur adlı istifadəçi, İyul 2, 2007 tarixində, saat 11:40 yazıb:
Seymuru menden yaxshi hec kim taniya bilmezr. ishi gucu kabab yemekdir. ciddidir,kederlidir,yalani sevmir.xeyaneti bagishlamir.
Ryabina adlı istifadəçi, İyul 2, 2007 tarixində, saat 14:45 yazıb:
Əlbəttə ki, Seymurun bu yazısındakı fikirləriylə tamamilə razıyam.Ürəyimdən xəbər verdi…
Kulturist adlı istifadəçi, İyul 3, 2007 tarixində, saat 19:03 yazıb:
Görəsən yazdığıma Seymur Baycan niyə cavab vermədi?
(kulturist.az@box.az)
Masallı-Boradigah adlı istifadəçi, İyul 3, 2007 tarixində, saat 22:29 yazıb:
Seymur Baycana bir sualım var;Baycan nə deməkdir?
IDILLIA adlı istifadəçi, İyul 3, 2007 tarixində, saat 23:05 yazıb:
Men Seymurun ozunden sorushmusham, xristianliq da daxil olmaqla hec bir dine inanmadigini deyib. Duzdur bunu da qeyd edib ki, peygemberlerden ona en yaxini Isa Mesihdir.
Islam haqqinda danishmaga gelince, mence her kesin her bir din haqqinda danishmaga haqqi var. o bashqa sohbetdir ki, bele danishiqlar cemiyyetde ne qeder ciddi ve nece qavranilir ve umumiyyetle soz deyenin sozuyle bagli etik, huquqi mesuliyyet hara qederdir.
Ona qalsa ele birinci siz Xristianliq adina, mesih sherietinin nece olmasi haqqinda qerar vermemelisiniz. Siz teoloqsuz? xristiansiniz? hec bir defe Bibliyanin uzunu acib baxmisiniz? Ichmeli olan suyu Mesih niye “ichilmemeli” sheraba donderirdi onda (Yehyanin Mujde kitabina baxin)?
Yazinizdan belli olur ki, muselmansiniz bununla bele, men size deyek ki bir ateist kimi xristianliq haqqinda danishmayin deye bilmerem. Siz ise sanki Yaradan her din haqqinda otkem-otkem danishmaq haqqini size verib kimi yazirsiniz.
Seymura gelince, qardash o bir jurnalistdir, publisistdir, her kimdir az-cox, pis-yaxshi yazib-pozur. iki-uc oxuyucusu var, onlarla da aglina geleni bishirib-dushurub diline getirib paylashir. Daha islam haqqinda o danishmayib kim danishacaq? Axi Fatime Mernissi, Leyla Ahmed, Nawal-Al-Sadawi kimi islami arashdirib, obyektiv tendiq eden sayilib-secilen ereb qadin yazarlarini mollalar, coxdan didergin saliblar. Bes kim yazsin?
Kulturist adlı istifadəçi, İyul 4, 2007 tarixində, saat 14:44 yazıb:
IDILLIA inan ki, sənin yazdığın baş-ayaq şeylərdən baş açmadım. Vallahi
Chilgin adlı istifadəçi, İyul 4, 2007 tarixində, saat 16:07 yazıb:
Seymur düz deyir. Kişi, xüsusilə də jurnalist gərə ümumi, necə gəldi danışmasın. Dediyinin heç olmasa arxasında həqiqət olsun. Yuxarıda sadaladıqları həqiqətin tam özüdür ki, var. Qatılıram!
Manıs adlı istifadəçi, İyul 6, 2007 tarixində, saat 20:02 yazıb:
Bravo!
leyla adlı istifadəçi, İyul 7, 2007 tarixində, saat 11:34 yazıb:
:)Seymur bizim edebiyyatda en maraqli qelem sahibidir. bizim bedbextcilik ondadir ki biz basqa fikire cox dozumsuzuk!
nizami63 adlı istifadəçi, İyul 14, 2007 tarixində, saat 18:29 yazıb:
Seymur Baycan Azerbaycan gencliyinin en gozel xususiyyetlerini ozunde cemleshdiren cox gozel bir qelem sahibidir. Menim onun yaradiciliginda en cox xoshladigim xususiyyet Seymur Baycanin cemiyyetde bash verenlere cox feal suretde ve obyektiv terzde munasibet gostermesidir !
Deco adlı istifadəçi, Avqust 1, 2007 tarixində, saat 15:14 yazıb:
Yazi xosuma geldi
adsiz deyirmanda xoruz banniyer adlı istifadəçi, Avqust 1, 2007 tarixində, saat 16:49 yazıb:
Salamsiz kalamsiz keçirem KULTURIST mellimimin fikirlerine, yeni sherhine:
Kulturist mellim, bey, cenab (hamisini yazim ki xetrinize deymesin)sizin sherhinizin birinci cumlesinden tutdum ki, enenevi Azerbaycan mentalitetine soykenen Reiyyet ushagisiniz. evvela erz edim ki, her kimsenin yaratdigi, boyukluyunden ve kiçikliyinden asili olmayaraq bir BEYIN MEHSULUNU tenqid ederken (bilsek eger?!) vurgunu mehz buraxilmish, deyilmish fikirlerin uzerine vurmaq lazimdir. Basha dushmedim siz Seymur Baycana shexsi munasibet bildirmek isteyirsiniz yoxsa onun fikirlerine. Mence birinci daha çox heqiqete yaxindir. Fikirlerinizde hem suni hem de heqiqi mesuliyyetsizlik hiss olunur, publisist haqqinda deqiq fikirlere malik olmadan onu bele GOZUMCIXDIYA salmaga çalishmaq en azi Kultaz.com saytinda edebsizlikdir. Seymurun dedikleri heçde yeni deyil, sadece o bu cur fikirde olanlarin belke de en cesaretlisidir.
PS: seni az qala Siyavush Novruzov la deyishik salmishdim
Novarg adlı istifadəçi, Avqust 2, 2007 tarixində, saat 09:24 yazıb:
Heqiqeten de, adsiz deyirmanda xoruz banlayarmish… Bir olkede ki, S.B. (bunun adini tam yazmaga ehtiyac yoxdu…) publisist adlanir, heqiqeten de, o olke adsiz deyirmandi, sesi chixanlar da banlayan xoruzlar…
qashqay adlı istifadəçi, Avqust 4, 2007 tarixində, saat 15:00 yazıb:
kultiriste bildirmek isteyirem ki, yaxshi olar siz islam dininin teleblerine uyqun olaraq oz musbet herektleriniz ve davranishlarinizla bizlere numune olun ve bizlerde sizin numunevi hereketlerinize baxib utanaq ve sizin getdiyiniz haqq yoluna gelek, nece ki xiristian dunyasinda insana nece yuksek qiymet verilmesini gorende muselman olduqumuza gore utaniriq. yeke yeke bizde boyuk ve kichiklere hormet qoymaqimizdan danishiriq xiristian cemiyyetlerinde ushaq ve qocalar dovletden ne ne qeder pul alir, muselman cemiyyetlerinde ne qeder. bunlari muqayise etsen ve derinden dushunsen menimle razilasharsan. seymuru elecede seymur kimi dushunenleri zorla muselman etmek mukun deyil ve bu hech lazimda deyil. yalniz sizler bize numune olmaqla bizi inandira bilersiniz bu ise yeqin ki sizlere serf etmez.
Yuxarida yazdiqim muqayiseni apar ve mene cavab ver seymurun evezinden senden uzr isteyecem
Guler_miryahya adlı istifadəçi, Avqust 22, 2007 tarixində, saat 22:40 yazıb:
Salam.Seymurla tanish olmaq shansim olsa da bir cox sebeblerden bu alinmayib.Cox beyendim.Demezdim diger bir cox yazilarinin yaninda bu super guclu yazidi amma hamimizin dushunduklerini aciq ashkar demek bu boyuk hunerdir.
Ayaz adlı istifadəçi, Avqust 23, 2007 tarixində, saat 09:02 yazıb:
Islam ve Babek sohbetinde megz ondan ibaretdir ki, Dinimiz Islamdir Qehramanimiz Babek hansiki Islam dinini yayan Ereb xilafetine qarshi mubarize aparib
virus adlı istifadəçi, Sentyabr 15, 2007 tarixində, saat 15:25 yazıb:
Haycana deyin ki, ne yaxshi ki, bombasi yoxdur. Yoxsa bu qeder milletin bashina atarmish. ONUN KIMI YARIMCIQ BIRISI GORMEMISHEM. sEN ISLAMDAN YOX, ISLAM SENDEN IMTINA EDIB/ SEN PARACNOVUN ADINA GORE BU QEDER MILLITIN ZIYALISINA SOZ DEYIRSEN. Men ise onun adini cekende aqzimi yakaliyiram/ AY MILLIETIN UZ QARASI.SEN DE IKINCI oRXAN pAMUKSAN/ YARIMCIQ OLMAQ POSTMODERNIST OLMAQ DEYIL.Psevdo yazarsan/ Saq ol haycan, paracanyan/Bir de bilmek isteyirem, sen metroda qizlara yer verirsen?
zuzu adlı istifadəçi, Sentyabr 28, 2007 tarixində, saat 21:29 yazıb:
Bizim olkede esas odur titul sahibi olasan.Sonra isteyirsen Ermenistana get, isteyirsen Qukasyana cenab prezident kimi muraciyet et.Bir cox yazilarin kimi bu yazida xosuma geldi.
Ortoped-Stomatolog adlı istifadəçi, Yanvar 5, 2008 tarixində, saat 03:34 yazıb:
Seymur Baycan genc jurnalist olmasina baxmayaraq heyati hele derk elemeyib.Onun islam dinine aid bele fikirleshmesi mence yanlishdir.Sen ozunu yelkenli bir gemide tesevvur ele denizide coshqun dalgali.Birden gemi batmaga bashlayanda senin ilk sozlerin ne olacag? Ay Allah bize komek ol.Elbetteki sen deyeceksen bunun bashi lap xarabdi ki.Sen oyreshmisen ki heyat hemmishe bele olacag elinde qelem istediyin her sheyi yazacagsan.Bu heyat gelimli gedimli dunyadir.Bu dunyanin o biri uzude var.Adida Axiret dunyasidir.Inshallah orda gorusherik…Demirem ki men gunahsiz insanam menimde heyatda chooox gunahlarim var hemde daha choox.Ancag men TOVBE elemeyi bilirem.Ve Allah Tealaya Tovbemi Qebul etmesi uchun de chooox yalvariram.O yerleri goyleri daglari bizleri hechden yaradan ulu Tanridir.Bunu hech kes dana bilmez.Eger menim bu yazdiglarima sherh yazmag isteyen varsa buyuum menim elektron unvanima yaza bilersiniz,islam dinine aid butun suallari canlandirmaga chalishacagam.. mahmud88@pisem.net ve orthopaedics@mail.ru unvanindan menle elaqe yarada bilersiniz.Meni dinlediyiniz uchun sizlere derin minnetdarligimi bildirirem.Hormetle Ortoped Stomatoloq Mahmud.:))
yonetmen adlı istifadəçi, Yanvar 14, 2008 tarixində, saat 03:39 yazıb:
Seymur sene ele gelir ki sen ejdeha yazarsan. ama bu sene ele gelir.
ANTIVIRUS adlı istifadəçi, Yanvar 22, 2008 tarixində, saat 17:55 yazıb:
Virus - bala, Kamal Abdullayevin adını çəkəndə ağzını yaxalayan avam! Pul ilə dissertasiya yazanları vəzifəyə qoyan, əvvəl sadə işçilərinin salamını almayan, amma sonra Yuxaridan tapşırıq alan kimi həmin o balaca işçisini “Hansı kafedraya istəyirsən– səni işə götürüm, sabah muəllim ol, çünki səni mənim sevimli keçmiş müəllimim Bəxtiyar Vahabzadə tapşırıb?” deyən o təkəbbürlü adamı ideallaşdırma!
ANTİVİRUS2 adlı istifadəçi, Yanvar 22, 2008 tarixində, saat 18:04 yazıb:
Masallı-Baradigah! İndi sorushursan ki, bəs islam haqda kim yazsın SEymurdan savayı… Asif Ata adli filosof islamın və ümümiyyətlə bütün dinlərin tənqidini, analizini edəndə adını qoydular ” gicbəsər, dəli, xəstə” və s. İndi də “KİM BƏS YAZSİN?” deyin… ASİF ATANI oxuyun, sonra Seymur Baycanla müqayisə edərsiniz. Hərçən ki, SEymur Asif Atanı anlayan kəsdir, bəlkə də ondan təsirlənmiş kəsdir.
Farid Abbasov adlı istifadəçi, Fevral 1, 2008 tarixində, saat 13:45 yazıb:
Bir insan ki, dinin deyishib ondan ne gozlemek olar???????????????????????…………..yazilarina qalanda haqq da var, nahaq da…..ama dinin deyishmek onun ne geder bu fikirleree layiq olmasina inana bilmirem.
Eldeniz adlı istifadəçi, Mart 24, 2008 tarixində, saat 00:07 yazıb:
Dostum Seymur bey,esq olsun. Sen
zemanemizin Seyx Nesrullahisan.Ugurlar!!!