“….hələ ləyaqətin varsa, çox şey itirməmisən!”
Altmış yaşlı ingilis Ken Loaç nəinki Avropa, ümumiyyətlə, dünya kinosunda fenomen hesab olunur. O, Avropada öz nəslinin müəllif - rejissor böhranı fonunda uğur qazanıb. Avropa milli kino məktəbinin liderləri Folker Şlendorf, Alen Tenner kimi rejissorların filmləri akademik olmağa, qocalıq əlamətləri göstərməyə başladığı bir dövrdə Ken Loaç filmdən filmə enerji toplayır. Rejissorun mövqeyi isə kino aləmində daha da yüksəlir. Loaç ingilis, avropalı və bir çox amerikalı kino tənqidçilərin sevimlisidir. Əgər beş-altı il əvvəl o, hər cür stilistik effektlərdən xaric, sosial mövzulu filminə görə beynəlxalq tənqidçilərin mükafatına (FİPRESSİ) layiq görüləndə səmimi qəlbdən təəccüblənirdisə, indi onun belə mükafatlardan ibarət kolleksiyası yaranıb. Davamı…



Bölmə: 





