Qaynar xəbər portalı

AnarBöyük bir müsahibəylə bağlı kiçik qeydlər

ANAR

“525-ci qəzet”in üç nömrəsində xalq yazıçısı Elçinlə geniş müsahibə dərc olunub. Müsahibədə ədəbiyyatımızın bugünkü durumu haqqında bəzi məqamlarda subyektiv olsa da maraqlı mülahizələr var. Bu barədə fikir mübadiləsi etmək niyyətində deyiləm. Hərənin öz meyarı, öz baxışı, öz zövqü olur. Amma söhbətin bir yeri - adım çəkilməsə də - mənə aid olduğu üçün məsələni aydınlaşdırmaq ehtiyacı duydum. Davamı…


Aydın Talıbzadə“Şikəstə ruh”un havacatı

Azərbaycan milli operasının əvvəlinci personajı, bir nömrəli qəhrəmanı, Allah sevgisinə ürcah eşq xəstəsi, zəif, nərmə-nazik, sufisayaq divanə filosof, isti səhranın ərəb şairi MƏCNUN tenordur. Niyə də olmasın? Gözəldir, ilgilidir, vəssəlam. Seyrçiyə ayrı nə lazım? Zəngulə və avazının Azərbaycan teatrında eşidildiyi gündən üzü bəri Məcnun nəsil-nəsil azəri türkünü qocalı-cavanlı, kişili-arvadlı, böyüklü-kiçikli hönkürdüb ağladıb, permanent şəkildə onların ruhuna dad verib, zövq verib. Artıq bugün-sabah yüz il olacaq ki, Məcnun səhnədən düşmür. Davamı…