Həmid Herisçi və İlhamiyyə Rzayevanın “Gecə kanalı” layihəsi kitab halında işıq üzü görüb. Təqribən 600 səhifədən ibarət olan kitaba müəlliflərin “Gündəlik Azərbaycan” və “Alma” qəzetlərində dərc etdikləri 20 layihə toplanıb. Davamı…

İyl
8
İyl
8
Güzgü sexi
Bölmə: Köşələr | ≅ 1 şərh var
Əvvələr Tiflisin göylərində gözəl-gözəl bəzəkli quşlar uçuşurdu. İndi isə salafan torbalar uçur.
Bir qoca gürcünün dilindən
Seymur Baycan
seymurbaycan@ gmall.com
Yaxşısını “İmpuls” qəzetinin baş redaktoru Mətanət Əliyeva edir. Maym sonunda redaksiyanın qapısma yekə bir qıfıl vurub qəzetin fəaliyyətini dayandırır, bir də sentyabrm axırında təzədən işə çıxırlar, Vallah, hərə öz kefindədir.
Bu qaynar yay günlərində qəzet kimə lazımdır? Tayqada dürlü problemləri qabardıb insanlan narahat edirik. Ən yaxşı halda özümüz yazıb, özümüz oxuyuruq. Davamı…
İyl
8
Milli-vətənpərvərlik ruhunda olan mahnıların tanınmış ifaçısı Şəmistan Əlizamanlı dünən Almaniyaya yola düşüb. Bu barədə APA-ya Şəmistan Əlizamanlının özü məlumat verib. Almaniyada keçiriləcək Dünya Azərbaycanlıları Konqresinin IX iclasından sonra onun Köln şəhərində ayrıca konsert proqramı ilə çıxışı nəzərdə tutulub. Proqramda əsasən vətənpərvərlik mahnıları yer alıb. Ş. Əlizamanlının ifasında konqres iştirakçılarına dünya azərbaycanlılarının sevimli mahnıları olan “Çırpınırdın Qara dəniz ”, “Türkiyə-Azərbaycan”, “Can, Azərbaycan” mahnıları da təqdim olunacaq.
İyl
8
Baş rolda Rasim Balayevin oynadığı filmin çəkilişi Gədəbəydə aparılır
Gələn il Azərbaycan kinosevərləri ekranlarda yeni filmi görə biləcəklər. Bu, Ramiz Rövşənin ssenarisi əsasında artıq çəkilişlərinə başlanılan “Qala” filmidir. Bu barədə dünən əməkdaşımızda filmin baş rolunda çəkilən xalq artisti Rasim Balayev məlumat verdi.
“Hazırda filmin çəkilişləri Gədəbəy rayonu ərazisində aparılır. Bu dəqiqə biz rayon mərkəzindən 1 saatlıq məsafədə yerləşən kənddə, qalanın yanındayıq. Lazımi dekorasiyalar da qurmuşuq və işlərimizi davam etdiririk”. R.Balayev bildirdi ki, davamlı yağan yağış çəkilişə mane olduğu üçün işlər ləng gedir. Xalq artisti çəkilişlərin Gədəbəyin ucqar kəndlərindən birində aparıldığını bildirdi. Onun sözlərinə görə, filmdə Qarabağ mövzusu, qaçqın-köçkün problemindən də bəhs olunur. Qeyd edək ki, filmin rejissoru Şamil Nəcəfzadədir.








