Qaynar xəbər portalı

Kitab dünyası


Güzgü sexi


Bölmə Bölmə: Köşələr | Göndər Göndər | Çap et Çap et | 411 oxunma

Seymur BaycanƏvvələr Tiflisin göylərində gözəl-gözəl bəzəkli quşlar uçuşurdu. İndi isə salafan torbalar uçur.
Bir qoca gürcünün dilindən

Seymur Baycan
seymurbaycan@ gmall.com

Yaxşısını “İmpuls” qəzetinin baş redaktoru Mətanət Əliyeva edir. Maym sonunda redaksiyanın qapısma yekə bir qıfıl vurub qəzetin fəaliyyətini dayandırır, bir də sentyabrm axırında təzədən işə çıxırlar, Vallah, hərə öz kefindədir.
Bu qaynar yay günlərində qəzet kimə lazımdır? Tayqada dürlü problemləri qabardıb insanlan narahat edirik. Ən yaxşı halda özümüz yazıb, özümüz oxuyuruq. Jurnatistlərin xarici ölkələrdən sığınacaq istədiyi, Siyavuş Novruzovun “təmiz qan” axtardığı bir vaxtda sizə əsl Şərq əhvalatı barədə məlumat vermək istəyirəm. Amma icazə versəydiniz, kiçik haşiyə çıxardım. Dostlar, tanışlar görəndə soruşurlar: “Seymur, sənin adın niyə sığınacaq almaq istəyən jurnalistlərin siyahısında yoxdur?” Haqlı sualdır. Nədən ki, “Gündəlik Azərbaycan”ın birinci sayı çıxandan o qəzetdə işləmişəm. Düzdür, arada aləm qarışanda səfərlərə gedirdim, amma bunun məsələyə dəxli yoxdur. Həmkərlarımın aksiyasını ürəkdən dəstəkləyirəm. Gözəl aksiyadır. Kimin imkanı varsa, baş götürüb Azərbaycandan qaçsın. Bu ölkənin heç bir perspektivi yoxdur. Azərbaycan böyük bir bataqlıqdır. Və bataqlıq qanunlarına görə, burda nə qədər çox əl-qol atıb xilas olmağa çalışsan, bir o qədər tez boğulacaqsan. Azərbaycandan gedə bilməyənlər heç olmasa, övladlarını bu bataqlıqdan çıxarsınlar. Uşaqlarmıza yazığınız gəlsin.
Onların gələcəyini məhv etməyin. Sizin bir valideyn kimi uşaqlarınıza ən böyük töhfəniz onları Azərbaycan sərhədindən kənara tullamaq olardı. Qayıdaq aksiyaya. İntəhası şəxsən mən hansısa səfirliyin jurnalistlərə sığınacaq verəcəyinə inanmıram. Əgər Stenli Eskudero (xalq arasında ona Paskudero deyirlər) diplomatik missiyasını başa vurduq-dan sonra Azərbaycanda qalıb biznes qurursa, üstəlik, YAP-ın Binəqədi rayon təşkilatına üzv olursa və yenə də üstəlik, “Yeni Azərbaycan”, “Xalq qəzeti”ndə palaz-palaz “sabunlu” yazılar yazırsa, dağa-daşa düşməyin mənası yoxdur. Hər şey aydındır. Bİrdəfəlik Avropanın demok-ratik institutlarına, səfirliklərə tüpürüb, onların ikili siyasətinin üstünə qusmaq lazımdır. Vəssalam. Nəsə, bazar günü qanınızı qaraltmaq istəmirəm. Əhvalatı yazıram.
Bİz yenə də Bakınm ən ucuz kafesi adlandırdığımız Aqşinin evinə yığışmışdıq. Nəsə hazırlamağa həvəs yox idi. Həm də ci-yərimiz yanırdı. Getdik metronun “Neftçilər” stansiyasının yaxınlığında yerləşən kafeyə. Qapıdan içəri girəndə bir nəfər mənə ya-xınlaşıb soruşdu ki, qardaş, sən filankəs deyilsən? Dedİm hə.
“Mən səni çoxdan axtarıram. Buralarda olduğunu eşitmişdim”. Tez gözümüzü açınca bir stol hazırlatdı. Kafenin müdiri onun tanışı idi. Başladıq, nə başladıq. Bir, iki, üç, dörd… Beşinci butulkanın ikinci yarısında Fehruz müəllim, ömründə bir klip də çəkməyib özünü rejissor adlandıran Şamıyev soyadlı dostumuz mənə işarə etdi ki, qalx ayağa, təşkilatçı haqqında, onun şərəfinə bir tost de. Qayda-qa-nun var, yaxşı deyil, ənənəni pozmaq olmaz. Həkim, müəllim haqqında tost demək çox asandır. Allah qoymasa, guya həkimlər bizim sağlamlığımızm qayğısına qalır, müəllimlər xalqın övladlarına savad öyrədirlər. Bizim qəhrəmanımız isə güzgü sexində işləyir. Qardaş, güzgü sexində işləyən adam haqqmda nə deyim? Onu necə, hansı janrda tərifləyim? Bİr az düşündüm. Oxuduğum əsərləri xatırladım.
Güzgüylə bağlı bir məqam, “dişə vurulası” obraz yadıma düşmədi. Fehruz bir daha mənə işarə etdi. Dedi qaqa, olanımız sənsən. Qəflətən mənə “vəhy” gəldi. Və belə bir tost icad etdim: “İlk dəfə Avropaya gedəndə iki şey - saatların və güzgülərin çoxluğu diqqətimi çəkdi. Saatlar ona görə lazımdır ki, insanlar zamanı dəyərləndirsinlər. Küçələrdə hər dirəkdən saat asılıb. Saat vurmayan adama çox nadir hallarda rast gələrsən. İkİnci diq-qətimi çəkən şey güzgülərin çoxluğu və bolluğu oldu. Evlərin, mağazaların, ofislərin girişində çoxlu-çoxlu, tərtəmiz güzgülər gördüm. İnsan öz sifətini yadda saxlaya bilmir. Biz özümüzə oxşar adam görəndə düşünürük, görəsən, mən bu adamı harada görmüşəm, haradan tanıyıram. Bir neçə dəfə sifətdən özümə oxşar adamla qarşılaşanda şoka düşmüşəm. Və hər dəfə qeyri-ixtiyarı olaraq beynimə belə bir informasiya ötürülüb: “Axı, mən bu adamı haradan tanıyıram? Siz müqəddəs bir işlə məşğulsunuz. Siz bizi bizə göstərirsiniz”… İnsafən tost-monoloq pis alın-madı. İnanmazsınız, təşkilatçının, yəni Şahin müəllimin gözü dolmuşdu. Məclis təzədən qızışdı. Sonra mənə zəng gəldi. Getdim Nabrana. Axşam saat 21.30-da uşaqlar zəng vurub telefonda qışqırdılar. Xorla mahnı oxuyurdular. O vaxtdan Şahin müəllimlə hər dəfə görüşəndə deyir: “Əvvəllər çox həvəssiz işləyirdim. O tostdan sonra elə həvəslə işiəyirəm ki”…
P.S. Bu əhvalat “525-ci qəzef’in gənc və perspektivli əməkdaşı Aydın Bağırovun xahişi ilə yazılıb.






Yazıya səs verin
  • 1 səs2 səs3 səs4 səs5 səs (4 səs, təxmini: 5 ilə 5)
    Loading ... Loading ...
Şərhlər

Bu yazı Bazar, İyul 8th, 2007 tarixində 15:15 radələrində Köşələr bölməsində yazılıb. Yazını istədiyiniz saytda RSS 2.0 feed xidməti ilə paylaşa bilərisniz. Həmçinin aşağıdan yazıya şərh yaza bilərsiniz.

1 şərh var


  1. Teymur adlı istifadəçi, Fevral 16, 2008 tarixində, saat 17:44 yazıb:

    Qardashim aladir!!!

Adınız (vacibdir)

E-mailiniz (vacibdir)

Saytınız

Şərhiniz: