Həmid Herisçi və İlhamiyyə Rzayevanın “Gecə kanalı” layihəsi kitab halında işıq üzü görüb. Təqribən 600 səhifədən ibarət olan kitaba müəlliflərin “Gündəlik Azərbaycan” və “Alma” qəzetlərində dərc etdikləri 20 layihə toplanıb.
Yazılarda Leninin necə zəhərlənməsindən tutmuş, Türkiyədə məhbəsdə ölüm aclığına başlayan, həyatını öz ideyalarına qurban verən inqilabçılardan, Ziya Bünyadovun ölümünün sirlərindən, Hacı Məmmədovun gizlinlərindən, Azərbaycan televiziya məkanında baş verən qaranlıq məqamlara qədər çox şey əhatə olunub.
Parlaq və oxunaqlı üslubda qələmə alınmış kitabda oxucular fəlsəfə, ədəbiyyat, həyat, siyasət… bir sözlə hər şey haqqında maraqlı parçalar oxuya bilərlər.
Kitab məhdudu tirajda çap olunub. Əldə eytmək istəyənlər “Alma” qəzetinin redaksiyasına müraciət edə bilərlər. Qiyməti 5 manatdır.
Əlaqə telefonu: 012-596-47-18
kultaz
« Güzgü sexi | Əsas səhifə | Rəssamlar İttifaqının sədri Fərhad Əliyev: «Nə qədər çox sərgi salonu olarsa, bizi bir o qədər çox tanıyarlar» »




Bölmə: 









Samir adlı istifadəçi, İyul 16, 2007 tarixində, saat 23:25 yazıb:
Mən artıq kitabı oxuyub bitirdim də. Qeyd edim ki, bu yazıları əvvəl qəzetlərdən oxusam daç kitabda tam halda oxuyub aldığım zövq əvəzedilməz oldu.
Müəllifləri təbrik edirəm.
Məncə, digər yazarlarımız da bu ənənəni davam etdirməli, yalnız şeirin və ya hekayənin peşində olmamalıdırlar. Həm də günümüzlə səsləşən maraqlı publisitika ilə çıxış etməli və onları kitablaşdırmalıdırlar.
Kitab- bütün hallarda kitabdır!