Qaynar xəbər portalı

Kitab dünyası


Baş rolda Rasim Balayevin oynadığı filmin çəkilişi Gədəbəydə aparılır

Gələn il Azərbaycan kinosevərləri ekranlarda yeni filmi görə biləcəklər. Bu, Ramiz Rövşənin ssenarisi əsasında artıq çəkilişlərinə başlanılan “Qala” filmidir. Bu barədə dünən əməkdaşımızda filmin baş rolunda çəkilən xalq artisti Rasim Balayev məlumat verdi.
“Hazırda filmin çəkilişləri Gədəbəy rayonu ərazisində aparılır. Bu dəqiqə biz rayon mərkəzindən 1 saatlıq məsafədə yerləşən kənddə, qalanın yanındayıq. Lazımi dekorasiyalar da qurmuşuq və işlərimizi davam etdiririk”. R.Balayev bildirdi ki, davamlı yağan yağış çəkilişə mane olduğu üçün işlər ləng gedir. Xalq artisti çəkilişlərin Gədəbəyin ucqar kəndlərindən birində aparıldığını bildirdi. Onun sözlərinə görə, filmdə Qarabağ mövzusu, qaçqın-köçkün problemindən də bəhs olunur. Qeyd edək ki, filmin rejissoru Şamil Nəcəfzadədir.






Yazıya səs verin
  • 1 səs2 səs3 səs4 səs5 səs (1 səs, təxmini: 5 ilə 5)
    Loading ... Loading ...
Şərhlər

Adınız (vacibdir)

E-mailiniz (vacibdir)

Saytınız

Şərhiniz: