Şəmistan Əlizamanlı Kölndə konsert verəcək

Yazar: Admin | Bölmə: Xəbərlər | Tarix: 08 Temmuz, 2007

Milli-vətənpərvərlik ruhunda olan mahnıların tanınmış ifaçısı Şəmistan Əlizamanlı dünən Almaniyaya yola düşüb. Bu barədə APA-ya Şəmistan Əlizamanlının özü məlumat verib. Almaniyada keçiriləcək Dünya Azərbaycanlıları Konqresinin IX iclasından sonra onun Köln şəhərində ayrıca konsert proqramı ilə çıxışı nəzərdə tutulub. Proqramda əsasən vətənpərvərlik mahnıları yer alıb. Ş. Əlizamanlının ifasında konqres iştirakçılarına dünya azərbaycanlılarının sevimli mahnıları olan “Çırpınırdın Qara dəniz ”, “Türkiyə-Azərbaycan”, “Can, Azərbaycan” mahnıları da təqdim olunacaq.

1 səs2 səs3 səs4 səs5 səs (Səs verilməyib)
Loading ... Loading ...

Şərh yazın