Qaynar xəbər portalı

Kitab dünyası


Bu gün Bakı Uşaq Teatrında “Qalan ömrün ilk günü” tamaşasına ictimai baxış keçirilib. APA-nın xəbərinə görə, tamaşa bəşəri mövzuya həsr olunub. Səhnədə cərəyan edən hadisələrin əsasında vərəm xəstəliyindən əziyyət çəkən insanın acıları və onun həbsxana həyatı dayanır. Bakı Uşaq Teatrı bu tamaşanı Beynəlxalq Qırmızı Xaç Komitəsi və Ədliyyə Nazirliyinin birgə təşkilatçılığı ilə səhnələşdirib. Tamaşanın əsas süjet xətti işsizlik, yoxsulluq kimi amillərin yaratdığı problemlər, vərəm xəstəliyi və həbsxana həyatı üzərində qurulub. Hadisələr sovet hakimiyyətinin son illərinə təsadüf edir. Tamaşanın ssenari müəllifi Arzu Soltan, əsas rolların ifaçıları Mehman Piriyev, Esmira Həsənli, Ruslan Mürsəlov, Vüsalə Xəlilovadır. Maarifləndirici təsir göstərən tamaşa yuxarı sinif şagirdləri və böyüklər üçün nəzərdə tutulub.






Yazıya səs verin
  • 1 səs2 səs3 səs4 səs5 səs (Hələ səs verilməyib)
    Loading ... Loading ...
Şərhlər

Adınız (vacibdir)

E-mailiniz (vacibdir)

Saytınız

Şərhiniz: