Qaynar xəbər portalı

Kitab dünyası


Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Əlyazmalar İnstitutuna XVII əsr ana dilli poeziyamıza aid yeni material gətirilib. Bu barədə APA-ya AMEA-nın Əlyazmalar İnstitutunun direktor müavini Paşa Əlioğlu məlumat verib. Məlumata görə, Almaniyada yaşayan həmvətənimiz, tədqiqatçı Məhəmmədəli Hüseyni görkəmli dövlət xadimi Mirzə Məhəmməd Vəhid Qəzvininin Berlin Dövlət Kitabxanasında saxlanan külliyyatının 30 vərəqini Əlyazmalar İnstitutuna göndərib. Vəhid Qəzvini II Şah Abbasın dövründə (1642-1666) rəsmi saray salnaməçisi olub. Şah Abbasın tapşırığı ilə məşhur “Abbasnamə”ni qələmə alıb. Şah Süleymanın dövründə sədrəzəm olan V. Qəzvininin ədəbi irsinə 100 min beytlik şeirləri, “Abbasnamə”si və məktublar toplusu daxildir. Onun Berlin Dövlət Kitabxanasında qorunan farsca 487 vərəqdən ibarət külliyyatının 30 vərəqi, başqa sözlə 1842 beyti Azərbaycan dilindədir. Anadilli poeziyamıza aid olan bu qiymətli material ilk dəfə Azərbaycana gətirilib və tədqiqata cəlb olunub.






Yazıya səs verin
  • 1 səs2 səs3 səs4 səs5 səs (Hələ səs verilməyib)
    Loading ... Loading ...
Şərhlər

Bu yazı Bazar ertesi, İyul 9th, 2007 tarixində 19:11 radələrində Xəbərlər bölməsində yazılıb. Yazını istədiyiniz saytda RSS 2.0 feed xidməti ilə paylaşa bilərisniz. Həmçinin aşağıdan yazıya şərh yaza bilərsiniz.

1 şərh var


  1. Novarg adlı istifadəçi, İyul 11, 2007 tarixində, saat 16:44 yazıb:

    Sedrezem olub…? Shah Abbas`in dovrunde “Abbasname” yazib…? Maraqlidi, tesevvur edin ki, 2350-ci ilde indiki Azerbaycan`in erazisinden qalin uzluklu bir kitab tapacaqlar… Alimler birteher oxuyacaqlar ve aydin olacaq ki, kitabin adi “Demokratiya, ne bilim ne…”dir…

    Allah bilir, hemin Shah Abbas`in dovrunde reiyyetin zulmu ershe qalxib, millet bir-birini chapib-talayib sag qalmaq uchun… Sedrezem ise “Abbasname” baglayib…

    Tesevvur edin ki, 2350-ci ilde indiki Azerbaycan`in erazisinden qalin uzluklu bir kitab tapacaqlar…

Adınız (vacibdir)

E-mailiniz (vacibdir)

Saytınız

Şərhiniz: