Yaxın günlərdə Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının veb-saytı yaradılacaq. Bu barədə APA-ya Gənc Tamaşaçılar Teatrının mətbuat xidmətindən məlumat verilib. İnternet portalı teatrın yubiley mövsümü ərəfəsində istifadəyə veriləcək. Kollektiv yeni mövsümə – teatrın 80-ci yubiley mövsümünə yeni repertuar planı ilə hazırlaşır. Repertuar planı üzərində diqqətlə işləyən bədii şura üzvləri tamaşaçıların rəğbətinə səbəb olacaq əsərlərə səhnə həyatı verməyi nəzərdə tutublar. V. Brextin “Kuraj ana və uşaqları”, Ş. Perronun “Çəkməli pişik”, İ. Qaraçuxa və P. Xotyanovskinin “Körfəzə çevrilmə” əsərlərinin səhnələşdirilməsi qərara alınıb. Tamaşaçıları yeni teatr mövsümündə bu tamaşaların premyerası qarşılayacaq. /
« Əlyazmalar İnstitutuna XVII əsr ana dilli poeziyamıza aid yeni material gətirilib | Əsas səhifə | “Qalan ömrün ilk günü” tamaşasına ictimai baxış keçirilib »




Bölmə: 








