Qaynar xəbər portalı

Kitab dünyası


Anar niyə fikirləşdi?


Bölmə Bölmə: Ədəbiyyat | Göndər Göndər | Çap et Çap et | 389 oxunma

Qan TuralıQan Turalı

Bu, Anar haqqında sonuncu yazımdır. İki il ərzində bu cür yazıların sayı 20-nin üstündədir. Amma bu, son olacaq. Missiya başa çatıb. Bundan sonra Anardan yazmağın mənası yoxdur. Artıq hamı hər şeyi bilir. Sonuncu dəfə Anarın susqunluğunu pozduğu məqaləsi haqqında yazıb, bitiririk. Məlum olduğu kimi, Anar ziyalıların Qarabağ səfərinə öz münasibətini «525-ci qəzet»də “Mənim fikrimcə” adlı yazısında açıqlayıb. Yazının motivinin heç də “münasibət açıqlamaq” olmadığı gün kimi bəllidir, Anar hər zaman bundan qaçıb. Bu yaxınlarda “Yeni Müsavat”ın ona ünvanladığı “Nəyə görə ziyalılar heç bir məsələyə münasibət bildirmir?” sualına verdiyi cavab bunu bir daha sübut edir: “Ziyalılarda hal qoymusunuz ki?”
Mən belə düşünürəm və əminəm ki, Anarın bu yazısı dövlət tərəfindən ona göstərilən münasibətin fonunda digər ziyalılara qısqanclıqla yanaşmasıdır. Çünki Anar hər zaman özünü bir nömrəli ziyalı kimi göstərib, onun təbliğatı məhz bu cür aparılıb. Başqa bir arqument var ki, Qarabağa gedən ziyalılar əslən qarabağlı idilər, amma Anarın “Əslim-nəslim qarabağlı olmasa da, Şuşanın həsrətini heç kəsdən az çəkmirəm” cümləsi ilə başlayan abzası bu arqumenti darmadağın edir. Açıq-aydın görünür ki, Anar bu heyətdə təmsil olunmağı ürəkdən arzulayırmış.
Məsələnin bir başqa tərəfi isə Anarın yazıçı Kamal Abdullaya göstərdiyi qısqanclıqdır. Bir müddət əvvəl Anar özünə qətiyyən xas olmayan bir tonda Kamal Abdullanın “Yarımçıq əlyazma” romanını kəskin tənqid etmişdi. Bu məsələdə də onun ittihamının əsas etibarilə Kamal Abdullaya ünvanlandığı ortadadır. Kamal Abdulla mətbuata verdiyi müsahibələrində Şuşanın ermənilər tərəfindən necə dağıdıldığını öz gözləri ilə gördüyünü söyləmişdi, amma Anar yazır: “Əgər Şuşanın, işğal olunmuş başqa torpaqlarımızın bugünkü vəziyyətiylə tanış olmaq istəyiriksə, bunu beynəlxalq təşkilatların yardımı və qarantiyasıyla o yerlərə gedə biləcək operatorlara həvalə etmək olar ki, peşəkarcasına kadrlar çəkib gətirsinlər…“ Sitatları artırmaq mümkündür. Ehtiyac yoxdur.
Məsələnin başqa tərəfi də var. Anar müstəqillik dövründən sonra yazıçı kimi tamamilə tükəndi. Bu gün onun kitabları uzaqbaşı Türkiyədə çap olunur. Onların heç bir rezonans doğurmaması bir tərəfə, bunlar 30 il əvvəl yazılanlardır. 16 illik müstəqillik dönəmində Anar heç yüz səhifə bədii yazı yazmayıb. Amma Kamal Abdullanın romanları Avropada çap olunur. Qısqanclığın bir səbəbi də Anarın bədii tənəzzülüdür.
Uzun illər sovet və müstəqillik zamanında ən böyük yazıçı, ən böyük ziyalı kimi qeyri-rəsmi titulların sahibi Anar Rzayev indi Kamal Abdullanın dövlət tərəfindən qiymətləndirilməsinə açıq-aşkar qısqanclıqla yanaşır. Hətta çox qəribədir ki, onlara “vətən xaini” deyilməsinin düzgün olmadığını bildirir. Qarabağa gedən ziyalıları isə yalnız Qarabağ Azadlıq Təşkilatı belə adlandırmışdı. Bu arqumenti istisna etsək, ortaya belə bir nəticə çıxır: Anar Kamal Abdullanı Akif Nağıdan qorumaq istəyir. Bunu söyləmək də absurddur. Ortada qısqanclıq faktoru var. Hüquqi dillə desək, Anarın «525»də dərc edilmiş “Mənim fikrimcə…” yazısı qısqanclıq zəminində yazılıb.
Yazdıqlarımız Kamal Abdullanı və digər ziyalıları qorumaq məqsədi daşımır. Onların hər biri ziyalılıqla bərabər, dövləti vəzifə daşıyırlar, dolayısı ilə məmurdurlar. Ona görə də onların ziyalı adıyla Qarabağa getmələri iqtidarın Qarabağla bağlı oyunlarına “zorən cəlb olunmaq”dır və heç şübhəsiz ki, bu səfər şəxsi təşəbbüsləri ilə deyil, burada siyasi təşəbbüs əsas rol oynayıb. Anarı rəncidə edən cəhət də budur, o, bu oyunda ona rol ayrılmamasından narazıdır.
Hər nəsə. Anar da belə getdi.






Yazıya səs verin
  • 1 səs2 səs3 səs4 səs5 səs (3 səs, təxmini: 3.67 ilə 5)
    Loading ... Loading ...
Şərhlər

Bu yazı Çərşənbə axşamı, İyul 10th, 2007 tarixində 21:25 radələrində Ədəbiyyat bölməsində yazılıb. Yazını istədiyiniz saytda RSS 2.0 feed xidməti ilə paylaşa bilərisniz. Həmçinin aşağıdan yazıya şərh yaza bilərsiniz.

7 şərh var


  1. Ryabina adlı istifadəçi, İyul 11, 2007 tarixində, saat 13:27 yazıb:

    Həəə…dostlar…ədəbiyyatımızda yeniliklər gözlənilir deyəsən…Qan Turalı Anardan əl çəkdisə,demək haqqında serial tənqidlər yazacağı kimisə var, yəni yeni bir hədəfi…bu, bir yenilik…İkinci yenilik də o ola bilər ki, Anar da Qan Turalının əlindən rahat nəfəs ala bilib gözəl bir əsər yaradacaq…ümid edərək də gözləyək…


  2. leyla adlı istifadəçi, İyul 11, 2007 tarixində, saat 23:56 yazıb:

    inanmiram ki bu son yazidi:) tural ve anar ayrilmaz cutlukdurler:::)ozleri darixarlar bir birini sancmasalar


  3. elmin həsənli adlı istifadəçi, İyul 13, 2007 tarixində, saat 20:04 yazıb:

    umumiyyetce qan tural ne yazib eee
    anarin yene biri iki sanballi eseri var


  4. Novarg adlı istifadəçi, İyul 14, 2007 tarixində, saat 10:56 yazıb:

    Bir defe qeyd elemishdim, Qan Turali orta ve ashagi seviyyeli yazarlarin tenqidine vaxt ayirmasin, edebi cereyanlari, boyuk edebi hadiseleri analiz etsin…

    Hardansa oxumushdum, Mirshahin deyir ki, edebiyyatimizda hadise bash vermir, chunki qirmizi ishigi kechenimiz de yoxdur…

    Bizim chagdash edebiyyat (yeni nesil genc yazarlarin ekseriyyetini nezerde tuturam) neinki qirmizi ishigi kechecek, hech qirmizi ishiqfor`a qeder gelecek savadin sahibi deyil… Kafka`nin, Nitshe`nin bir-iki cumlesini ezberleyib, o deqiqe olurlar yazar-publisist… Lotular hetta koshelerine de Kafka`dan, ashagisi Marks`dan sitatla bashlayirlar…

    Bir daha tekrar edirem ki, Qan Turali`nin en boyuk sehvi ozunu daha da inkishaf etdirib Anar`i ve Anar chekili yazarlari tenqid edib karyera qurmaq evezine bir-iki avanturist diletantla meshgul olmaqdir ki, neticesi de menden yuxaridaki sherhde achiq-aydin gorunur…


  5. Postmodernpərvərpərəst adlı istifadəçi, İyul 14, 2007 tarixində, saat 17:29 yazıb:

    Novarg, bunlar özləri üçün balaca bir “səhnə” qurublar, burda Qana düşən rol “tənqidçilik”dir! Tamamilə uğurusuz bu imitasiyanın yeganə funksiyası cılız eqoların tətminidir!
    Belə olmasa, Günel Mövlud( Zamin Hacı deməli, gorun çatlasın, Merlin Monro -) vamp qadın titulu ilə təşrifləndirilməzdi. Xülasə, özləri çalıb, özləri oynayırlar, icazə verin “nuş” eləsinlər!


  6. siali adlı istifadəçi, Yanvar 18, 2008 tarixində, saat 21:28 yazıb:

    Qan Turalinin Anar seviyyesine qalxmasi ucun azi 15 Anar qeder yasamasi lazimdir. Duzu hec bundan sonra da onun Anar adina yaxinlasacagina gumanim yoxdur. Ne ise… Here bir cur reklam olunur.


  7. Shabnam adlı istifadəçi, İyul 9, 2008 tarixində, saat 16:52 yazıb:

    Ne yaxsi… Belke qulagimiz ve gozumuz Qan Turali kimilerden qurtula…
    Anar Azerbaycan nesrinin simasidir. Qan Turali kimiler ise sadece bu adin arxasinda gizlenirler. Bundan basqa ne ede bilerler e…

Adınız (vacibdir)

E-mailiniz (vacibdir)

Saytınız

Şərhiniz: