Sevinc Çılğının özəl saytı fəaliyyətə başladı
Gənc şair Sevinc Şılğının özəl ədəbiyyat saytı fəaliyyətə başlayıb (www.chilginsevinc.tk). Saytda müəllifin son illərdə yazdığı şeirləri, hekayələri, publisistik yazıları yerləşdirilib.
Bundan əlavə şairin sözlərinə bəstələnən mahnıları da saytdan yükləyib dinləmək olar.Qafqaz Universitetinin “Türk dili və ədəbiyyatı” fakültəsindən magistr dərəcəsi üzrə məzun olan Sevinc Çılğının türk ədəbiyyatının tanınmış ismləri Naili-i Kadim və Cahit Sıtkı Tarancı haqqlnda elmi araşdırmaları da saytda maraq doğuran materiallardandır.
Saytın mütəmadi yenilənəcəyini bildirən müəllif oxucuların burada hər bir mətnə ayrıca şərh yazmaq, münasibət bildirmək imkanına da malik olduğunu bildirdi.
Qey edək ki, yaxınlarda müəllifin Azad Yazarlar Ocağının kitabxanası seriyasından “Mən©2006” şeirlər kitabı işıq üzü görüb.
Kultaz




Bölmə: 










Novarg adlı istifadəçi, İyul 10, 2007 tarixində, saat 15:29 yazıb:
Xeyirli olsun…
Inaniram ki, Sevinc hech olmasa edebiyyat sahesinde “butunleme”ye qalmaz… -))
Ryabina adlı istifadəçi, İyul 10, 2007 tarixində, saat 23:14 yazıb:
Təbrik edirəm, Sevinc…O gün olsun…səsin Hollandiyadan gəlsin-))))))