İyulun 6-21-də Montredə (İsveçrə) 41-ci caz festivalı (Montreux Yazz Festival) keçiriləcək. Festivalda Corc Benson, Al Cerrou, Çik Korea, Geri Berton, Con Medeski, Bred Meldau kimi məşhur musiqiçilər və digərləri iştirak edəcəklər. Festivalın digər hadisələri sırısanda ilk dəfə oldaraq caz festivalda Azərbaycan musiqiçilərinin çıxış edəcəklərini qeyd etmək lazımdır. www.jazz.az saytının kontent-redaktoru Rövşən Sənanoğlu Turana bildirib ki, iyulun 18-də Montredə Salman Qəmbərov çıxış edəcək və iki layihə təqdim edəcək. Onlardan birincisi - bakılılara yaxşı tanış olan “Lətif” səssiz kinonun və cazın sintezini xatırladır.
Layihə çərçivəsində Qəmbərovla birlikdə Azərbaycanın xalq artisti, kamança ifaçısı Fəxrəddin Dadaşov və nağaraçı Natiq Şirinov çıxış edəcəklər.
Bundan başqa, Salman Qəmbərovun Bakustik Yazz qrupu zərbçi Vaqif Əliyevin, bas-qitaraçı Ruslan Hüseynovun və ud və tar ifaçısı Mircavad Cəfərovun iştirakı ilə etnocaz layihəsi təqdim edəcək.
İyulun 17-də festivalın seçmə mərhələsinin yarımfinalında Azərbaycanın digər caz ifaçısı, pianoçu Şahin Növrəsli iştirak edəcək.
Montreux Yazz Festivalın əsası 1967-ci ildə qoyulub və nüfuzlu musiqi bayramlarından biri hesab olunur. Hər il iki həftə ərzində festivala 200 minə yaxın musiqi sevər təşrif buyurur. Festival dövründə şəhər nəhəng səhnəyə çevrilir.
Turan
« Nuridə Atəşi Məhəmməd Qurban Səidlə bağlı bəzi sənədləri Azərbaycana gətirib | Əsas səhifə | Kolleksiya ovu »




Bölmə: 








