Qaynar xəbər portalı

Kitab dünyası


Kriminal aləm haqqında filim


Bölmə Bölmə: Kino | Göndər Göndər | Çap et Çap et | 398 oxunma

FilmGənc rejissor məşhur aktyorları bir araya gətirdi

“İS prodakşn” studuyası maraqlı bir filmin çəkilişlərinə hazırlaşır.
“Qardaşlar” adlanan tammetrajlı bədii filmin əsas süjet xəttini son illərdə respublikada baş verən ən qalmaqallı kriminal hadisələr təşkil edir. Filim həm də maarifləndirmə xarakteri daşıyacaq.
Detektiv-melodrama janrında olacaq filmin çəkilişləri respublikanın bir çox şəhərlərində, həmçinin Rusiya Federasiyasında aparılacaq. Filmin rejissoru və ssenari müəllifi “İS prodakşn” studiyasının rəhbəri Samir İbadov, operatoru isə Şamil Muradovdur.. Aktyor heyəti isə Rasim Balayev, Fəxrəddin Manafov, Ramiz Novruz, Nurəddin Mehdixanlı, Yaşar Nuri və Mehriban Xanlarova kimi tanınmış aktyorlardan ibarətdir.
Film Daxili İşlər Nazirliyinin dəstəyi ilə çəkilir. Belə ki, filmin məsləhətçiləri qismində DİN-in qüksək rütbəli zabitləri general-leytenant Vilayət Eyvazov, polkovnik Sadiq Gözəlov və polkovnik-leytenant Əhmədov Çəmən, həmçinin şair-kinossenarist Ramiz Rövşən və kinorejissor Cəmil Quliyev çıxış edir.
Filmin rejissoru bizimlə söhbətində filmin aktyor heyətində tamaşaçılar üçün sürpriz olacağını söylədi: “Türkiyənin ölkəmizdə də məşhur olan, sevilən aktyorlarından biri də filmdə çəkiləcək. Hələ ki, onun adını sirr saxlayırıq.”
Yaxın günlərdə filmin çəkilişlərinə başlanacaq.

Kultaz






Yazıya səs verin
  • 1 səs2 səs3 səs4 səs5 səs (2 səs, təxmini: 3.5 ilə 5)
    Loading ... Loading ...
Şərhlər

Bu yazı Çərşənbə, İyul 11th, 2007 tarixində 11:21 radələrində Kino bölməsində yazılıb. Yazını istədiyiniz saytda RSS 2.0 feed xidməti ilə paylaşa bilərisniz. Həmçinin aşağıdan yazıya şərh yaza bilərsiniz.

1 şərh var


  1. Novarg adlı istifadəçi, İyul 11, 2007 tarixində, saat 16:31 yazıb:

    Filmin sujet xettini kriminal alemde bash verenlerin teshkil edeceyini nezere alsaq, demek, boyuk ehtimalla Turkiye`den gelecek o “sevilen” aktyor ya Polat Alemdar olacaq ya da Suleyman Chakir…

    Eyni mentiqle, men teklif edirem ki, duzulu-mezeli filmlerin chekilishi uchun Cem Yilmaz`i, mehebbet seriallarinin chekilishi uchun ise ya Emrah`i ya da Mahsun Kirmizigul`u devet edek… Ela surpriz olar…

Adınız (vacibdir)

E-mailiniz (vacibdir)

Saytınız

Şərhiniz: