Dünya şöhrətli Azərbaycan yazıçısı Məhəmməd Əsəd bəylə (Qurban Səid) bağlı Avropa arxivlərində tapılan bəzi sənədlər Azərbaycana gətirilib.
Bu barədə APA-ya açıqlamasında Almaniyada fəaliyyət göstərən Nizami Gəncəvi adına Mədəniyyət İnstitutunun direktoru, Məhəmməd Əsəd bəyin yaradıcılığının tədqiqatçısı Nuridə Atəşi məlumat verib. Hazırda Bakıda olan N. Atəçi özü ilə gətirdiyi “Yüz ilin sirləri” monoqrafiyasının yaxın vaxtlarda Azərbaycanda nəşr etdirəcəyini deyib: “Mən bu sənədləri Avropada da nəşr etdirə bilərdim, amma Əsəd bəyin arxiv sənədlərinin öz vətənində nəşr olunmasını istədim”. N. Atəşi arxiv sənədləri ilə dövlət rəsmilərini də tanış edəcəyini, Əsəd bəy yaradıcılığının tədqiq olunması ilə bağlı komissiyanın təşkil edilməsi, onun “Qurban Səid” təxəllüsü ilə yazdığı “Sevgidən heç nə anlamayan kişi” romanının Azərbaycan və alman dilində nəşr olunması təklifini irəli sürəcəyini deyib. Onun sözlərinə görə, yaxın günlərdə “Berlin Um ÜELT” Film Studiyasının çəkiliş qrupu Bakıya gələrək, Əsəd bəy haqqında filmin bəzi hissələrini Azərbaycanda çəkəcək. N. Atəşi apardığı tədqiqatlar zamanı “Qurban Səid” təxəllüsü ilə Yusif Vəzir Çəmənzəminlinin deyil, məhz Məhəmməd Əsəd bəyin yazdığını aşkarladığını, eyni zamanda onun yəhudi deyil, azərbaycanlı olduğunu bildirib.
« Azərbaycanlı rəssamın əsəri İstanbulda 400 min dollara satılıb | Əsas səhifə | AZƏRBAYCAN CAZMENLƏRİ İSVEÇRƏ FESTİVALINDA »




Bölmə: 








