Qaynar xəbər portalı

Kitab dünyası


Aliyəəyalətdəki yaşıdlarıma təkliflər paketi

bilmirəm daha nə?

Bəlkə adını «ailə» qoydum

ALIYƏ

keçmiş əyalət cocuğunun
pis-pis xatirələri
qorxudurmu onu bu sözdən
ailə qurmaq qorxusunun
psixoloji tərəfləri
kauzal fəsadları deyərəm buna
fəlsəfə açmayacam şairlər kimi
bəxtindən
atanın
anana söydüyü
hələ yumşaq söyüşləri eşitmisəndava-dalaşlar
intriqalar
ailə içində siyasi gedişlər
min cür qeybətlər içində
ailənin layiqli övladı olmaq
üstəlik avtoritar rejimdə
çox zor
arvadını adam yerinə saymayan
söyən, döyən, qapazlayan
kənd kişisinin
həyatı üzücüdü
maraqlı kitablar
əyalət ziyalısına
illüziyadan başqa
heç bir şey demir
reallıq kitab deyil
hər kəlməsilə
tez-tez fəxr duyduğun atandan
söyüş eşitmək
hərdən gülüncdü
zırrama kənd kişilərilə
araq süfrəsində
eşitdiyi təriflər
dəhşətlidi
sərxoş əyalət ziyalısı
özünü təsdiq etmək istəyir
araq yoldaşının təriflərində
cürbəcür qəhrəmanlıq əhvalatları
danışarlar bir-birinə
araq şüşəsi
şairlərin tənhalıq sirdaşı yox
bir kişinin özünü öymək
bekarçılığını içkilə keyitmək rejiminə
məğlub olduğundan
heyfslənər
şöhrətçün ölən valideynlərin
camaat içində necə lovğalanacaqlarını təsəvvür edib
itələyər səni universitəyə,
magistrə səsləyər,
aspirant olub kitab çıxarmanı istər
həyatını qeybətlər
məişətlər və qohum-sifətlər
içində keçirən
anansa daha çox
səni ailə qurmağa tələsdirər
onun fərqli olacağına ümid etməkdən də çox
«ailə qurmaq lazımdır» qanununu
gözünə təpər
atan bu barədə danışmaz
sadəcə gözləyər
sərfəli namizədlər seçmələyər
qızsansa əgər,
işlərin lap əngəldi ha
ərə getmək haqqında
ən dəhşətli atalar sözü burada
yazılmamış qanunlar kimidi
«ər evi, gor evi» olursa
dönməyə heç yerin yox,
yaxşı düşünməyin gərəkir
kiminlə çürütməlisən ömrünü
belə olmasa hətta
sənə irsən keçmiş
qeybət vərdişləri
natamamlıq kompleksinin
əlli iki fəsadları
həyatını bürüyər
hə də,
atan soğan,
anan sarımsaq
sən hardan oldun
gülməşəkər?
ailə adlı
münasibətlər sistemi
bütün dəhşətlərilə
duranda qarşında
hələ onuncu sinifdə
yazdığın inşanın
ilk sətirini pıçıldarsan astaca
«həyat mübarizə meydanıdı…»
(sevgini unut, yetər,
bu qədər sadəlövh olma,
yeniyetmələrin uydurduğu
sevgi
ömrün həssas çağında
depressiyalardan qorunmaq üçün
bir şeydir
təbii meyldir)
həyat bu deyil
həyat müzakirə meydanıdır
camaat nə deyər bir də,
hə, deyib
razılaşarsan
ömründə yalnız bir dəfə
toy günündə
sənə kauçuk güllər bağışlayan
zırramaya ərə getməyə
ya da, ərə getməkdən başqa
heç bir arzusu olmayan
yaxşı bir kənd qızıyla evlənməyə…
hər şey təzədən başlayar
hə nə deyirsən,
razımısan
həyatını dəyişdirməyə?






Yazıya səs verin
  • 1 səs2 səs3 səs4 səs5 səs (2 səs, təxmini: 5 ilə 5)
    Loading ... Loading ...
Şərhlər

Bu yazı Çərşənbə, İyul 11th, 2007 tarixində 11:17 radələrində Publisistika bölməsində yazılıb. Yazını istədiyiniz saytda RSS 2.0 feed xidməti ilə paylaşa bilərisniz. Həmçinin aşağıdan yazıya şərh yaza bilərsiniz.

3 şərh var


  1. Ryabina adlı istifadəçi, İyul 11, 2007 tarixində, saat 12:47 yazıb:

    Ürəyimdən daha bir tikan çıxdı…Məncə bu artıq bir mübarizə meydanına çevrilməli–yazmaq, yazılarımızda əyalət gənclərinin problem yox, məhz dərdlərini üzə çıxarmaq…Bu həyatı yaşamayan. belə şeyləri ağlından belə keçirməyib məhz bu cür yazılara aborigen təfəkkürün məhsulu kimi baxıb dodaq büzənlər çox olacaq, bacım…dayanma, yaz, sən yazmasan, mən yazmasam, kim yazacaq, kim? Sorokinə, Ekoya aşiq olanlarmı?…


  2. Revolver adlı istifadəçi, İyul 11, 2007 tarixində, saat 13:43 yazıb:

    Ela!!!


  3. Ay Mesihi adlı istifadəçi, İyul 12, 2007 tarixində, saat 23:41 yazıb:

    Aliye xanim size bir sualim var:
    Zehmet olmazsa bu sheri bir de nesr kimi yazmaga cehd edin gorek, onda ne alinir.
    Feminizm iyi gelir yazinizdan. Ozluyunde bu hec de fena deyil. Zaten bu millet uchun bir feministin bir-iki yazi yazmaq zamani gelmishdir - belke camaat ayilar.

Adınız (vacibdir)

E-mailiniz (vacibdir)

Saytınız

Şərhiniz: