Qaynar xəbər portalı

125 illik yubileyi ərəfəsində Hüseyn Cavidin fransız dilində “Məhəbbətdir ən böyük din” kitabı çapa verilib. Bu barədə APA-ya Hüseyn Cavidin Ev Muzeyinin direktoru Gülbəniz Babaxanlı məlumat verib. Onun sözlərinə görə, şairin əsərlərindən seçmələr əsasında hazırlanan kitabda nümunələr Azərbaycan və fransız dillərində təqdim olunur. Davamı…


Bakı Kamera Teatrı Cəfər Cabbarlının “Aydın” pyesi əsasında mövsümün son tamaşasını hazırlayır. Teatrdan APA-ya verilən məlumata görə, tamaşaya xalq artisti Cənnət Səlimova quruluş verir. Tamaşada əsas rollar Şövqü Hüseynov, Nofəl Vəliyev, Simuzər Ağakişiyeva, Gülər Nəbiyeva, Seyidşah Məmmədovaya həvalə edilib. Davamı…


Dünya Gənc Türk Yazarlar Birliyinin başqanı, Azərbaycan Yazıçılar Birliyi Gənclər Şurasının üzvü Əkbər Qoşalının “Altun bitig - Qızıl kitab” əsəri çapdan çıxıb. APA-nın məlumatına görə, yeni çapdan çıxan bu əsərdə Azərbaycan dilində işlənən yabançı sözlərin öztürkcədə qarşılığı, insan və yer adları, aylar, günlər, bürclər, çinlər, Türk Əlifbası və s. toplanıb. Davamı…


MarkesQABRİEL QARSİA MARKES

Nədənsə birdən o ayıldı. Sanki kimsə onu silkələmişdi. Sübh çağı bağda açılmış çiçəklərin rahiyəsi qonşu otaqdakı bənövşə və formaldehidin kəskin iyinə qarışaraq dalğa-dalğa içəri daxil olurdu. Yuxudan sonra o, özünə gəlməyə, sakitləşməyə çalışırdı. Deyəsən, səhər təzəcə açılmışdı. Açıq pəncərədən görünən mavi səma da, bostandakı ləklərin suvarılması da bundan xəbər verirdi. O, yarıqaranlıq otağa göz gəzdirdi. Həyacanlı surətdə belə qəfildən oyanmasının səbəbini aydınlaşdırmağa çalışdı. Ona elə gəlirdi ki, o, yuxudaykən otağa kimsə girib. Amma o, tək idi, qapı da bağlıydı: nə toxunan olmuş, nə də sındırılmışdı. Davamı…


Amerikanın “Dina Preston” musiqi qrupu gələn həftə Azərbaycana gələcək. Bu barədə APA-ya ABŞ-ın Azərbaycandakı səfirliyindən məlumat verilib. Davamı…


Hələ də məlumat yoxdur

“Nizami” kinoteatrının təmiri hələ başlamayıb. Qeyd edək ki, kinoteatr may ayında təmirə dayandırılmalıydı. Kinoteatrdan “OLAYLAR”a qurumun əvvəlki kimi işini davam etdirdiyi və təmirdən xəbər olmadığı bildirilib. Davamı…


Lənkəran TV-nin yayımlandığı tezliyin tutulması üzrə Milli Televiziya və Radio Şurasının elan etdiyi müsabiqədə iştirak etmək üçün cəmi bir sənəd təqdim edilib. Davamı…


“Natəvan” heykəlinin yanında isə sərgi açılacaq

Avqustun 2-də Kino günü ilə bağlı veteranlar təbrik olunacaq. Mədəniyyət və Turizm Nazirliyinin kinematoqrafiya şöbəsindən “OLAYLAR”a verilən məlumata görə, həmin gün münasibətilə böyük tədbir olacaq. Davamı…


Pikassonun rəsmiAzərbaycanlı milyonçu erməniləri hürküdüb

“Bu azərbaycanlının bizə qarşı atdığı addımların səbəblərini şərh etməkdə çətinlik çatırıq. Avropanın ən böyük hərrac evlərində müxtəlif şirkətlər və şəxslər vasitəsilə anonim iştirak edən şəxsin azərbaycanlı olduğunu artıq dəqiq bilirik. İndi onun bizim kolleksiyaya göz dikməsi narahat etməyə bilməz. Müvafiq qərarlar verib incilərimizi ondan qorumaq fikrindəyik”. Davamı…