Qaynar xəbər portalı

Kitab dünyası


125 illik yubileyi ərəfəsində Hüseyn Cavidin fransız dilində “Məhəbbətdir ən böyük din” kitabı çapa verilib. Bu barədə APA-ya Hüseyn Cavidin Ev Muzeyinin direktoru Gülbəniz Babaxanlı məlumat verib. Onun sözlərinə görə, şairin əsərlərindən seçmələr əsasında hazırlanan kitabda nümunələr Azərbaycan və fransız dillərində təqdim olunur. Kitabın tərtibçisi və tərcüməçisi Nigar Babaxanova, redaktoru Fransuaz Andriödir. Kitaba ön sözü G. Babaxanlı yazıb. Şairin yubileyinə həsr olunan nəşrlərin sırasında “Hüseyn Cavidin əsərləri”nin 5 cilddə çapı, “Hüseyn Cavidin həyat və sənət yolu” biblioqrafik göstəricisinin nəşri də nəzərdə tutulub. Yaxın günlərdə çoxcildli “Cavidşünaslıq” toplusunun daha bir sayı çapdan çıxacaq. Bu sayda II və III cildlər işıq üzü görəcək. Bu cildlərdə 1900-1937-ci illəri əhatə edən elmi materiallar toplanıb. Tədqiqatçılar, Cavid irsini araşdıranlar üçün qiymətli mənbə sayılan “Cavidşünaslıq” təxminən 15 cilddən ibarət olacaq. Toplunun tərtibçisi Gülbəniz Babaxanova, redaktoru Teymur Kərimlidir. Şairin yubileyi münasibəti ilə daha bir kitab da hazırlanır. “Hüseyn Cavidin hikməti” kitabında şairin beşcildliyi əsasında toplanan hikmətli sözləri, aforizmləri işıq üzü görəcək.






Yazıya səs verin
  • 1 səs2 səs3 səs4 səs5 səs (1 səs, təxmini: 5 ilə 5)
    Loading ... Loading ...
Şərhlər

Bu yazı Cümə axşamı, İyul 12th, 2007 tarixində 19:19 radələrində Xəbərlər bölməsində yazılıb. Yazını istədiyiniz saytda RSS 2.0 feed xidməti ilə paylaşa bilərisniz. Həmçinin aşağıdan yazıya şərh yaza bilərsiniz.

1 şərh var


  1. Atilla Cavid adlı istifadəçi, İyul 13, 2007 tarixində, saat 11:36 yazıb:

    Hormetli admin

    Bu xeberi lazim bilib saytinizda yerleshdirdiyiniz uchun size teshekkur edirem. Huseyn Cavid Azerbaycan edebiyyatinda oz romantik felsefi dunya gorushu ile xususi bir iz qoymush dahilerdendir. Bunu qiymetlendirmeniz ne xosh!
    Melumat uchun bildirim ki, xeberde haqqinda danishilan “Məhəbbətdir ən böyük din” kitabı artiq ishiq uzu gorub. Arzu edenler kitab haqqinda melumata AMEA Merkezi Elmi Kitabxanasinin saytinda (www.csl-az.com) baxa biler.
    Size uqurlar!

Adınız (vacibdir)

E-mailiniz (vacibdir)

Saytınız

Şərhiniz: