Azərbaycanlı milyonçu erməniləri hürküdüb
“Bu azərbaycanlının bizə qarşı atdığı addımların səbəblərini şərh etməkdə çətinlik çatırıq. Avropanın ən böyük hərrac evlərində müxtəlif şirkətlər və şəxslər vasitəsilə anonim iştirak edən şəxsin azərbaycanlı olduğunu artıq dəqiq bilirik. İndi onun bizim kolleksiyaya göz dikməsi narahat etməyə bilməz. Müvafiq qərarlar verib incilərimizi ondan qorumaq fikrindəyik”.Dünyanın ən məşhur incəsənət kolleksionerlərindən biri sayılan Manuh Gülbekyanın dediyinə görə, atası, vaxtilə Portuqaliya ilə bahəm, Pireney yarımadasının ən vardı adamlarından biri sayılan neft maqnatı G.Gülbekyanın 45 il ərzində topladığı nəhəng kolleksiyanın “ov”una çıxanların arasında ilk yerlərdən birini Danimarkada yaşadığı və azərbaycanlı olduğu bildirilən, amma ad və soyadı hələ bəlli olmayan azərbaycanlı tutur.
Bu şəxs son 2 ildə Avropada incəsənət əsərlərinin satıldığı ən böyük hərrac evlərinin satışlarına qatılaraq, XVI əsr Flamand rəngkarlığından tutmuş, impressionistlər, kubistlər və modernistlərin tablolarınadək 30-a yaxın əsərə yiyələnib.
“European Art News”un verdiyi xəbərə görə, bu əsərlər arasında ən ucuzu $230 mindir.
İndisə həmin inkoqnito azərbaycanlı multimilyonçu-kolleksiyaçı dünyasını dəyişmiş erməni milyarder G.Gülbekyanın dünyaca məşhur kolleksiyasını “hədəf”ə alıb.
Avropa hərrac ekspertlərinin dediklərinə görə, əsas əməliyyatları Danimarkadan həyata keçirdiyi düşünülən azərbaycanlı kolleksiyaçı Gülbekyanın topladığı əsərlər arasında “inci”lərə yiyələnmək məqsədilə xeyli fəallaşıb.
Belə ki, Avropanın “A” kateqoriyasına aid edilən 8 hərrac evinin satışa çıxardığı lotlar arasında məhz həmin kolleksiyaya mənsub olduğu güman edilən əsərləri adlarını açıqlamayan şirkətlər və alıcılar arayır, məhz “Gülbekyanın toplusu” ilə maraqlanırlar.
Ekspertlərin fikrincə, həmin şirkətlərlə və şəxslərin arxasında “Doktor İ.” kimi tanınan azərbaycanlı durur.
O, ermənilərin əllərindəki sənət əsərlərini satın almaq üçün istənilən məbləği ödəməyə hazır deyil: azərbaycanlı kolleksionerin indiyədək işə saldığı plan və ssenarilər belə primitiv deyil.
“Bu şəxs almaq istədiyi sənət əsərinin satışa çıxardığı hərraca başqaları kimi 1-2 nümayəndəsini yox, 4-5 təmsilçisini yollayır. Onlar əvvəlcə süst durur, hərrac gərginləşəndə isə qəflətən prosesə qoşulur, qiyməti artırır, öz aralarında “mübarizə”yə başlayır, sonra da o əsərin qiymətinin maksimal həddə çatmasına imkan verməyərək satın alırlar. Belə çox effektiv ssenari indiyədək ən azı 5-6 dəfə həyata keçirilib və azərbaycanlı kolleksioner italyan İntibahının rəssamlarından tutmuş, ABŞ rəssamlarınadək müxtəlif sənətkarların əsərlərinə yiyələnib”, - EPA agentliyi bildirib.
“Gülbekyan Fondu” isə əsərlərindən hər hansı birinin azərbaycanlının əlinə keçməsinə imkan verməyəcəyini bəyan edib.
Amma mütəxəssislər ermənilərin bu “qəti açıqlama”sının sadəcə, söz olduğunu deyirlər.
Kultaz
« AZƏRBAYCAN CAZMENLƏRİ İSVEÇRƏ FESTİVALINDA | Əsas səhifə | Kino günündə kino veteranları təbrik ediləcək »




Bölmə: 








