Lənkəran TV-nin yayımlandığı tezliyin tutulması üzrə Milli Televiziya və Radio Şurasının elan etdiyi müsabiqədə iştirak etmək üçün cəmi bir sənəd təqdim edilib. Bu barədə məlumat “OLAYLAR”a MTRŞ-dan verilib. İyunun 18-də başlanan sənəd qəbulu iyulun 18-də başa çatacaq. Bundan sonra Şura təqdim edilmiş sənədlərə baxacaq və qalibi elan edəcək.
“Aygün” TV-nin lisenziya məsələsi isə həllini tapmayıb. Televiziya rəhbərliyi ödənilməli olan 11 min manat lisenziya haqqının çox olduğunu bildirir.




Bölmə: 









Ryabina adlı istifadəçi, İyul 12, 2007 tarixində, saat 10:50 yazıb:
İllərdir bu TV fəaliyyət göstərir…Kanalı açırsan və düşürsən orta əsrlərə…Ən mənasız toyxana mahnıları, ən ucuz prokat kinoların nümayişi,yaradıcılıq adına demək olar ki, heç bir irəliləyiş yoxdur.İşi bacaranlar yerli mentalitet qurbanı olub da evdə oturur, işin içində olanlar da yalnız əmək kitabçasında bir şey olsun deyə sadəcə işə gedib-gəlir…Aparıcıları belə dünyadan xəbərsiz kimi geyinib makiyaj edirlər.Xəbərləri toy geyimində oxumaq nəyə lazımmış…Hələ bir dəfə qışda ermənilərə əsir düçmüş əsgərimizin əsirlikdə olduğunun düz bir ayının tamam olduğunu üzündə təbəssüm, gözündə parıltıyla deyən aparıcı qızın əlindən elə hirsləndim ki! Mənə hardasa çox doğma olan bu kanalın növbəti rəhbərliyindən eyni fəaliyyəti gözləməmək ümidi ilə…görək də nə olacaq…