Hələ də məlumat yoxdur
“Nizami” kinoteatrının təmiri hələ başlamayıb. Qeyd edək ki, kinoteatr may ayında təmirə dayandırılmalıydı. Kinoteatrdan “OLAYLAR”a qurumun əvvəlki kimi işini davam etdirdiyi və təmirdən xəbər olmadığı bildirilib. Mədəniyyət və Turizm Nazirliyindən də “Nizami” kinoteatrının təmiri ilə bağlı hələlik heç bir məlumatın olmadığı deyilib. Qeyd edək ki, müəyyən mənbələrin məlumatına görə, eyni vaxtda bir neçə obyektin təmirə dayandırılması “Nizami” kinoteatrının və başqalarının təmir işini təxirə salıb.




Bölmə: 








