Qaynar xəbər portalı

Kitab dünyası


”Cavad xan” filminin Masazır qəsəbəsindəki gölün kənarında dünən daha iki natura çəkilişləri aparılıb. Filmin avqustun sonuna qədər pavilyon çəkilişlərinin başa çatacağı gözlənilir. Bu barədə APA-ya “Cavad xan” filminin yaradıcı heyətindən məlumat verilib. Sentyabrdan Rusiyanın Sank-Peterburq şəhərində “Cavad xan” filminin montajına start veriləcək. Filmin ssenari müəllifi Sabir Rüstəmxanlı, quruluşçu rejissoru Rövşən Almuradlı, ikinci rejissorlar Əliqulu Səmədov və Ənvər Həsənovdur. Xalq artistləri Nurəddin Mehdixanlı filmin qəhrəmanı Cavad xan, Ramiz Novruz Sisianov, Amaliya Pənahova isə gürcü çariçası Dariya obrazını yaradırlar. Döyüş səhnələri ilə zəngin olan filmin natura çəkilişləri martın sonundan başlayaraq Gəncə şəhərində, Xanlar rayonu ərazisindəki Quru Qobuda başlanıb. Qeyd edək ki, Quru Qobu 1803-cü ilin payızında Sisianovla Cavad xan ordusunun ilk dəfə qarşılaşdığı ərazi kimi tarixə düşüb. Daha sonra çəkilişlər Zaqatala, Şəki rayonlarında və tarixi Alban məbədində aparılıb. Yaradıcı heyət iyunun sonunda iki səhnə istisna olmaqla natura çəkilişlərini başa çatdıraraq Bakıya dönüb. Döyüş reallığını olduğu kimi əks etdirmək üçün kütləvi səhnələrdə aktyorlarla yanaşı, Dövlət Sərhəd Xidmətinin Gəncə, Şəki və Zaqataladakı hərbi qarnizonlarının zabit və əsgər heyəti də iştirak edib. Hazırda Cəfər Cabbarlı adına “Azərbaycanfilm” Kinostudiyasının pavilyonlarında filmin interyer çəkilişləri aparılır. Məlumat üçün bildirək ki, pavilyonlarda 8 səhnənin çəkilişləri nəzərdə tutulub.






Yazıya səs verin
  • 1 səs2 səs3 səs4 səs5 səs (1 səs, təxmini: 4 ilə 5)
    Loading ... Loading ...
Şərhlər

Bu yazı Cümə, İyul 13th, 2007 tarixində 20:18 radələrində Xəbərlər bölməsində yazılıb. Yazını istədiyiniz saytda RSS 2.0 feed xidməti ilə paylaşa bilərisniz. Həmçinin aşağıdan yazıya şərh yaza bilərsiniz.

1 şərh var


  1. aygun adlı istifadəçi, İyul 25, 2007 tarixində, saat 10:50 yazıb:

    mence bele filmler mutleq yaradilmalidir. umid edirem ki Sabir Rustemxanlinin ve Rovshen Almuradlinin birge ishi chox ugurlu alinacaq.

Adınız (vacibdir)

E-mailiniz (vacibdir)

Saytınız

Şərhiniz: