Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi Aşıqlar Birliyinə hazırda yerləşdiyi Səbayel rayonu, Murtuza Muxtarov küçəsi-6 ünvanında olan binadakı ofisini boşaltmaq barədə məktub göndərib. Bu barədə APA-ya Aşıqlar Birliyinin sədri Zümrüd Əsgərqızı bildirib. Onun sözlərinə görə, Komitə binada təmir işlərinin getdiyini nəzərə alaraq binanın 3 gün ərzində boşaldılmasını tələb edir: “Bizə Neftçilər prospekti-26 ünvanında yerləşən, Bakı Şəhər İcra Hakimiyyətinin tabeçiliyində olan Əl Oyunları Sarayının 2 mərtəbəli yardımçı binasında yer təklif edilib. Halbuki həmin binada fəaliyyət göstərmək qeyri-mümkündür”. Z. Əsgərqızı hazırda yerləşdikləri ünvanı tərk etməyək niyyətlərinin olmadığını deyib: “Biz üç gün ərzində buranı boşalda və uçuq vəziyyətdə olan bir yerə köçə bilmərik”.
Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinin şöbə müdiri Qulu Xəlilov isə APA-ya bildirib ki, Aşıqlar Birliyi sədrinin onlara verilən binanın uçuq olması barədə fikirləri doğru deyil: “Təklif edilən yerdə fəaliyyət göstərmək üçün normal şərait var, sahəsi də əvvəlki yerdən böyükdür”. Şöbə müdiri Aşıqlar Birliyinin indi yerləşdiyi Murtuza Muxtarov-6 ünvanında yerləşən binanın tarixi memarlıq abidəsi olduğunu deyib: “Dövlət başçısının müvafiq sərəncamına uyğun olaraq orada təmir işləri aparılmalıdır”.
« “Cavad xan” filminin daha iki natura çəkilişləri aparılıb | Əsas səhifə | Ədəb-ərkan gözləməyən şou-biznes nümayəndələri cəzalandırılacaqlar »




Bölmə: 








