Qaynar xəbər portalı

Kitab dünyası


Cəlil Məmmədquluzadənin Ev Muzeyinin Yasamal rayon Bələdiyyəsi ilə birgə həyata keçirdiyi Cəlil Məmmədquluzadə adına müsabiqə bu il də davam etdiriləcək. Muzeyin direktoru Pərixanım Mahmudova deyib ki, hazırda müsabiqənin keçirilməsi üçün Yasamal bələdiyyəsi ilə danışıqlar gedir: “Çox güman ki, müsabiqə bu ilin sonunda həyata keçiriləcək. İki il ardıcıl olaraq təşkil edilən müsabiqə olduqca böyük uğur qazanıb. Biz bu ənənəni davam etdirəcəyik”.
Muzey direktoru bildirib ki, müsabiqə “ən yaxşı elmi-publisistik məqalə”, “ən yaxşı satirik şeir və ya felyeton” və “ən yaxşı karikatura” nominasiyasında keçiriləcək. Hər nominasiya üzrə bir qalib təyin olunacaq, qaliblər müxtəlif hədiyyələrlə təltif ediləcəklər. Bununla yanaşı muzeydə “Molla Nəsrəddin və müasirlər” mövzusunda tədbirin keçirilməsi də nəzərdə tutulub.






Yazıya səs verin
  • 1 səs2 səs3 səs4 səs5 səs (Hələ səs verilməyib)
    Loading ... Loading ...
Şərhlər

Adınız (vacibdir)

E-mailiniz (vacibdir)

Saytınız

Şərhiniz: